https://sputnik.az/20220102/sain-ferhad-kaskadyorun-basina-bir-is-gelse-onun-huquqlarini-qoruyacaq-qanun-yoxdur-437692773.html
Sain Fərhad: Kaskadyorun başına bir iş gəlsə, onun hüquqlarını qoruyacaq qanun yoxdur
Sain Fərhad: Kaskadyorun başına bir iş gəlsə, onun hüquqlarını qoruyacaq qanun yoxdur
Sputnik Azərbaycan
Sain Fərhad Beynəlxalq "Nomad Stunts" peşəkar kaskadyorlar komandasının üzvüdür.
2022-01-02T12:00+0400
2022-01-02T12:00+0400
2022-01-02T12:00+0400
kaskadyor
mədəniyyət
qanun
aktyor
film
münasibət
çəkiliş
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/01/436865115_0:160:3072:1888_1920x0_80_0_0_b9d48d5e60dc79e376f12329cb26f8ab.jpg
BAKI, 2 yanvar — Sputnik. Sain Fərhad Beynəlxalq "Nomad Stunts" peşəkar kaskadyorlar komandasının üzvüdür. Döyüş səhnələri üzrə xoreoqraf Hollivudda və dünyanın bir çox ölkələrində peşəkar kursları fərqlənmə ilə bitirib. O, eyni zamanda xarici ölkələrdə çəkilmiş filmlərdə rol alıb. "Əli və Nino", "Don Marleone", "Tomris", "RRR" və sair filmlərdə çəkilmiş kaskadyor-aktyor yaradıcılığı və "Action" film janrının Azərbaycandakı vəziyyəti ilə bağlı Sputnik Azərbaycan-a danışıb.Müsahibimizin sözlərinə görə, illər əvvəl təsisçisi olduğu "Action Academy"-nin fəaliyyəti dayanıb:"Nizamnaməni yeniləmişik. Gələn ilin əvvəllərində daha böyük təşkilatın yaranmasını geniş ictimaiyyətə çatdıracağıq".Həmsöhbətimizin fikrincə, kaskadyorluq sahəsində Azərbaycanda həmişə boşluq olub:"Tutaq ki, film çəkilir, hər kəsdən - rejissordan, operatordan, aktyordan müsahibə alınır, amma kaskadyoru yada salan yoxdur. Halbuki xarici ölkələrdə kaskadyor-aktyorlara xüsusi diqqət ayrılır".Sain bunun günahını onlardan əvvəl çalışan kaskadyorlarda görür:"Azərbaycanda bu janr həm də ona görə zəif inkişaf edib ki, Azərbaycanda kaskadyorların çəkiliş meydançasında başına bir iş gəlsə, onların hüquqlarını qoruyacaq elə bir qanun da yoxdur:"Onlarla heç bir müqavilə bağlanmır. Müqavilədə onların vəzifəsi ya aktyor, ya da pirotexnik kimi göstərilir. Sırf kaskadyor işinə aid müqavilələr yoxdur. Ümid edirəm, ümumi təcrübəmdən istifadə edərək, Mədəniyyət Nazirliyinin dəstəyi ilə bizdə bu boşluqları dolduracağam"."Action" janrını Azərbaycanda inkişaf etdirən kaskadyor bildirir ki, bu sahənin Azərbaycanda inkişafı üçün Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti Füzuli Musayev və Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov ona bu işdə dəstək olurlar. O, həmçinin bir neçə il öncə Mədəniyyət və İncəsənət Universitetinə bu sahənin inkişafı ilə bağlı təklif verib:Müsahibimiz bildirir ki, kaskadyor sənəti çoxlarının düşündüyü kimi təkcə atlanıb-düşmək, maşın vurdu, maşın çırpıldı və sair demək deyil. Kaskadyor odur ki, bu sənəti daim inkişaf etdirsin və yenilikləri öyrənsin. Kaskadyor çətin fəndlərin imitasiyasını yerinə yetirən peşə sahibidir:"Azərbaycanda filmlərin büdcəsi zəif olduğundan, bizə də az qonorar ayırdıqlarına görə biz də bacarığımızı istədiyimiz kimi çatdıra bilmirik. Bir neçə saat vaxt verirlər, biz də ürəyimiz istədiyi kimi bacarığımızı göstərə