https://sputnik.az/20220107/ekspert-mene-de-deyirler-ki-coreyin-cekisi-430-440-qr-gelir-437957466.html
Ekspert: Mənə də deyirlər ki, çörəyin çəkisi 430-440 qr gəlir
Ekspert: Mənə də deyirlər ki, çörəyin çəkisi 430-440 qr gəlir
Sputnik Azərbaycan
Ekspert: Çörəyin qiyməti yenə qalxa bilər. İdxaldan asılıyıq, xaricdə qiymət bahalaşdıqca, bizdə də bahalaşacaq.
2022-01-07T18:45+0400
2022-01-07T18:45+0400
2022-01-07T18:31+0400
çörək
təhlil
idxal
qiymət artımı
çəki
https://cdnn1.img.sputnik.az/img/07e6/01/06/437914029_0:103:2000:1228_1920x0_80_0_0_2571d4e44f0d06aa1a1be96f0fb266a9.jpg
BAKI, 7 yanvar — Sputnik. Azərbaycanda un və çörəyin qiymətinin yuxarı həddi artıq müəyyənləşdirilib. Belə ki, 50 kiloqramlıq bir kisə unun topdansatış qiyməti 35,9 manat, 500 qramlıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti 50 qəpik, 650 qramlıq ənənəvi çörəyin pərakəndə satış qiyməti 65 qəpik olub. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qiymət hədlərinə əməl olunması üzrə ciddi nəzarət tədbirlərini davam etdirir. Dövlət Xidməti onu da vurğulayıb ki, Azərbaycanda ərzaqlıq buğdanın, unun və çörəyin qiyməti tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında formalaşır. Bu ilin əvvəlindən etibarən unun qiyməti buğdanın hazırkı idxal qiymətinə uyğunlaşdırılıb.Un və çörək niyə bahalaşıb?Ekspertlər Sputnik Azərbaycan-a açıqlamasında, un və çörəyin qiymətinin yuxarı həddinin müəyyənləşdirilməsinə, subsidiyanın dayandırılması və qiymətin tələb-təklifə görə formalaşması məsələsinə münasibət bildiriblər.Qiymətin yuxarı həddinin müəyyən edilməsi doğru addımdırTacirlər və İstehsalçılar Birliyinin rəhbəri Sevgim Rəhmanov Sputnik Azərbaycan-a deyib ki, istehsalçılar fərqlidir:"Böyük çörək sexlərinin məsrəfi az, kiçik çörək sexlərinin məsrəfi isə çoxdur. Ümumiyyətlə, çörək zavodlarının hamısında çörək eyni qiymətə başa gəlmir. Burada nəqliyyat - uzaq və yaxın yerlərə çörək daşıma məsələsi var. Dövlətin ixtiyarı var ki, qiymətin yuxarı həddini müəyyənləşdirsin, qiymətin aşağı həddini isə istehsalçılar özləri müəyyən edəcək. Çünki çörək strateji məhsuldur və qiymətin yuxarı həddinin müəyyən edilməsi doğru addımdır. İstehsalçı da elə etməlidir ki, məhsulun maya dəyərini aşağı sala bilsin".Çörəyin çəkisinə diqqətO bildirib ki, çörəyin çəkisinə diqqət edilməlidir:"Dünəndən istehlakçılar mənə də gəlib deyirlər ki, çörəyin çəkisinə baxırıq, 430-440 qram gəlir. Burada nəzarət vacibdir, əgər 500 qram deyilibsə, elə də olmalıdır. Yerli buğda istehsalı hər hektardan 15-20 sentner deyil, 45-50 sentner olmalıdır. İndiki zamanda subsidiya verilməlidir".Qiymət yenə qalxa bilər"Çörəyin qiyməti yenə qalxa bilər. İdxaldan asılıyıq, xaricdə qiymət bahalaşdıqca, bizdə də bahalaşacaq", - deyə o əlavə edib.Qiymət tələb-təklif əsasında müəyyən edilməlidirAzərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəribli isə Sputnik Azərbaycan-a deyib ki, qiymət tələb-təklif əsasında müəyyən edilməlidir:"Bu gün dünyada xüsusilə istehlak mallarının qiyməti artır. Hətta buğda ixrac edən ölkələrin ixracatında məhdudiyyətlər tətbiq edilir. Bu da qiymət artımına gətirdi. Həssas əhalinin rifahının artırılması