https://sputnik.az/20220104/tesla-sirketi-2021-ci-ilde-rekord-sayda-elektromobil-satib-437856422.html
“Tesla” şirkəti 2021-ci ildə rekord sayda elektromobil satıb
“Tesla” şirkəti 2021-ci ildə rekord sayda elektromobil satıb
Sputnik Azərbaycan
Təkcə ötən ilin son rübündə müştərilərə 308 min 600 elektromobil təhvil verilib ki, bu da ümumi illik satışların 33 faizini təşkil edib. 04.01.2022, Sputnik Azərbaycan
2022-01-04T19:59+0400
2022-01-04T19:59+0400
2022-01-04T20:12+0400
dünya xəbərləri
hi-tech
"spacex"
tesla
tesla” şirkəti
ilon mask
https://cdnn1.img.sputnik.az/img/07e5/09/18/428010165_0:0:2905:1634_1920x0_80_0_0_90ddf97d34af8872acebda6afe4d9f1d.jpg
BAKI, 4 yanvar - Sputnik. “Tesla” şirkəti ötən il 936 min 172 ədəd elektrik avtomobili satıb. Bu da 2020-ci illə müqayisədə 87 faiz çoxdur.Bu indiyədək qeydə alınmış ən yüksək göstəricidir. Təkcə ötən ilin son rübündə müştərilərə 308 min 600 elektromobil təhvil verilib ki, bu da ümumi illik satışların 33 faizini təşkil edib.Qeyd edək ki, “Tesla” və “SpaceX” kompaniyalarının qurucusu İlon Maskın varidatı 300 milyard dolları keçib. “Forbes” jurnalının “The World`s Real-Time Billionaires” reytinqinə əsasən İlon Maskın varidatı 22,6 milyard dollar (7,72 faiz) artıb və hazırda 315,2 milyard dollar həcmində qiymətləndirilir.Sahibkarın sərvətinin əsas hissəsini “Tesla” kompaniyasının səhmlərinin 21 faizi təşkil edir. Kompaniyanın özünün kapitallaşması isə oktyabrın sonunda ilk dəfə trilyon dolları ötüb. İlon Mask, eyni zamanda, 2002-ci ildə əsasını qoyduğu “SpaceX” kompaniyasında miniatür paya malikdir. Bu yaxınlarda investorlar onun dəyərini 74 milyon dollar həcmində qiymətləndirib.İlon Maskın dəyişən arzularıDekabr ayında ABŞ-ın "Space X" şirkətinin qurucusu, milyarder İlon Mask işini tərk etməyi və məşhur bloger olmağı düşündüyünü bildirib."Mən işimi tərk etməyi və bloger olmağı düşünürəm. Siz bu barədə nə düşünürsünüz?", - deyə Mask Twitter hesabında qeyd edib.Xatırladaq ki, İlon Mask bu günlərdə Kaliforniyanın Hillsboro şəhərindəki villasını satdıqdan sonra rəsmən evsiz qalıb.Milyarder öz əmlakını 32 milyon dollara adı açıqlanmayan alıcıya satıb. 19 hektarlıq əraziyə malik olan bu villa əvvəllər ştatdakı digər mülklərini satdığı üçün onun "son evi" idi.Bundan əvvəl Mask bütün daşınmaz əmlakdan qurtulacağına öz vermişdi.Medianın məlumatına görə, "Guignécourt" kimi tanınan əsrlik malikanənin Maskdan əvvəl də parlaq bir tarixi var idi.Bu malikanə 1912-ci ildə "qızıl hərisliyi" dövrünün böyük sərvətinin kaliforniyalı varisi ilə evlənən Fransa qrafı Kristian de Qin tərəfindən inşa edilib.Həmçinin oxuyun:İşini atıb bloger olmaq istəyən İlon Mask - necədir?İlon Mask daha 53 peyki uğurla orbitə çıxarıbMask və Bezos "milyarderlər vergi"sinə etiraz ediblərİlon Mask bəşəriyyətin aclıqdan xilası üçün “Tesla”nın səhmlərini satmağa hazırdır
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/18/428010165_0:0:2731:2048_1920x0_80_0_0_68d15720a92d2ab414b37e0ce0e1e45f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ilon mask ötən il rekord həddə elektromobil satıb
ilon mask ötən il rekord həddə elektromobil satıb
“Tesla” şirkəti 2021-ci ildə rekord sayda elektromobil satıb
19:59 04.01.2022 (Yenilənib: 20:12 04.01.2022) Təkcə ötən ilin son rübündə müştərilərə 308 min 600 elektromobil təhvil verilib ki, bu da ümumi illik satışların 33 faizini təşkil edib.
BAKI, 4 yanvar - Sputnik. “Tesla” şirkəti ötən il 936 min 172 ədəd elektrik avtomobili satıb. Bu da 2020-ci illə müqayisədə 87 faiz çoxdur.
Bu indiyədək qeydə alınmış ən yüksək göstəricidir. Təkcə ötən ilin son rübündə müştərilərə 308 min 600 elektromobil təhvil verilib ki, bu da ümumi illik satışların 33 faizini təşkil edib.
Qeyd edək ki, “Tesla” və “SpaceX” kompaniyalarının qurucusu İlon Maskın varidatı 300 milyard dolları keçib. “Forbes” jurnalının “The World`s Real-Time Billionaires” reytinqinə əsasən İlon Maskın varidatı 22,6 milyard dollar (7,72 faiz) artıb və hazırda 315,2 milyard dollar həcmində qiymətləndirilir.
Sahibkarın sərvətinin əsas hissəsini “Tesla” kompaniyasının səhmlərinin 21 faizi təşkil edir. Kompaniyanın özünün kapitallaşması isə oktyabrın sonunda ilk dəfə trilyon dolları ötüb.
İlon Mask, eyni zamanda, 2002-ci ildə əsasını qoyduğu “SpaceX” kompaniyasında miniatür paya malikdir. Bu yaxınlarda investorlar onun dəyərini 74 milyon dollar həcmində qiymətləndirib.
İlon Maskın dəyişən arzuları
Dekabr ayında ABŞ-ın "Space X" şirkətinin qurucusu, milyarder İlon Mask işini tərk etməyi və məşhur bloger olmağı düşündüyünü bildirib.
"Mən işimi tərk etməyi və bloger olmağı düşünürəm. Siz bu barədə nə düşünürsünüz?", - deyə Mask Twitter hesabında qeyd edib.
Xatırladaq ki, İlon Mask bu günlərdə Kaliforniyanın Hillsboro şəhərindəki villasını satdıqdan sonra rəsmən evsiz qalıb.
Milyarder öz əmlakını 32 milyon dollara adı açıqlanmayan alıcıya satıb. 19 hektarlıq əraziyə malik olan bu villa əvvəllər ştatdakı digər mülklərini satdığı üçün onun "son evi" idi.
Bundan əvvəl Mask bütün daşınmaz əmlakdan qurtulacağına öz vermişdi.
Medianın məlumatına görə, "Guignécourt" kimi tanınan əsrlik malikanənin Maskdan əvvəl də parlaq bir tarixi var idi.
Bu malikanə 1912-ci ildə "qızıl hərisliyi" dövrünün böyük sərvətinin kaliforniyalı varisi ilə evlənən Fransa qrafı Kristian de Qin tərəfindən inşa edilib.