DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Mask və Bezos "milyarderlər vergi"sinə etiraz ediblər

© AP Photo / Patrick SemanskyCeff Bezos
Ceff Bezos - Sputnik Azərbaycan, 1920, 29.10.2021
Abunə olmaq
ABŞ Konqresində demokratlar tərəfindən təklif olunan "milyarderlər üçün vergi"yə Maskın və "Amazon" şirkətinin rəhbəri Ceff Bezosun ödəyəcəyi pul insanı Marsa göndərmək missiyasını maliyyələşdirməyə kifayət edərdi.
BAKI, 29 oktyabr — Sputnik. "SpaceX" və "Tesla" şirkətlərində pay sahibi olan sahibkar İlon Mask ABŞ-da "milyarderlər üçün vergi" təklifini yenidən tənqid edib və öz pullarını bəşəriyyətin Marsa göndərilməsi üçün xərcləməyi planlaşdırdığını bildirib.
"The Washington Post" qəzetinin jurnalisti Kristian Devenport Twitter-də qeyd edib ki, ABŞ Konqresində demokratlar tərəfindən təklif olunan "milyarderlər üçün vergi"yə Maskın və "Amazon" şirkətinin rəhbəri Ceff Bezosun ödəyəcəyi pul insanı Marsa göndərmək missiyasını maliyyələşdirməyə kifayət edərdi.
"Mənim planım puldan bəşəriyyəti Marsa göndərmək və zehni parlaq saxlamaq üçün istifadə etməkdir", - deyə Mask Twitter-də şərh edib.
Forbesin məlumatına görə, bu həftə Maskın sərvəti 300 milyard dollara yaxınlaşıb. O, öz "Tesla" şirkətinin səhmlərinin artımına görə dünyanın ən varlı insanı olub.
İqtisadiyyata yeni trilyonların axını barədə müzakirə aparan demokratların təklifləri arasında sərvətlərini artıran varlılara xüsusi vergi tətbiq etmək də var. İndi sayı 700-dən çox olan amerikalı milyarderlər adi amerikalılardan xeyli aşağı faiz dərəcəsi ilə vergi ödəyirlər. Onların aktivləri satılana qədər vergiyə cəlb edilmir. Eyni zamanda, milyarderlər öz əmlaklarının girovu ilə yaşamaq üçün banklardan asanlıqla borc götürə bilərlər - bu kreditlər də gəlir olmadığı üçün vergiyə cəlb edilmir. Bütün sxem adətən milyarderin ölümü və varislərə ötürülən aktivlərin xeyli bir hissəsinin vergidən azad edilməsi ilə başa çatır.
Demokratların təklif etdikləri vergi hələ qanunvericiliyə salınmayıb. Xüsusilə, torpaq, daşınmaz əmlak, dəbdəbəli mallar və incəsənət nümunələri kimi dəyərlərini ildən-ilə artıran şeylərə vergilərin necə tətbiq olunacağı barədə aydın təsəvvür mövcud deyil.
Xəbər lenti
0