Sultanların portretlərinə üç milyon qiymət qoydular

© AFP 2023 / JEFF PACHOUDHərrac,arxiv şəkli
Hərrac,arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.09.2021
Abunə olmaq
Osmanlı sultanlarından Orxan Qazi, Sultan İldırım Bəyazid, İsa Çələbi, Çələbi Mehmed, I Səlim və II Səlimin portretlərindən ibarət əsərlərin satış qiymətinin 2.8 milyondan çox olacağı qeyd edilir
BAKI, 28 sentyabr — Sputnik. İngilis hərrac evi, 250 illik tarixi dövrü əhatə edən altı Osmanlı sultanının portretini satışa çıxaracaq.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, auksion oktyabrın 28-də reallaşacaq.
Osmanlı sultanlarından Orxan Qazi, Sultan İldırım Bəyazid, İsa Çələbi, Çələbi Mehmed, I Səlim və II Səlimin portretlərindən ibarət əsərlərin satiş qiymətinin 2.8 milyondan çox olacağı qeyd edilir.
1579-cu ilin yanvarında çəkilməyə başlayan portretlər sentyabr ayında İstanbula göndərilibmiş. Portretlərin tərzinə görə Paolo Veroneze tərəfindən və ya rəhbərliyi altında çəkildiyi düşünülsə də, heç bir rəssamın imzası yoxdur.
Xəbər lenti
0