bilmirik. Bir müddət öncə komediya filmlərinə axın var idi. O da camaatın başını qatmaq üçün idi".Sain deyir ki, Azərbaycanda çox az büdcə ilə işləyir. Buna baxmayaraq, rejissorlarla iş birliyində ortaq məxrəcə gələ bilmirlər. Kaskadyor bunu yerli rejissorlarımızın bu işdən məlumatlı olmaması ilə əlaqələndirir:"Bu yaxınlarda müharibə mövzusu ilə bağlı filmə məni dəvət elədilər. Qonorar məsələsində razılaşa bilmədik. Gedib ən ucuz, özünə "kaskadyor" deyənləri filmə çəkdilər. Baxan tamaşaçı da deyir ki, "bu gedib erməniyə qalib gəlib?" Heç olmasa, Zəfər tariximizlə bağlı film çəkəndə peşəkarlara müraciət etsinlər. Çünki həmin filmə əcnəbilər də baxacaq, öz döyüşçülərimiz də. Amerikada, Ukraynada və İsraildə hərbçilərdən taktik gedişləri və odlu silahdan istifadə etməyin qaydalarını öyrənmişəm, amma burada tətbiq edə bilmirəm. Çünki, bizdə keyfiyyət istəmirlər. Əslində bizdə istedadlı insanlar çoxdur, sadəcə onların potensialını ortaya qoymaq üçün maddiyyat lazımdır".Dünyanın bir çox ölkələrində çalışan Sain onların təcrübəsindən də bəhs edib:Pandemiya tanınmış kaskadyordan da yan keçməyib. Müsahibimiz həmin dövrü çox gərgin keçirdiyini söyləyir: "Çox ölkələrdə böyük layihələrimiz dayandırıldı. Az hərəkət etməkdən stress yaşadıq".Kaskadyor hər şeydən öncə böyük iradəyə malik olmalıdır, deyir müsahibimiz. Onun fikrincə, fiziki cəhətdən güclü olan şəxs həm də iradə cəhətdən də güclü olmalıdır:"Mən həmişə ağrı çəkirəm. Amma insan güc tapmalıdır, özünü toplamalıdır. Bir yerin sındı, göyərdisə, sən qorxub çəkilməməlisən. Sənin canın ağrı çəksə də, sən bunu tamaşaçıya hiss etdirməməlisən".Həmçinin oxuyun:Özbəklər "Qarderobçu qadın"dan "Palto" yaratdılar - TƏQDİMATHacı Zeynalabdin Tağıyev haqqında film çəkiləcəkQarabağla bağlı film "Netflix"də nümayiş olunacaq?
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/01/436865115_171:0:2902:2048_1920x0_80_0_0_f9850f5de8866eae460f08ececc7c053.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sain fərhad: kaskadyorun başına bir iş gəlsə, onun hüquqlarını qoruyacaq qanun yoxdur
sain fərhad: kaskadyorun başına bir iş gəlsə, onun hüquqlarını qoruyacaq qanun yoxdur
Sain Fərhad: Kaskadyorun başına bir iş gəlsə, onun hüquqlarını qoruyacaq qanun yoxdur
Döyüş səhnələri üzrə xoreoqraf Hollivudda və dünyanın bir çox ölkələrində peşəkar kursları fərqlənmə ilə bitirib.
BAKI, 2 yanvar — Sputnik. Sain Fərhad Beynəlxalq "Nomad Stunts" peşəkar kaskadyorlar komandasının üzvüdür. Döyüş səhnələri üzrə xoreoqraf Hollivudda və dünyanın bir çox ölkələrində peşəkar kursları fərqlənmə ilə bitirib. O, eyni zamanda xarici ölkələrdə çəkilmiş filmlərdə rol alıb. "Əli və Nino", "Don Marleone", "Tomris", "RRR" və sair filmlərdə çəkilmiş kaskadyor-aktyor yaradıcılığı və "Action" film janrının Azərbaycandakı vəziyyəti ilə bağlı
Sputnik Azərbaycan-a danışıb.
Müsahibimizin sözlərinə görə, illər əvvəl təsisçisi olduğu "Action Academy"-nin fəaliyyəti dayanıb:
"Nizamnaməni yeniləmişik. Gələn ilin əvvəllərində daha böyük təşkilatın yaranmasını geniş ictimaiyyətə çatdıracağıq".
