https://sputnik.az/20211113/lon-mask-daha-53-peyki-ugurla-orbite-cixarib-435169450.html
İlon Mask daha 53 peyki uğurla orbitə çıxarıb
İlon Mask daha 53 peyki uğurla orbitə çıxarıb
Sputnik Azərbaycan
“Falcon 9” daşıyıcı raketi ABŞ-ın Şərq Sahili vaxtı ilə saat 07:19-da (Bakı vaxtı ilə 16:19) Florida ştatında yerləşən Kanaveral burnundakı kosmodromdan start... 13.11.2021, Sputnik Azərbaycan
2021-11-13T21:33+0400
2021-11-13T21:33+0400
2021-11-13T21:41+0400
elm
"spacex"
ilon mask
falcon heavy
https://cdnn1.img.sputnik.az/img/07e5/01/0c/425934905_0:161:3070:1888_1920x0_80_0_0_379b6581c6066f62841fef341411ce5f.jpg
BAKI, 13 noyabr - Sputnik. Bu gün “Falcon 9” daşıyıcı raketi “Starlink” qlobal internet şəbəkəsi sistemi üçün nəzərdə tutulan daha 53 minipeyki uğurla orbitə çıxarıb.Sputnik Azərbaycan SpaceX şirkətinin saytına istinadla xəbər verir ki, “Falcon 9” daşıyıcı raketi ABŞ-ın Şərq Sahili vaxtı ilə saat 07:19-da (Bakı vaxtı ilə 16:19) Florida ştatında yerləşən Kanaveral burnundakı kosmodromdan start götürüb.Bu, 2019-cu ilin mayından başlayaraq, “Starlink” layihəsi çərçivəsində orbitə artıq 32-ci, cari ildə isə 16-cı buraxılışdır. Hazırda “SpaceX” orbital qruplaşmasına 1842 kosmik aparat daxildir.Qeyd edək ki, İlon Maskın qurucusu olduğu “SpaceX” şirkəti planetin istənilən nöqtəsində genişzolaqlı internetə girişi təmin etməyə imkan verəcək şəbəkənin qurulması üçün orbitə 12 min kosmik aparat çıxarmağı planlaşdırır. Layihənin reallaşdırılması üçün investisiyaların ümumi həcmi 10 milyard dollardır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/0c/425934905_171:0:2900:2047_1920x0_80_0_0_9ae795856dfaba1fa244e4e6775b7672.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"spacex", ilon mask, falcon heavy
"spacex", ilon mask, falcon heavy
İlon Mask daha 53 peyki uğurla orbitə çıxarıb
21:33 13.11.2021 (Yenilənib: 21:41 13.11.2021) “Falcon 9” daşıyıcı raketi ABŞ-ın Şərq Sahili vaxtı ilə saat 07:19-da (Bakı vaxtı ilə 16:19) Florida ştatında yerləşən Kanaveral burnundakı kosmodromdan start götürüb.
BAKI, 13 noyabr - Sputnik. Bu gün “Falcon 9” daşıyıcı raketi “Starlink” qlobal internet şəbəkəsi sistemi üçün nəzərdə tutulan daha 53 minipeyki uğurla orbitə çıxarıb.
Sputnik Azərbaycan SpaceX şirkətinin saytına istinadla xəbər verir ki, “Falcon 9” daşıyıcı raketi ABŞ-ın Şərq Sahili vaxtı ilə saat 07:19-da (Bakı vaxtı ilə 16:19) Florida ştatında yerləşən Kanaveral burnundakı kosmodromdan start götürüb.
Bu, 2019-cu ilin mayından başlayaraq, “Starlink” layihəsi çərçivəsində orbitə artıq 32-ci, cari ildə isə 16-cı buraxılışdır. Hazırda “SpaceX” orbital qruplaşmasına 1842 kosmik aparat daxildir.
Qeyd edək ki, İlon Maskın qurucusu olduğu “SpaceX” şirkəti planetin istənilən nöqtəsində genişzolaqlı internetə girişi təmin etməyə imkan verəcək şəbəkənin qurulması üçün orbitə 12 min kosmik aparat çıxarmağı planlaşdırır. Layihənin reallaşdırılması üçün investisiyaların ümumi həcmi 10 milyard dollardır.