üçün dövlətimiz bu sahəyə müəyyən müdaxilələr edir və un və çörəyin qiymətinin yuxarı həddi müəyyənləşdirilib. Başqa sözlə, istehsalçılar bu həddən yuxarı qiymətə un və çörək satmasınlar. Amma gəlcəkdə qiymət tələb-təklif əsasında formalaşacaq".Bahalaşma xarici amillərdən asılıdırO bildirib ki, çörəyin qiymətinin yenidən bahalaşması xarici amillərdən asılıdır:"Dünya bazarlarında qiymətlər artacaqsa, bizdə də qiymətlər artacaq. Dünyada təklif azalıb, amma tələb artıb və bu da qiymət artımına gətirir. Dünyada qida məhsullarının qiymətinin artması gözlənilir".Buğdaya ümumi tələbatımızın 40 faizi idxal hesabına ödənilirKənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə mediaya açıqlamasında bildirib ki, ölkə illik 2 mln. ton buğda istehsal edirsə, təqribən 1,3-1,4 mln. ton idxal edir:"Beləliklə, bizim buğda ilə özümüzü təmin etməmiz 59-60 faiz səviyyəsindədir. Yəni buğdaya ümumi tələbatımızın 40 faizi idxal hesabına ödənilir. İdxal olunan buğdanın böyük əksəriyyəti məhz un emalı sənayesinin tələbatı üçün ödənilir".Niyə özümüzü taxılla tam təmin edə bilmirik?Azərbaycan özünü tam olaraq taxılla təmin edə bilməməsinə gəldikdə, Mərkəzin direktoru qeyd edib ki, bunun bir sıra səbəbi var:"İlk növbədə, kənd təsərrüfatı sahəsi təbii resurslarla bağlıdır. Bizim torpaq resurslarımızın həcmi o qədər də geniş deyil. Misal çəkdiyimiz ölkələr (Rusiya, Kanada, ABŞ, Qazaxıstan, Avstraliya və s.) geniş torpaq sahələrinə malik olmaqla, böyük həcmdə buğda istehsalı təmin edən ölkələrdir. Digər məqam – iqlim şəraitimiz də keyfiyyətli buğda istehsalına imkan vermir. Mütəxəssislərin rəyi ondan ibarətdir ki, may-iyun aylarında bizim əsas buğda yetişən regionlarda kəskin istilər düşür, bu da bitkinin dən dolması mərhələsi başa çatmadan qurumasına səbəb olur. Bu, həm məhsuldarlığı azaldır, həm də məhsulun keyfiyyətinə mənfi təsir edir. İqlim uyğunsuzluğu ilə yanaşı su resurslarında da ciddi problemlər var...".Müxtəlif ölkələr ehtiyatlar formalaşdırırUnun və çörəyin bahalaşmasına gəldikdə, F. Fikrətzadə qeyd edib ki, belə halların qarşısını almaq məqsədilə müxtəlif ölkələr ehtiyatlar formalaşdırır, anında müdaxilə sistemi tətbiq edir:"Misal olaraq, Azərbaycanda ötən il büdcə vəsaiti hesabına bazara süni müdaxilə edilərək, istehsalçıların xərcləri kompensasiya edildi ki, bu da çörəyin qiymətinin artımının qarşısını aldı. Yəni dünya bazarlarında təsirlər baş verəcəksə, dövlətlər bu cür müdaxilələrlə onları kompensasiya edə bilir".Azərbaycanda un və çörəyin qiymətinin yuxarı həddi müəyyənləşdirilibİqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yaydığı məlumata görə, son dövrdə dünyada baş verən iqtisadi proseslərin və COVİD-19 pandemiyasının təsirləri, 2021-ci il ərzində dünya bazarlarında ərzaqlıq buğdaya tələbin artması və buğda istehsalçısı olan ölkələrin daxili bazarı qorumaq məqsədilə həyata keçirdiyi müxtəlif proteksionist tədbirlər fonunda ərzaqlıq buğdanın qiyməti kəskin artıb. Əlavə olaraq, ən böyük ərzaqlıq buğda istehsalçılarından biri və Azərbaycana ixrac edilən buğdanın əsas mənbə ölkəsi olan Rusiya Federasiyasının 2021-ci ilin fevral ayından yüksək ixrac rüsumları tətbiq etməsi səbəbindən ölkəmizə idxal olunun ərzaqlıq buğdanın qiymətində 2019-cu il ilə müqayisədə təxminən 58% bahalaşma baş verib.Subsidiyalar hesabına bu qiymətlərin uzunmüddətli dövrdə qeyri-real səviyyədə saxlanılması mümkün deyilVurğulamaq vacibdir ki, Azərbaycanda ərzaqlıq buğdanın, unun və çörəyin qiyməti tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında formalaşır. 