https://sputnik.az/20220109/dord-usaqla-bir-anani-xilas-eden-qehreman-siz-de-onu-taniyin-438006418.html
Dörd uşaqla bir ananı xilas edən qəhrəman - Onu siz də tanıyın
Dörd uşaqla bir ananı xilas edən qəhrəman - Onu siz də tanıyın
Sputnik Azərbaycan
Bir ailəni böyük bədbəxtlikdən xilas edən qəhrəmanımız həmin an heç nə, hətta öz övladlarını belə düşünmədiyini deyir.
2022-01-09T23:08+0400
2022-01-09T23:08+0400
2022-01-09T23:13+0400
fhn
cəmiyyət
siyəzən
qəhrəman
yanğın
https://cdnn1.img.sputnik.az/img/07e6/01/09/438006285_0:0:410:232_1920x0_80_0_0_b11c31d8428519669c62aca92a327445.jpg
BAKI, 9 yanvar — Sputnik. Hər hansısa hadisə baş verən zaman öz həyatını düşünmədən başqalarının həyatını xilas edənləri demək olar ki, filimlərdə görürük. Amma sizə bəhs edəcəyimiz hadisə filmdə yox, aylar öncə Siyəzəndə baş veib.Siyəzənli gənc yanğın zamanı öz həyatını təhlükəyə ataraq bir ailənin beş üzvünü xilas edib. Sputnik Azərbaycan həmin şəxsi sizlərə tanıtmaqdan məmnundur.Mustafayev Anar İltimas oğlu Siyəzəndə özəl şirkətlərin birində mühafizəçi kimi çalışır. O, bir neçə ay öncə Siyəzəndə baş verən yanğında FHN-nin əməkdaşlarının gəlməsini gözləmədən yanan evə daxil olmağa çalışıb və dördü uşaq olmaqla bir ailəni xilas edib.M.Anar həmin gün baş verənləri Sputnik Azərbaycan-a danışıb:“İyul ayının beşi idi. Qohumumgilin evində oyurub çay içirdik. Baxdıq ki, yaxınlıqdakı evdən tüstü çıxır. Tez hasara qalxdım. Gördüm ki, yanğın baş verir. Tez 101 nömrəsini yığıb, FHN-nə məlumat verib yanan evə doğru qaçdım. Tüstü hər tərəfi bürüdüyündən bloka daxil olmaq mümkün deyildi. Tez qonşudan nərdivan götürüb birinci mərtəbənin damından evin pəncərəsinə yaxınlaşdım. Evin bütün pəncərələri dəmir barmaqlıqlarla bağlı idi. Evdən durmadan qışqırıq səslər gəlirdi. Evdəkilər “bizə kömək edin” deyə yalvarırdılar. Ətrafda insanlar çox olmasına baxmayaraq heç kim yaxına gəlmirdi. Onları da qınamaq olmazdı. Çünki ev elə yanırdı ki, hər tərəf tüstü-duman idi. Sanki mənə ilahi bir güc gəldi və mən dəmir barmaqlıqları qıra bildim. Heç nə düşünmədən tez evə daxil oldum. Gördüm ki, evdə dörd azyaşlı uşaq var. Əvvəlcə uşaqları bir-bir pəncərədən aşağıda dayananlara ötürdüm. Onlar uşaqları götürdükdən sonra ananı da o evdən çıxarda bildim”.Bir ailəni böyük bədbəxtlikdən xilas edən qəhrəmanımız həmin an heç nə, hətta öz övladlarını belə düşünmədiyini deyir:“Rayonda məni tanıyanlar bilir ki, mən həyatda heç nədən qorxan insan deyiləm. Burda əgər söhbət insan həyatından gedirsə, gözümə heçnə görünmür. Mən yanan evə doğru qaçanda qohumlarım qışqırırdı ki, sən də boğulacaqsan, zəhərlənə bilərsən. Hətta dedilər ki, özünü düşünmürsən, iki övladını düşün. Həmin an ağlıma nə öz həyatım, nə də uşaqlarım gəldi. Ancaq içərdəki o məsum uşaqları düşünürdüm. Evdən gələn o ah-nalə səslərini eşitdikdən sonra heç bir qüvvə məni saxlaya bilməzdi. Onlara nəsə olsaydı özümü bağışlaya bilməzdim. Allah eləməsin, yenə olarsa, heç nə düşünmədən yenə edərəm. Çünki insan həyatı mənim üçün çox dəyərlidir"."Onu da qeyd edim ki, ailə bu hadisədən sonra mənə çox təşəkkür etdilər. Ömürləri boyu duaçı olacaqlarını, bunu heç vaxt unutmayacaqlarını tez-tez dilə gətirirlər”, deyir siyəzənli qəhrəman.Onun dediklərinə görə, bu hadisədən FHN-nin əməkdaşları da xəbərdar olublar. Onlar Anarı kiçik hədiyyələrlə mükafatlandırıblar. Anar, əgər təklif olarsa, böyük məmnuniyyətlə FHN-nin nəzdində olan Yanğından xilasetmə qrupunda çalışa biləcəyini dedi. Çünki hər kəs onda bu potensialı görüb.Həmçinin oxuyun:FHN əməliyyat görüntülərini yayıb - VİDEOÜç avtobusun toqquşmasına səbəbkar olanlardan izahat alınıbÖzünü FHN polkovniki kimi təqdim edən şəxs beynəlxalq axtarışa verilibFHN-in bir qrup hərbi qulluqçusuna ali rütbələr verilib
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Leyla Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427253037_0:5:864:869_100x100_80_0_0_f0cb62efb4dc95d6813818a51b84faa9.jpg
Leyla Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427253037_0:5:864:869_100x100_80_0_0_f0cb62efb4dc95d6813818a51b84faa9.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/09/438006285_0:0:410:308_1920x0_80_0_0_1712410f89c40e89c798b06fc346b426.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Leyla Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427253037_0:5:864:869_100x100_80_0_0_f0cb62efb4dc95d6813818a51b84faa9.jpg
dörd uşaqla bir ananı xilas edən qəhrəman. siz də onu tanıyın
dörd uşaqla bir ananı xilas edən qəhrəman. siz də onu tanıyın
Dörd uşaqla bir ananı xilas edən qəhrəman - Onu siz də tanıyın
23:08 09.01.2022 (Yenilənib: 23:13 09.01.2022) Əgər təklif olarsa, böyük məmnuniyyətlə FHN-nin nəzdində olan Yanğından xilasetmə qrupunda çalışa biləcəyini deyir.
