CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

FHN əməliyyat görüntülərini yayıb - VİDEO

© Photo : Ministry of Emergency Situations of the Republic of AzerbaijanFHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı - Sputnik Azərbaycan, 1920, 06.01.2022
Abunə olmaq
Avtoqəza nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan 1 nəfər xilas edilib, yanğın zamanı 10 nəfər təxliyə olunub, bağlı qapı arxasında aşkar olunan 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
BAKI, 6 yanvar — Sputnik. Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) ötən gün baş verən hadisələrin əməliyyat görüntülərini yayıb. Sputnik Azərbaycan FHN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, nazirliyin üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Belə ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 19 yanğına çıxış, 1 nəqliyyat qəzası və 3 köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 11 nəfər, o cümlədən avtoqəza nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan 1 nəfər xilas edilib, yanğın zamanı 10 nəfər təxliyə olunub, bağlı qapı arxasında aşkar olunan 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
Həmçinin oxuyun:
Üç avtobusun toqquşmasına səbəbkar olanlardan izahat alınıb
Özünü FHN polkovniki kimi təqdim edən şəxs beynəlxalq axtarışa verilib
FHN-in bir qrup hərbi qulluqçusuna ali rütbələr verilib
Xəbər lenti
0