2021-ci il ərzində ərzaqlıq buğdanın dünya üzrə kəskin bahalaşmasının Azərbaycana təsirinin azaldılması məqsədi ilə hökumət tərəfindən ayrılmış böyük həcmdə subsidiyalar hesabına buğda və unun qiymətlərinin real qiymətlərdən aşağı saxlanılması təmin olunub. Təbii olaraq, subsidiyalar hesabına bu qiymətlərin uzunmüddətli dövrdə liberal iqtisadi tələblərə zidd olaraq qeyri-real səviyyədə saxlanılması mümkün deyil.Unun qiyməti ərzaqlıq buğdanın hazırkı idxal qiymətinə uyğunlaşdırılıbNəticədə cari ilin əvvəlindən etibarən ərzaqlıq buğda tədarükü və un istehsalı ilə məşğul olan sahibkarlıq subyektləri tərəfindən unun qiyməti ərzaqlıq buğdanın hazırkı idxal qiymətinə uyğunlaşdırılıb. Satış bazarında qiymət manipulasiyalarına yol verilməməsi məqsədi ilə preventiv tədbir olaraq, Dövlət Xidməti bir sıra iri ərzaqlıq buğda idxalçıları, həmçinin un və çörək istehsalçıları ilə müzakirələr aparıb və prosesin nəzarətdə saxlanılması təmin edilib.Belə ki, idxal qiymətləri və emal xərcləri nəzərə alınmaqla, hazırda bu məhsula real qiymət formalaşıb, un və çörək istehsalçıları ilə qiymətin maksimal yuxarı həddi müəyyənləşdirilib: 50 kq-lıq bir kisə unun topdansatış qiyməti - 35,9 manat, 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 50 qəpik, 650 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 65 qəpik.Dövlət Xidməti qiymət hədlərinə əməl olunması üzrə ciddi nəzarət tədbirlərini davam etdirir. İlk günlərin monitorinqlərinin nəticələrinə əsasən, unun topdansatış qiyməti 35,4- 35,9 manat arasında dəyişir.İstehlakçılar un və çörək bazarında qiymət manipulasiyası halları ilə rastlaşdıqda, həmçinin əlaqəli məlumat almaq məqsədi ilə Dövlət Xidmətinə müraciət edə bilərlər: əlaqə telefonu: (+99412)-599-76-00.Dövlət Xidməti un istehsalçılarının topdansatış məntəqələri, satış qiyməti və iş vaxtını da açıqlayıb.Həmçinin oxuyun:Monopolistlərin qərarıdır? Azərbaycanda martadək hər şeyin qiyməti qalxacaq - FOTO-VİDEOÇörəyin qiyməti qalxdı, bəs keyfiyyəti? - VİDEOMağazalar çörəyin qiyməti ilə necə "oynayır"? - Reportaj - VideoBahalaşan un və çörək - Nə baş verir?Un və çörəyin qiyməti hələ bahalaşacaq - İstehsalçılar anons verdilərUn və çörəyin qiyməti ilə bağlı xəbərdarlıq
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/06/437914029_114:0:1887:1330_1920x0_80_0_0_de85dc529878de7f06c89aa31b81cd93.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
ekspert: mənə də deyirlər ki, çörəyin çəkisi 430-440 qr gəlir
ekspert: mənə də deyirlər ki, çörəyin çəkisi 430-440 qr gəlir
Ekspert: Mənə də deyirlər ki, çörəyin çəkisi 430-440 qr gəlir
Ekspertlər un və çörəyin qiymətinin yuxarı həddinin müəyyənləşdirilməsinə, subsidiyanın dayandırılması və qiymətin tələb-təklifə görə formalaşması məsələsinə münasibət bildiriblər.
