Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Mahir Emreli müqavilə təklifi aldı

© Sputnik / Murad OrudjevMahir Emreli
Mahir Emreli - Sputnik Azərbaycan, 1920, 06.01.2022
Abunə olmaq
Klub futbolçunun "Legiya" ilə müqaviləsinə xitam verməsini gözləyir. Çünki Emreli özü bunun üçün varşavalılara məktub göndərib.
BAKI, 6 yanvar — Sputnik. Azərbaycan millisinin hücumçusu Mahir Emreli daha bir klubun maraq dairəsinə düşüb. Sputnik Azərbaycan Aapasport.az saytına istinadla xəbər verir ki, 25 yaşlı forvardın Polşada qalmaq ehtimalı yüksəkdir.
"Legiya"nın futbolçusunun "Fehervar"a keçmək şansının az olduğu vurğulanıb. Çünki Emreli Polşa Ekstraklasasının digər iştirakçısı "Lex"in transfer gündəminə düşüb. Poznan klubu Mahirə artıq müqavilə də təklif edib. Ekstraklasanın hazırkı lideri həmyerlimizlə 1,5+1 illik saziş imzalamaq niyyətindədir.
Polşa klubu futbolçunun "Legiya" ilə müqaviləsinə xitam verməsini gözləyir. Çünki Emreli özü bunun üçün varşavalılara məktub göndərib və komandanın düşərgəsinə qayıtmayacağını bildirib.
Qeyd edək ki, "Legiya"ya ötən ilin yayında "Qarabağ"dan keçən Mahir Emreli bu mövsüm bütün turnirlərdə meydana çıxdığı 33 oyunda 11 qol vurub.
Eləcə də oxuyun:
* "Legiya" Mahir Emrelidən sonra "Qarabağ"ın başqa oyunçusunu da almaq istəyir
* Avropa klubundan azərbaycanlı futbolçuya 1 milyonluq təklif
Xəbər lenti
0