CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vilayət Eyvazov tanınmış karateçini yeni vəzifəyə təyin edib

© Photo : Ministry of Internal AffairsVilayət Eyvazov, arxiv şəkli
Vilayət Eyvazov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.12.2021
Abunə olmaq
İdmançı Tokio-2020 Yay Olimpiya Oyunlarına karate növündə qazanılmış 3 lisenziyadan birinin müəllifi kimi qatılmışdı.
BAKI, 27 dekabr — Sputnik. Azərbaycanın tanınmış karateçisi Firdovsi Fərzəliyev Abşeron Rayon Polis İdarəsində (RPİ) yeni vəzifəyə təyin edilib.
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadla xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Fərzəliyev Abşeron RPİ-nin kadrlar qrupunun inspektoru təyin olunub.
Qeyd edək ki, F.Fərzəliyev Bakı-2015 I Avropa Oyunlarında qızıl, Minsk-2019 II Avropa Oyunlarında gümüş medal qazanıb. O, 2016-cı il dünya çempionatında, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal əldə edib, 2017-ci ildə Vrotslavda keçirilən Dünya Oyunlarının qalibi olub.
28 yaşlı idmançı Tokio-2020 Yay Olimpiya Oyunlarına karate növündə qazanılmış 3 lisenziyadan birinin müəllifi kimi qatılmasına baxmayaraq, medalçılar sırasına düşə bilməyib.
Xəbər lenti
0