BAKI, 7 yanvar — Sputnik. Azərbaycanda un və çörəyin qiymətinin yuxarı həddi artıq müəyyənləşdirilib. Belə ki, 50 kiloqramlıq bir kisə unun topdansatış qiyməti 35,9 manat, 500 qramlıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti 50 qəpik, 650 qramlıq ənənəvi çörəyin pərakəndə satış qiyməti 65 qəpik olub. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qiymət hədlərinə əməl olunması üzrə ciddi nəzarət tədbirlərini davam etdirir. Dövlət Xidməti onu da vurğulayıb ki, Azərbaycanda ərzaqlıq buğdanın, unun və çörəyin qiyməti tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında formalaşır. Bu ilin əvvəlindən etibarən unun qiyməti buğdanın hazırkı idxal qiymətinə uyğunlaşdırılıb.
Un və çörək niyə bahalaşıb?
Ekspertlər
Sputnik Azərbaycan-a açıqlamasında, un və çörəyin qiymətinin yuxarı həddinin müəyyənləşdirilməsinə, subsidiyanın dayandırılması və qiymətin tələb-təklifə görə formalaşması məsələsinə münasibət bildiriblər.
Qiymətin yuxarı həddinin müəyyən edilməsi doğru addımdır
Tacirlər və İstehsalçılar Birliyinin rəhbəri
Sevgim Rəhmanov Sputnik Azərbaycan-a deyib ki, istehsalçılar fərqlidir:
"Böyük çörək sexlərinin məsrəfi az, kiçik çörək sexlərinin məsrəfi isə çoxdur. Ümumiyyətlə, çörək zavodlarının hamısında çörək eyni qiymətə başa gəlmir. Burada nəqliyyat - uzaq və yaxın yerlərə çörək daşıma məsələsi var. Dövlətin ixtiyarı var ki, qiymətin yuxarı həddini müəyyənləşdirsin, qiymətin aşağı həddini isə istehsalçılar özləri müəyyən edəcək. Çünki çörək strateji məhsuldur və qiymətin yuxarı həddinin müəyyən edilməsi doğru addımdır. İstehsalçı da elə etməlidir ki, məhsulun maya dəyərini aşağı sala bilsin".
O bildirib ki, çörəyin çəkisinə diqqət edilməlidir:
"Dünəndən istehlakçılar mənə də gəlib deyirlər ki, çörəyin çəkisinə baxırıq, 430-440 qram gəlir. Burada nəzarət vacibdir, əgər 500 qram deyilibsə, elə də olmalıdır. Yerli buğda istehsalı hər hektardan 15-20 sentner deyil, 45-50 sentner olmalıdır. İndiki zamanda subsidiya verilməlidir".
"Çörəyin qiyməti yenə qalxa bilər. İdxaldan asılıyıq, xaricdə qiymət bahalaşdıqca, bizdə də bahalaşacaq", - deyə o əlavə edib.
