Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Karate üzrə böyüklər arasında respublika çempionatı başlanıb

© Sputnik / Rahim MuradovLənkəranda karate-do üzrə çempionat
Lənkəranda karate-do üzrə çempionat - Sputnik Azərbaycan, 1920, 09.01.2022
Abunə olmaq
Qalib və mükafatçılara Azərbaycan Karate Federasiyaları Assosiasiyasının və Milli Karate Federasiyasının kubok, medal və diplomları təqdim olunacaq.
BAKI, 9 yanvar - Sputnik. Yanvarın 9-da Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsindəki İdman-Sağlamlıq Klubunda böyüklər arasında karate üzrə 29-cu respublika çempionatı start götürüb. Sputnik Azərbaycan Azərtac-a xəbər verir ki, çempionatın kumite yarışlarında kişilər 60, 67, 75, 84, +84 kiloqram çəki dərəcələrində mübarizə aparırlar.
Qadın karateçilər isə 50, 55, 61, 68, +68 kiloqram çəki dərəcələri üzrə yarışlarda güclərini sınayırlar. Kumite yarışları ilə yanaşı, karateçilər fərdi kata turnirində də iştirak edəcəklər.
Qalib və mükafatçılara Azərbaycan Karate Federasiyaları Assosiasiyasının və Milli Karate Federasiyasının kubok, medal və diplomları təqdim olunacaq.
Həmçinin oxuyun:
Rafael Ağayev başqa idman növünə keçir
Azər Əliyev: Şuşa və Kəlbəcərdə məşqlər atletlərimizə faydalı olacaq
Vilayət Eyvazov tanınmış karateçini yeni vəzifəyə təyin edib
Xəbər lenti
0