https://sputnik.az/20220109/ktmt-uzvleri-videokonfrans-kecirecek-437999017.html
KTMT üzvləri videokonfrans keçirəcək
KTMT üzvləri videokonfrans keçirəcək
Sputnik Azərbaycan
KTMT kontingentinin tərkibinə Rusiya, Belarus, Ermənistan, Tacikistan və Qırğızıstan silahlı qüvvələrinin birləşmələri daxildir.
2022-01-09T13:48+0400
2022-01-09T13:48+0400
2022-01-09T13:54+0400
dünya xəbərləri
video-körpü
ktmt
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/17/437520519_0:77:3072:1805_1920x0_80_0_0_5931f347afb57747c0b21c80bbe1d8d0.jpg
BAKI, 9 yanvar — Sputnik. KTMT ölkələrinin liderlərinin videokonfransı yanvarın 10-na planlaşdırılıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında bildirib ki, Ermənistan KTMT-nin sədri kimi Təşkilatın Kollektiv Təhlükəsizlik Şurasının iclasını təşkil edəcək. Bundan əvvəl Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Putinə KTMT liderləri arasında Qazaxıstandakı vəziyyətlə bağlı Kollektiv Təhlükəsizlik Şurasının videokonfransı formatında danışıq keçirməyi təklif etmişdi.Xatırladaq ki, yanvarın 5-də gecə saatlarında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurası Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin müraciəti ilə əlaqədar kollektiv sülhməramlı qüvvələrin həmin ölkəyə göndərilməsi barədə qərar qəbul edib.Bu barədə Şuranın sədri, Ermənistanın Baş naziri Nikol Paşinyan "Facebook" səhifəsində məlumat verib."Qazaxıstan Respublikasının Prezidenti Tokayevin müraciəti ilə əlaqədar, Qazaxıstan Respublikasının milli təhlükəsizliyinə və suverenliyinə, o cümlədən, kənar müdaxilə nəticəsində yaranmış təhlükəni nəzərə alaraq, KTMT Kollektiv Təhlükəsizlik Şurası, Kollektiv Təhlükəsizlik Müqaviləsinin 4-cü maddəsinə əsasən, KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin Qazaxıstan Respublikasına göndərilməsi qərara alınıb", - Paşinyan yazıb.KTMT kontingentinin tərkibinə Rusiya, Belarus, Ermənistan, Tacikistan və Qırğızıstan silahlı qüvvələrinin birləşmələri daxildir.Rusiya Hava Kosmik Qüvvələrinə məxsus Hərbi-Nəqliyyat Aviasiyasının təyyarələri vasitəsilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingentinin Rusiyadan olan heyəti Qazaxıstana göndərilib.Qazaxıstanda KTMT sülhməramlıları dövlət və hərbi obyektləri mühafizə edəcək, yerli hüquq-mühafizə orqanlarına vəziyyətin sabitləşdirilməsində kömək edəcəklər.Həmçinin oxuyun:Tokayev göstəriş verdi: nəticələri aradan qaldırınNazarbayev TŞ sədrinin səlahiyyətlərindən özü əl çəkibDövlətə xəyanət: Qazaxıstanda yüksək vəzifəlilər saxlanıldılarPolitoloq: Qazaxıstanda sabitlik yaratmaq uzun müddət çətin olacaq
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/17/437520519_233:0:2964:2048_1920x0_80_0_0_337f9e8041d5b3175ad272347d1385fd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ktmt üzvləri videokonfrans keçirəcək
ktmt üzvləri videokonfrans keçirəcək
KTMT üzvləri videokonfrans keçirəcək
13:48 09.01.2022 (Yenilənib: 13:54 09.01.2022) Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında bildirib ki, Ermənistan KTMT-nin sədri kimi Təşkilatın Kollektiv Təhlükəsizlik Şurasının iclasını təşkil edəcək.
BAKI, 9 yanvar — Sputnik. KTMT ölkələrinin liderlərinin videokonfransı yanvarın 10-na planlaşdırılıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında bildirib ki, Ermənistan KTMT-nin sədri kimi Təşkilatın Kollektiv Təhlükəsizlik Şurasının iclasını təşkil edəcək. Bundan əvvəl Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Putinə KTMT liderləri arasında Qazaxıstandakı vəziyyətlə bağlı Kollektiv Təhlükəsizlik Şurasının videokonfransı formatında danışıq keçirməyi təklif etmişdi.
Xatırladaq ki, yanvarın 5-də gecə saatlarında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurası Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin müraciəti ilə əlaqədar kollektiv sülhməramlı qüvvələrin həmin ölkəyə göndərilməsi barədə qərar qəbul edib.
Bu barədə Şuranın sədri, Ermənistanın Baş naziri Nikol Paşinyan "Facebook" səhifəsində məlumat verib.
"Qazaxıstan Respublikasının Prezidenti Tokayevin müraciəti ilə əlaqədar, Qazaxıstan Respublikasının milli təhlükəsizliyinə və suverenliyinə, o cümlədən, kənar müdaxilə nəticəsində yaranmış təhlükəni nəzərə alaraq, KTMT Kollektiv Təhlükəsizlik Şurası, Kollektiv Təhlükəsizlik Müqaviləsinin 4-cü maddəsinə əsasən, KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin Qazaxıstan Respublikasına göndərilməsi qərara alınıb", - Paşinyan yazıb.
KTMT kontingentinin tərkibinə Rusiya, Belarus, Ermənistan, Tacikistan və Qırğızıstan silahlı qüvvələrinin birləşmələri daxildir.
Rusiya Hava Kosmik Qüvvələrinə məxsus Hərbi-Nəqliyyat Aviasiyasının təyyarələri vasitəsilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingentinin Rusiyadan olan heyəti Qazaxıstana göndərilib.
Qazaxıstanda KTMT sülhməramlıları dövlət və hərbi obyektləri mühafizə edəcək, yerli hüquq-mühafizə orqanlarına vəziyyətin sabitləşdirilməsində kömək edəcəklər.