Qiymət tələb-təklif əsasında müəyyən edilməlidir
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəribli isə Sputnik Azərbaycan-a deyib ki, qiymət tələb-təklif əsasında müəyyən edilməlidir:
"Bu gün dünyada xüsusilə istehlak mallarının qiyməti artır. Hətta buğda ixrac edən ölkələrin ixracatında məhdudiyyətlər tətbiq edilir. Bu da qiymət artımına gətirdi. Həssas əhalinin rifahının artırılması üçün dövlətimiz bu sahəyə müəyyən müdaxilələr edir və un və çörəyin qiymətinin yuxarı həddi müəyyənləşdirilib. Başqa sözlə, istehsalçılar bu həddən yuxarı qiymətə un və çörək satmasınlar. Amma gəlcəkdə qiymət tələb-təklif əsasında formalaşacaq".
Bahalaşma xarici amillərdən asılıdır
O bildirib ki, çörəyin qiymətinin yenidən bahalaşması xarici amillərdən asılıdır:
"Dünya bazarlarında qiymətlər artacaqsa, bizdə də qiymətlər artacaq. Dünyada təklif azalıb, amma tələb artıb və bu da qiymət artımına gətirir. Dünyada qida məhsullarının qiymətinin artması gözlənilir".
Buğdaya ümumi tələbatımızın 40 faizi idxal hesabına ödənilir
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə mediaya açıqlamasında bildirib ki, ölkə illik 2 mln. ton buğda istehsal edirsə, təqribən 1,3-1,4 mln. ton idxal edir:
"Beləliklə, bizim buğda ilə özümüzü təmin etməmiz 59-60 faiz səviyyəsindədir. Yəni buğdaya ümumi tələbatımızın 40 faizi idxal hesabına ödənilir. İdxal olunan buğdanın böyük əksəriyyəti məhz un emalı sənayesinin tələbatı üçün ödənilir".
Niyə özümüzü taxılla tam təmin edə bilmirik?
Azərbaycan özünü tam olaraq taxılla təmin edə bilməməsinə gəldikdə, Mərkəzin direktoru qeyd edib ki, bunun bir sıra səbəbi var:
"İlk növbədə, kənd təsərrüfatı sahəsi təbii resurslarla bağlıdır. Bizim torpaq resurslarımızın həcmi o qədər də geniş deyil. Misal çəkdiyimiz ölkələr (Rusiya, Kanada, ABŞ, Qazaxıstan, Avstraliya və s.) geniş torpaq sahələrinə malik olmaqla, böyük həcmdə buğda istehsalı təmin edən ölkələrdir. Digər məqam – iqlim şəraitimiz də keyfiyyətli buğda istehsalına imkan vermir. Mütəxəssislərin rəyi ondan ibarətdir ki, may-iyun aylarında bizim əsas buğda yetişən regionlarda kəskin istilər düşür, bu da bitkinin dən dolması mərhələsi başa çatmadan qurumasına səbəb olur. Bu, həm məhsuldarlığı azaldır, həm də məhsulun keyfiyyətinə mənfi təsir edir. İqlim uyğunsuzluğu ilə yanaşı su resurslarında da ciddi problemlər var...".
Müxtəlif ölkələr ehtiyatlar formalaşdırır
Unun və çörəyin bahalaşmasına gəldikdə, F. Fikrətzadə qeyd edib ki, belə halların qarşısını almaq məqsədilə müxtəlif ölkələr ehtiyatlar formalaşdırır, anında müdaxilə sistemi tətbiq edir:
"Misal olaraq, Azərbaycanda ötən il büdcə vəsaiti hesabına bazara süni müdaxilə edilərək, istehsalçıların xərcləri kompensasiya edildi ki, bu da çörəyin qiymətinin artımının qarşısını aldı. Yəni dünya bazarlarında təsirlər baş verəcəksə, dövlətlər bu cür müdaxilələrlə onları kompensasiya edə bilir".
