CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda ilk - Yerin təkindən pul qazanmaq istəyənlər dəvətlidirlər

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidHərrac,arxiv şəkli
Hərrac,arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.04.2021
Abunə olmaq
Yaxın zamanlarda növbəti hərracların keçirilməsi planlaşdırılır. Yer təki sahəsində fəaliyyətlə məşğul olmaq istəyən sahibkarlar hərraclarda fəal iştiraka dəvət edilirlər.

BAKI, 22 aprel — Sputnik. Yer təkinin istifadəyə verilməsində azad rəqabət mühitini təmin etmək məqsədilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən müsabiqə və hərracların keçirilməsinə start verilib.

İqtisadiyyat Nazirliyindən Sputnik Azərbaycan-a bildiriblər ki, ölkəmizdə ilk dəfə olaraq Göygöl rayonu ərazisində yerləşən "Göygöl-I" gil yatağının istifadəyə verilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin Auksion Mərkəzində hərrac keçirilib.

Гадрут, фото из архива - Sputnik Azərbaycan, 1920, 01.12.2020
QARABAĞ
Avropaya baxmağa ehtiyacımız yoxdur: Qarabağın qızılı yenə göz qamaşdıracaq

Hərracla bağlı İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri və Göygöl Rayon İcra Hakimiyyəti əməkdaşlarından ibarət Ekspert Komissiyası yaradılıb. "Göygöl-I"in ehtiyatının dəqiqləşdirilməsi məqsədilə yataqda dövlət geoloji ekspertiza işləri aparılıb, yatağın ehtiyatı 2,2 mln. m3, yatağın sahəsi 20 hektar olaraq dəqiqləşdirilib, ilkin start qiyməti isə 220000 manat müəyyən edilib. Hərracda iştirak edən "Fəxrəddin-K" MMC "Göygöl-1" gil yatağı üzrə istismar hüququnu qazanıb.

Yaxın zamanlarda növbəti hərracların keçirilməsi planlaşdırılır. Artıq Goranboy rayonu Qarasuçay qum-çınqıl yatağının ərazisində yer təki sahələrinin istifadəyə verilməsi barədə hərracda iştirakla bağlı sənədlərin 3 may 2021-ci il saat 16:00-dək qəbulu edilməsi barədə elan İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin saytlarında yerləşdirilib.

Qeyd edək ki, açıq hərracın 17 may 2021-ci il tarixində İqtisadiyyat Nazirliyinin Əmlak Xidmətinin Auksion Mərkəzində keçirilməsi nəzərdə tutulur.

Yer təki sahəsində fəaliyyətlə məşğul olmaq istəyən sahibkarlar hərraclarda fəal iştiraka dəvət edilirlər.

Xəbər lenti
0