https://sputnik.az/20220105/un-ve-coreyin-qiymeti-ile-bagli-xeberdarliq-437864219.html
Un və çörəyin qiyməti ilə bağlı xəbərdarlıq
Un və çörəyin qiyməti ilə bağlı xəbərdarlıq
Sputnik Azərbaycan
Taxıl idxalçıları, həmçinin un və çörək istehsalçılarına vəziyyətdən sui-istifadə hallarının yolverilməzliyi barədə xəbərdarlıq edilib. 05.01.2022, Sputnik Azərbaycan
2022-01-05T11:23+0400
2022-01-05T11:23+0400
2022-01-05T11:24+0400
cəmiyyət
qiymət
çörək
un
iqtisadiyyat nazirliyi yanında antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti
https://cdnn1.img.sputnik.az/img/41351/03/413510337_0:424:2887:2048_1920x0_80_0_0_9d410ca325047e21882e210c866f1c03.jpg
BAKI, 5 yanvar — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölkədə unun və çörəyin qiymətlərinə nəzarəti daha da gücləndirib.Sputnik Azərbaycan bu barədə quruma istinadən xəbər verir.Məlumatda deyilir ki, bu ildən daxili bazarda sahibkarlıq subyektləri idxal ərzaqlıq taxıldan istehsal olunan unun qiymətini dünya bazarında olan ərzaqlıq buğdanın mövcud qiymətinə uyğunlaşdırıb. Nəticədə un və ənənəvi (dairəvi) çörəyin qiymətlərində dəyişikliyin baş verməsi müşahidə olunur.Bununla əlaqədar nəzarət tədbirləri daha da gücləndirilib. Bu istiqamətdə preventiv tədbirlər çərçivəsində taxıl idxalçıları, həmçinin un və çörək istehsalçıları ilə görüşlər təşkil edilərək vəziyyətdən sui-istifadə hallarının qətiyyən yolverilməzliyi barədə xəbərdarlıq edilib.Un və ənənəvi (dairəvi) çörəyin qiymətində və çəkisində əsassız dəyişikliyin qarşısının alınması və keyfiyyət parametrlərinə nəzarətin həyata keçirilməsi məqsədilə istehlak bazarında mütəmadi monitorinq aparılır, antiinhisar qanunvericiliyinə riayət olunmasına dair zəruri tədbirlər görülür. Monitorinq zamanı qanunvericiliyinin pozulması əlamətləri aşkar olunduğu təqdirdə ciddi tədbirlər görüləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41351/03/413510337_0:0:2731:2048_1920x0_80_0_0_710d62edaa37925155a15227b4e51cc2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
taxıl idxalçıları, həmçinin un və çörək istehsalçılarına vəziyyətdən sui-istifadə hallarının yolverilməzliyi barədə xəbərdarlıq edilib antiinhisar qiymət artımı çəki azaltmaq
taxıl idxalçıları, həmçinin un və çörək istehsalçılarına vəziyyətdən sui-istifadə hallarının yolverilməzliyi barədə xəbərdarlıq edilib antiinhisar qiymət artımı çəki azaltmaq
Un və çörəyin qiyməti ilə bağlı xəbərdarlıq
11:23 05.01.2022 (Yenilənib: 11:24 05.01.2022) Taxıl idxalçıları, həmçinin un və çörək istehsalçılarına vəziyyətdən sui-istifadə hallarının yolverilməzliyi barədə xəbərdarlıq edilib.
BAKI, 5 yanvar — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölkədə unun və çörəyin qiymətlərinə nəzarəti daha da gücləndirib.
Sputnik Azərbaycan bu barədə quruma istinadən xəbər verir.
Məlumatda deyilir ki, bu ildən daxili bazarda sahibkarlıq subyektləri idxal ərzaqlıq taxıldan istehsal olunan unun qiymətini dünya bazarında olan ərzaqlıq buğdanın mövcud qiymətinə uyğunlaşdırıb. Nəticədə un və ənənəvi (dairəvi) çörəyin qiymətlərində dəyişikliyin baş verməsi müşahidə olunur.
Bununla əlaqədar nəzarət tədbirləri daha da gücləndirilib. Bu istiqamətdə preventiv tədbirlər çərçivəsində taxıl idxalçıları, həmçinin un və çörək istehsalçıları ilə görüşlər təşkil edilərək vəziyyətdən sui-istifadə hallarının qətiyyən yolverilməzliyi barədə xəbərdarlıq edilib.
Un və ənənəvi (dairəvi) çörəyin qiymətində və çəkisində əsassız dəyişikliyin qarşısının alınması və keyfiyyət parametrlərinə nəzarətin həyata keçirilməsi məqsədilə istehlak bazarında mütəmadi monitorinq aparılır, antiinhisar qanunvericiliyinə riayət olunmasına dair zəruri tədbirlər görülür. Monitorinq zamanı qanunvericiliyinin pozulması əlamətləri aşkar olunduğu təqdirdə ciddi tədbirlər görüləcək.