Azərbaycanda un və çörəyin qiymətinin yuxarı həddi müəyyənləşdirilib
İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yaydığı məlumata görə, son dövrdə dünyada baş verən iqtisadi proseslərin və COVİD-19 pandemiyasının təsirləri, 2021-ci il ərzində dünya bazarlarında ərzaqlıq buğdaya tələbin artması və buğda istehsalçısı olan ölkələrin daxili bazarı qorumaq məqsədilə həyata keçirdiyi müxtəlif proteksionist tədbirlər fonunda ərzaqlıq buğdanın qiyməti kəskin artıb. Əlavə olaraq, ən böyük ərzaqlıq buğda istehsalçılarından biri və Azərbaycana ixrac edilən buğdanın əsas mənbə ölkəsi olan Rusiya Federasiyasının 2021-ci ilin fevral ayından yüksək ixrac rüsumları tətbiq etməsi səbəbindən ölkəmizə idxal olunun ərzaqlıq buğdanın qiymətində 2019-cu il ilə müqayisədə təxminən 58% bahalaşma baş verib.
Subsidiyalar hesabına bu qiymətlərin uzunmüddətli dövrdə qeyri-real səviyyədə saxlanılması mümkün deyil
Vurğulamaq vacibdir ki, Azərbaycanda ərzaqlıq buğdanın, unun və çörəyin qiyməti tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında formalaşır. 2021-ci il ərzində ərzaqlıq buğdanın dünya üzrə kəskin bahalaşmasının Azərbaycana təsirinin azaldılması məqsədi ilə hökumət tərəfindən ayrılmış böyük həcmdə subsidiyalar hesabına buğda və unun qiymətlərinin real qiymətlərdən aşağı saxlanılması təmin olunub. Təbii olaraq, subsidiyalar hesabına bu qiymətlərin uzunmüddətli dövrdə liberal iqtisadi tələblərə zidd olaraq qeyri-real səviyyədə saxlanılması mümkün deyil.
Unun qiyməti ərzaqlıq buğdanın hazırkı idxal qiymətinə uyğunlaşdırılıb
Nəticədə cari ilin əvvəlindən etibarən ərzaqlıq buğda tədarükü və un istehsalı ilə məşğul olan sahibkarlıq subyektləri tərəfindən unun qiyməti ərzaqlıq buğdanın hazırkı idxal qiymətinə uyğunlaşdırılıb. Satış bazarında qiymət manipulasiyalarına yol verilməməsi məqsədi ilə preventiv tədbir olaraq, Dövlət Xidməti bir sıra iri ərzaqlıq buğda idxalçıları, həmçinin un və çörək istehsalçıları ilə müzakirələr aparıb və prosesin nəzarətdə saxlanılması təmin edilib.
Belə ki, idxal qiymətləri və emal xərcləri nəzərə alınmaqla, hazırda bu məhsula real qiymət formalaşıb, un və çörək istehsalçıları ilə qiymətin maksimal yuxarı həddi müəyyənləşdirilib: 50 kq-lıq bir kisə unun topdansatış qiyməti - 35,9 manat, 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 50 qəpik, 650 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 65 qəpik.
Dövlət Xidməti qiymət hədlərinə əməl olunması üzrə ciddi nəzarət tədbirlərini davam etdirir. İlk günlərin monitorinqlərinin nəticələrinə əsasən, unun topdansatış qiyməti 35,4- 35,9 manat arasında dəyişir.
İstehlakçılar un və çörək bazarında qiymət manipulasiyası halları ilə rastlaşdıqda, həmçinin əlaqəli məlumat almaq məqsədi ilə Dövlət Xidmətinə müraciət edə bilərlər: əlaqə telefonu: (+99412)-599-76-00.
Dövlət Xidməti un istehsalçılarının topdansatış məntəqələri, satış qiyməti və iş vaxtını da açıqlayıb.