https://sputnik.az/20220106/rusiya-xn-qazaxistan-hadiselerinde-xarici-mudaxile-oldugunu-aciqladi-437914615.html
Rusiya XİN Qazaxıstan hadisələrində xarici müdaxilə olduğunu açıqladı
Rusiya XİN Qazaxıstan hadisələrində xarici müdaxilə olduğunu açıqladı
Sputnik Azərbaycan
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurası Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin müraciəti ilə əlaqədar kollektiv sülhməramlı qüvvələrin həmin ölkəyə göndərilməsi barədə qərar qəbul edib.
2022-01-06T15:58+0400
2022-01-06T15:58+0400
2022-01-06T15:58+0400
rusiya
xin
qazaxıstan
xaric
müdaxilə
https://cdnn1.img.sputnik.az/img/07e5/08/03/427609550_0:0:3314:1864_1920x0_80_0_0_d450893b527b5da50e16fa6fbf30c3c9.jpg
BAKI, 6 yanvar — Sputnik. Moskva Qazaxıstanda baş verən son hadisələri ölkənin təhlükəsizliyini və bütövlüyünü zorakılıqla pozmaq üçün xaricdən edilmiş təşəbbüs kimi qiymətləndirir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Kollektiv Təhlükəsizlik Şurasının Kollektiv Sülhməramlı Qüvvələrinin Qazaxıstana göndərilməsi qərarı ilə bağlı dərc olunmuş bəyanatında deyilir.Bildirilib ki, Rusiya antiterror əməliyyatının keçirilməsinə kömək etmək üçün Qazaxıstan və KTMT-dəki müttəfiqləri ilə məsləhətləşmələri davam etdirəcək:Rusiya Xarici İşlər Nazirliyi Moskvanın Qazaxıstanda normal həyatın tezliklə bərpa olunmasında maraqlı olduğunu vurğulayıb.Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurası Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin müraciəti ilə əlaqədar kollektiv sülhməramlı qüvvələrin həmin ölkəyə göndərilməsi barədə qərar qəbul edib.Bu barədə Şuranın sədri, Ermənistanın baş naziri Nikol Paşinyan "Facebook" səhifəsində məlumat verib.Paşinyan bildirib ki, KTMT qüvvələri Qazaxıstanda vəziyyəti sabitləşdirmək və normallaşdırmaq məqsədilə məhdud müddətə göndəriləcək.Xatırladaq ki, ötən gün Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Tokayev iclasda ölkədəki gərgin vəziyyətlə bağlı KTMT tərəfdaşlarından hərbi yardım istəməyin zəruriliyini bildirib.Qazaxıstanda iğtişaşlarQeyd edək ki, qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən ötən gün Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu barədə fərman imzalayıb.Həmçinin, Qazaxıstan prezidenti bu gün ölkədə kütləvi etirazlarla əlaqədar olaraq iki gün ərzində ikinci dəfə əhaliyə müraciət edib.Tokayev bildirib ki, bu gündən Qazaxıstan Təhlükəsizlik Şurasına özü başçılıq edəcək. Bununla da Tokayev 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.Tokayev vurğulayıb ki, Qazaxıstan paytaxtında, xalqın yanında qalacaq. Prezident xalqın onu dəstəkləyəcəyinə əmin olduğunu bildirib.Tokayev etiraz aksiyaları fonunda yaxın müddətdə yeni təkliflər paketi ilə çıxış edəcəyini deyib.Həmçinin oxuyun:Qazaxıstan hökuməti benzin qiymətlərinin dövlət tənzimlənməsi barədə qərar qəbul etdiQazaxıstanın hər yerində fövqəladə vəziyyət elan edildi: BMT narahatdırTokayev Rusiyaya təxliyə edilir? – Moskvadan açıqlamaNazarbayev vəzifədən çıxarıldı: Tokayevin xalqa müraciətinin detalları
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/03/427609550_396:0:3127:2048_1920x0_80_0_0_050d8a58b92a5d5730634c565ebff1cf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya xin qazaxıstan hadisələrində xarici müdaxilə olduğunu açıqladı
rusiya xin qazaxıstan hadisələrində xarici müdaxilə olduğunu açıqladı
Rusiya XİN Qazaxıstan hadisələrində xarici müdaxilə olduğunu açıqladı
Rusiya antiterror əməliyyatının keçirilməsinə kömək etmək üçün Qazaxıstan və KTMT-dəki müttəfiqləri ilə məsləhətləşmələri davam etdirəcək.
