https://sputnik.az/20220106/bakida-dehsetli-qeza---3-avtobus-toqqusub-xesaret-alan-var-437896191.html
Üç avtobusun toqquşmasına səbəbkar olanlardan izahat alınıb
Üç avtobusun toqquşmasına səbəbkar olanlardan izahat alınıb
Sputnik Azərbaycan
Xilasedicilər xüsusi xilasetmə alət və avadanlıqları vasitəsilə sıxılı vəziyyətdə qalmış avtobus sürücüsünü xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
2022-01-06T12:56+0400
2022-01-06T12:56+0400
2022-01-06T12:56+0400
bakı
hadisə
avtobus
toqquşma
https://cdnn1.img.sputnik.az/img/41216/62/412166269_0:0:1200:676_1920x0_80_0_0_7d95089ecc7126c14f72bcb32ba59a2f.jpg
BAKI, 6 yanvar — Sputnik. Bu gün Bakının Suraxanı qəsəbəsində - Zığ şosesində 104, 113 və 217 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların iştirakı ilə baş vermiş yol qəzasına görə məsul şəxslərdən izahat alınıb.Sputnik Azərbaycan Bakı Nəqliyyat Agentliyinə istinadla xəbər verir ki, hadisə nəzarətə götürülərək müvafiq araşdırma aparılıb.Marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti göstərən "BUS TRANS" MMC", "Transkontrol" MMC və "Azlənd Plaza" MMC-nin məsul şəxsləri Bakı Nəqliyyat Agentliyinə çağırılaraq izahatları alınıb. Hadisə nəqliyyat vasitələrinin reysə başlanma vaxtından əvvəl qeydə alındığından avtobuslarda sərnişin olmayıb."Azlənd Plaza"nın müvəqqəti istismarında olan 217 nömrəli marşrutun sürücüsü xəsarət alıb. Xatırladaq ki, bu gün səhər saat 06:00 radələrində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu ərazisində Suraxanı dairəsində bir neçə avtomobilin iştirakı ilə yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.Dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 3 avtobusun iştirakı ilə yol-nəqliyyat qəzasının baş verdiyi, hadisə nəticəsində 1990-cı il təvəllüdlü Məmmədov Rəvan Fazil oğlunun idarə etdiyi "Daewoo" markalı avtobusda sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.***Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, bu gün səhər saat 06:00 radələrində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu ərazisində Suraxanı dairəsində bir neçə avtomobilin iştirakı ilə yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 3 avtobusun iştirakı ilə yol-nəqliyyat qəzasının baş verdiyi, hadisə nəticəsində 1990-cı il təvəllüdlü Məmmədov Rəvan Fazil oğlunun idarə etdiyi "Daewoo" markalı avtobusda sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.Xilasedicilər xüsusi xilasetmə alət və avadanlıqları vasitəsilə sıxılı vəziyyətdə qalmış avtobus sürücüsünü xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41216/62/412166269_281:0:1200:689_1920x0_80_0_0_dcaa9bc0ca31601b214687d072d7add9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bakıda dəhşətli qəza - 3 avtobus toqquşub, xəsarət alan var
bakıda dəhşətli qəza - 3 avtobus toqquşub, xəsarət alan var
Üç avtobusun toqquşmasına səbəbkar olanlardan izahat alınıb
"Azlənd Plaza"nın müvəqqəti istismarında olan 217 nömrəli marşrutun sürücüsü xəsarət alıb.
BAKI, 6 yanvar — Sputnik. Bu gün Bakının Suraxanı qəsəbəsində - Zığ şosesində 104, 113 və 217 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların iştirakı ilə baş vermiş yol qəzasına görə məsul şəxslərdən izahat alınıb.
Sputnik Azərbaycan Bakı Nəqliyyat Agentliyinə istinadla xəbər verir ki, hadisə nəzarətə götürülərək müvafiq araşdırma aparılıb.
Marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti göstərən "BUS TRANS" MMC", "Transkontrol" MMC və "Azlənd Plaza" MMC-nin məsul şəxsləri Bakı Nəqliyyat Agentliyinə çağırılaraq izahatları alınıb. Hadisə nəqliyyat vasitələrinin reysə başlanma vaxtından əvvəl qeydə alındığından avtobuslarda sərnişin olmayıb.
"Azlənd Plaza"nın müvəqqəti istismarında olan 217 nömrəli marşrutun sürücüsü xəsarət alıb. Xatırladaq ki, bu gün səhər saat 06:00 radələrində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu ərazisində Suraxanı dairəsində bir neçə avtomobilin iştirakı ilə yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 3 avtobusun iştirakı ilə yol-nəqliyyat qəzasının baş verdiyi, hadisə nəticəsində 1990-cı il təvəllüdlü Məmmədov Rəvan Fazil oğlunun idarə etdiyi "Daewoo" markalı avtobusda sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, bu gün səhər saat 06:00 radələrində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu ərazisində Suraxanı dairəsində bir neçə avtomobilin iştirakı ilə yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 3 avtobusun iştirakı ilə yol-nəqliyyat qəzasının baş verdiyi, hadisə nəticəsində 1990-cı il təvəllüdlü Məmmədov Rəvan Fazil oğlunun idarə etdiyi "Daewoo" markalı avtobusda sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər xüsusi xilasetmə alət və avadanlıqları vasitəsilə sıxılı vəziyyətdə qalmış avtobus sürücüsünü xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.