CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabah Bakıda auksion olacaq

© pixabay / Daniel_B_photosHərrac, arxiv şəkli
Hərrac, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.01.2022
Abunə olmaq
Tədbir bütün dünyada geniş vüsət alan COVID-19 pandemiyasından sonra ölkəmizdə təşkil ediləcək ilk onlayn auksion olacaq.
BAKI, 9 yanvar — Sputnik. "Auction Baku" MMC şirkətinin təşkilatçılığı ilə yanvarın 10-da Azərbaycanda incəsənət əsərlərinin onlayn auksionu keçiriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət Rəsm Qalereyasından bildirilib.
Növbəti auksion respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini yaratmaq, alıcı və satıcılar arasında əlaqə qurmaq, art biznes sahəsində rəqabət qabiliyyətliliyini gücləndirmək, ölkənin iqtisadi inkişafında yaradıcı sənayesinin rolunu artırmaq məqsədilə həyata keçiriləcək.
Xatırladaq ki, tədbir bütün dünyada geniş vüsət alan COVID-19 pandemiyasından sonra ölkəmizdə təşkil ediləcək ilk onlayn auksion olacaq.
Azərbaycan Dövlət Rəsm Qalereyası auksionun təşkilinə metodiki dəstək göstərir.
Həmçinin oxuyun:
Sultanların portretlərinə üç milyon qiymət qoydular
Azərbaycanda bir neçə yeni publik hüquqi şəxs yaradılıb
Azərbaycanda ilk - Yerin təkindən pul qazanmaq istəyənlər dəvətlidirlər
Xəbər lenti
0