BAKI, 6 yanvar — Sputnik. Moskva Qazaxıstanda baş verən son hadisələri ölkənin təhlükəsizliyini və bütövlüyünü zorakılıqla pozmaq üçün xaricdən edilmiş təşəbbüs kimi qiymətləndirir.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya
Xarici İşlər Nazirliyinin Kollektiv Təhlükəsizlik Şurasının Kollektiv Sülhməramlı Qüvvələrinin Qazaxıstana göndərilməsi qərarı ilə bağlı dərc olunmuş bəyanatında deyilir.
"Rusiya Federasiyası KTMT çərçivəsində müttəfiqlik öhdəliklərinə sadiqliyini bir daha təsdiq edərək, Qazaxıstanda daxili siyasi vəziyyətin sürətlə pisləşməsi və zorakılığın artması ilə əlaqədar dövlətin təhlükəsizliyinə və bütövlüyünə xələl gəlməsinin qarşısını almaq üçün təcili tədbirlərin görülməsini dəstəklədi", - bəyanatda deyilir.
Bildirilib ki, Rusiya antiterror əməliyyatının keçirilməsinə kömək etmək üçün Qazaxıstan və KTMT-dəki müttəfiqləri ilə məsləhətləşmələri davam etdirəcək:
"Rusiya Qazaxıstan tərəfi və KTMT-dəki digər müttəfiqləri ilə sıx məsləhətləşmələri davam etdirəcək. Lazım gələrsə, Qazaxıstanın hüquq-mühafizə orqanları tərəfindən antiterror əməliyyatının keçirilməsini asanlaşdırmaq, mülki əhalinin, eləcə də həyati vacib infrastruktur obyektlərinin təhlükəsizliyini təmin etmək, onların blokdan çıxarılması və Qazaxıstan hakimiyyətinin nəzarəti altına qaytarılması üçün gələcək effektiv addımları atacaq".
Rusiya Xarici İşlər Nazirliyi Moskvanın Qazaxıstanda normal həyatın tezliklə bərpa olunmasında maraqlı olduğunu vurğulayıb.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurası Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin müraciəti ilə əlaqədar kollektiv sülhməramlı qüvvələrin həmin ölkəyə göndərilməsi barədə qərar qəbul edib.
Bu barədə Şuranın sədri, Ermənistanın baş naziri Nikol Paşinyan "Facebook" səhifəsində məlumat verib.
"Qazaxıstan Respublikasının Prezidenti Tokayevin müraciəti ilə əlaqədar, Qazaxıstan Respublikasının milli təhlükəsizliyinə və suverenliyinə, o cümlədən, kənar müdaxilə nəticəsində yaranmış təhlükəni nəzərə alaraq, KTMT Kollektiv Təhlükəsizlik Şurası, Kollektiv Təhlükəsizlik Müqaviləsinin 4-cü maddəsinə əsasən, KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin Qazaxıstan Respublikasına göndərilməsi qərara alınıb", - Paşinyan yazıb.
Paşinyan bildirib ki, KTMT qüvvələri Qazaxıstanda vəziyyəti sabitləşdirmək və normallaşdırmaq məqsədilə məhdud müddətə göndəriləcək.
Xatırladaq ki, ötən gün Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Tokayev iclasda ölkədəki gərgin vəziyyətlə bağlı KTMT tərəfdaşlarından hərbi yardım istəməyin zəruriliyini bildirib.
Qeyd edək ki, qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən ötən gün Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu barədə fərman imzalayıb.
Həmçinin, Qazaxıstan prezidenti bu gün ölkədə kütləvi etirazlarla əlaqədar olaraq iki gün ərzində ikinci dəfə əhaliyə müraciət edib.
Tokayev bildirib ki, bu gündən Qazaxıstan Təhlükəsizlik Şurasına özü başçılıq edəcək. Bununla da Tokayev 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.
Tokayev vurğulayıb ki, Qazaxıstan paytaxtında, xalqın yanında qalacaq. Prezident xalqın onu dəstəkləyəcəyinə əmin olduğunu bildirib.
Tokayev etiraz aksiyaları fonunda yaxın müddətdə yeni təkliflər paketi ilə çıxış edəcəyini deyib.