BAKI, 9 yanvar — Sputnik. Hər hansısa hadisə baş verən zaman öz həyatını düşünmədən başqalarının həyatını xilas edənləri demək olar ki, filimlərdə görürük. Amma sizə bəhs edəcəyimiz hadisə filmdə yox, aylar öncə Siyəzəndə baş veib.
Siyəzənli gənc yanğın zamanı öz həyatını təhlükəyə ataraq bir ailənin beş üzvünü xilas edib.
Sputnik Azərbaycan həmin şəxsi sizlərə tanıtmaqdan məmnundur.
Mustafayev Anar İltimas oğlu Siyəzəndə özəl şirkətlərin birində mühafizəçi kimi çalışır. O, bir neçə ay öncə Siyəzəndə baş verən yanğında FHN-nin əməkdaşlarının gəlməsini gözləmədən yanan evə daxil olmağa çalışıb və dördü uşaq olmaqla bir ailəni xilas edib.
M.Anar həmin gün baş verənləri
Sputnik Azərbaycan-a danışıb:
“İyul ayının beşi idi. Qohumumgilin evində oyurub çay içirdik. Baxdıq ki, yaxınlıqdakı evdən tüstü çıxır. Tez hasara qalxdım. Gördüm ki, yanğın baş verir. Tez 101 nömrəsini yığıb, FHN-nə məlumat verib yanan evə doğru qaçdım. Tüstü hər tərəfi bürüdüyündən bloka daxil olmaq mümkün deyildi. Tez qonşudan nərdivan götürüb birinci mərtəbənin damından evin pəncərəsinə yaxınlaşdım. Evin bütün pəncərələri dəmir barmaqlıqlarla bağlı idi. Evdən durmadan qışqırıq səslər gəlirdi. Evdəkilər “bizə kömək edin” deyə yalvarırdılar. Ətrafda insanlar çox olmasına baxmayaraq heç kim yaxına gəlmirdi. Onları da qınamaq olmazdı. Çünki ev elə yanırdı ki, hər tərəf tüstü-duman idi. Sanki mənə ilahi bir güc gəldi və mən dəmir barmaqlıqları qıra bildim. Heç nə düşünmədən tez evə daxil oldum. Gördüm ki, evdə dörd azyaşlı uşaq var. Əvvəlcə uşaqları bir-bir pəncərədən aşağıda dayananlara ötürdüm. Onlar uşaqları götürdükdən sonra ananı da o evdən çıxarda bildim”.
Bir ailəni böyük bədbəxtlikdən xilas edən qəhrəmanımız həmin an heç nə, hətta öz övladlarını belə düşünmədiyini deyir:
“Rayonda məni tanıyanlar bilir ki, mən həyatda heç nədən qorxan insan deyiləm. Burda əgər söhbət insan həyatından gedirsə, gözümə heçnə görünmür. Mən yanan evə doğru qaçanda qohumlarım qışqırırdı ki, sən də boğulacaqsan, zəhərlənə bilərsən. Hətta dedilər ki, özünü düşünmürsən, iki övladını düşün. Həmin an ağlıma nə öz həyatım, nə də uşaqlarım gəldi. Ancaq içərdəki o məsum uşaqları düşünürdüm. Evdən gələn o ah-nalə səslərini eşitdikdən sonra heç bir qüvvə məni saxlaya bilməzdi. Onlara nəsə olsaydı özümü bağışlaya bilməzdim. Allah eləməsin, yenə olarsa, heç nə düşünmədən yenə edərəm. Çünki insan həyatı mənim üçün çox dəyərlidir".
"Onu da qeyd edim ki, ailə bu hadisədən sonra mənə çox təşəkkür etdilər. Ömürləri boyu duaçı olacaqlarını, bunu heç vaxt unutmayacaqlarını tez-tez dilə gətirirlər”, deyir siyəzənli qəhrəman.
Onun dediklərinə görə, bu hadisədən FHN-nin əməkdaşları da xəbərdar olublar. Onlar Anarı kiçik hədiyyələrlə mükafatlandırıblar. Anar, əgər təklif olarsa, böyük məmnuniyyətlə FHN-nin nəzdində olan Yanğından xilasetmə qrupunda çalışa biləcəyini dedi. Çünki hər kəs onda bu potensialı görüb.