DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qırğızlar da hərbçilərini Qazaxıstana göndərir

© AFP 2023 / ABDUAZIZ MADYAROVСотрудники полиции во время акции протеста против повышения цен на газ в Алма-Ате, Казахстан
Сотрудники полиции во время акции протеста против повышения цен на газ в Алма-Ате, Казахстан - Sputnik Azərbaycan, 1920, 07.01.2022
Abunə olmaq
Daha əvvəl Qırğızıstanın Baş nazirinin müavini bildirib ki, Respublika Qazaxıstana 150 hərbçi və 19 ədəd texnika göndərmək niyyətindədir.
BAKI, 7 yanvar — Sputnik. Qırğızıstan Parlamenti bu ölkənin hərbçilərinin Qazaxıstanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT)sülhməramlı missiyasında iştirakına razılıq verib.
"Parlament böyük çoxluqla hərbçilərin göndərilməsinə razılıq verdi. Bu qərarın lehinə 69 deputat səs verib", - deyə RİA Novosti-nin məlumatında bildirilir.
Daha əvvəl Qırğızıstanın Baş nazirinin müavini bildirib ki, Respublika Qazaxıstana 150 hərbçi və 19 ədəd texnika göndərmək niyyətindədir.
Bu arada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstanda müvəqqəti yerləşdirilmiş kontingentinə rəhbər təyin olunub. Bu vəzifəyə Rusiya Hərbi Desant Qüvvələrinin general polkovnik Andrey Serdyukov təyin olunub.
Qeyd edək ki, daha əvvəl KTMT-nın sülhməramlı missiyası çərçivəsində Rusiya Qazaxıstana 3 000, Belarus 500, Tacikistan 200, Ermənistan isə 70 hərbçi göndərib.
Xatırladaq ki, yanvarın 5-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Tokayev iclasda ölkədəki gərgin vəziyyətlə bağlı KTMT tərəfdaşlarından hərbi yardım istəməyin zəruriliyini bildirib.
Yanvarın 5-də gecə saatlarında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurası Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin müraciəti ilə əlaqədar kollektiv sülhməramlı qüvvələrin həmin ölkəyə göndərilməsi barədə qərar qəbul edib. Bu barədə Şuranın sədri, Ermənistanın Baş naziri Nikol Paşinyan "Facebook" səhifəsində məlumat verib.
"Qazaxıstan Respublikasının Prezidenti Tokayevin müraciəti ilə əlaqədar, Qazaxıstan Respublikasının milli təhlükəsizliyinə və suverenliyinə, o cümlədən, kənar müdaxilə nəticəsində yaranmış təhlükəni nəzərə alaraq, KTMT Kollektiv Təhlükəsizlik Şurası, Kollektiv Təhlükəsizlik Müqaviləsinin 4-cü maddəsinə əsasən, KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin Qazaxıstan Respublikasına göndərilməsi qərara alınıb", - Paşinyan yazıb.
KTMT kontingentinin tərkibinə Rusiya, Belarus, Ermənistan, Tacikistan və Qırğızıstan silahlı qüvvələrinin birləşmələri daxildir. Qazaxıstanda KTMT sülhməramlıları dövlət və hərbi obyektləri mühafizə edəcək, yerli hüquq-mühafizə orqanlarına vəziyyətin sabitləşdirilməsində kömək edəcəklər.
Eləcə də oxuyun:
* Sülhməramlılar Qazaxıstanda silah tətbiq edə bilərlər - KTMT
* Qazaxıstandan son xəbərlər: Astanada atəş və partlayışlar
* Rusiya heç nə etməsə, çox qəribə olardı - Leonid Kalaşnikov
* Qazaxıstandan son xəbərlər: qızıl fondu da yandırdılar
* Qazaxıstan rəhbərliyindən ölkədəki vəziyyətə dair yeni açıqlama: 100-dən çox adam saxlandı
* Qazaxıstanın hər yerində fövqəladə vəziyyət elan edildi: BMT narahatdır
Xəbər lenti
0