Həmsöhbətimizin fikrincə, kaskadyorluq sahəsində Azərbaycanda həmişə boşluq olub:
"Tutaq ki, film çəkilir, hər kəsdən - rejissordan, operatordan, aktyordan müsahibə alınır, amma kaskadyoru yada salan yoxdur. Halbuki xarici ölkələrdə kaskadyor-aktyorlara xüsusi diqqət ayrılır".
Sain bunun günahını onlardan əvvəl çalışan kaskadyorlarda görür:
"Bizdən əvvəl gələn kaskadyorlara robot kimi münasibət bəsləyiblər, onlar da bununla barışıblar. Ona görə də bu gün kaskadyorun Azərbaycanda heç bir nüfuzu yoxdur. Çalışıram ki, insanların bu sənətə olan münasibətini dəyişim".
"Azərbaycanda bu janr həm də ona görə zəif inkişaf edib ki, Azərbaycanda kaskadyorların çəkiliş meydançasında başına bir iş gəlsə, onların hüquqlarını qoruyacaq elə bir qanun da yoxdur:
"Onlarla heç bir müqavilə bağlanmır. Müqavilədə onların vəzifəsi ya aktyor, ya da pirotexnik kimi göstərilir. Sırf kaskadyor işinə aid müqavilələr yoxdur. Ümid edirəm, ümumi təcrübəmdən istifadə edərək, Mədəniyyət Nazirliyinin dəstəyi ilə bizdə bu boşluqları dolduracağam".
"Action" janrını Azərbaycanda inkişaf etdirən kaskadyor bildirir ki, bu sahənin Azərbaycanda inkişafı üçün Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti Füzuli Musayev və Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov ona bu işdə dəstək olurlar. O, həmçinin bir neçə il öncə Mədəniyyət və İncəsənət Universitetinə bu sahənin inkişafı ilə bağlı təklif verib:
"İstədim ki, bu sahə üzrə aktyorları hazırlayım, istəmədilər. Hazırda universitetdə tədris olunun "Qılıncoynatma sənəti" çox bəsit tədris olunur. İnanmıram ki, orada avropalıların, yaponların, çinlilərin döyüş texnikasını öyrətsinlər. Çünki, bunları bilən mütəxəssis yoxdur. Bir çox teatrlara da bununla bağlı təkliflər verirdim, master-klass keçmək istədim. Hamısı "baxarıq", "rəhbərliklə məsləhətləşərik" kimi "vəd"lər verdilər".
Müsahibimiz bildirir ki, kaskadyor sənəti çoxlarının düşündüyü kimi təkcə atlanıb-düşmək, maşın vurdu, maşın çırpıldı və sair demək deyil. Kaskadyor odur ki, bu sənəti daim inkişaf etdirsin və yenilikləri öyrənsin. Kaskadyor çətin fəndlərin imitasiyasını yerinə yetirən peşə sahibidir:
"Azərbaycanda filmlərin büdcəsi zəif olduğundan, bizə də az qonorar ayırdıqlarına görə biz də bacarığımızı istədiyimiz kimi çatdıra bilmirik. Bir neçə saat vaxt verirlər, biz də ürəyimiz istədiyi kimi bacarığımızı göstərə bilmirik. Bir müddət öncə komediya filmlərinə axın var idi. O da camaatın başını qatmaq üçün idi".
Sain deyir ki, Azərbaycanda çox az büdcə ilə işləyir. Buna baxmayaraq, rejissorlarla iş birliyində ortaq məxrəcə gələ bilmirlər. Kaskadyor bunu yerli rejissorlarımızın bu işdən məlumatlı olmaması ilə əlaqələndirir:
"Bu yaxınlarda müharibə mövzusu ilə bağlı filmə məni dəvət elədilər. Qonorar məsələsində razılaşa bilmədik. Gedib ən ucuz, özünə "kaskadyor" deyənləri filmə çəkdilər. Baxan tamaşaçı da deyir ki, "bu gedib erməniyə qalib gəlib?" Heç olmasa, Zəfər tariximizlə bağlı film çəkəndə peşəkarlara müraciət etsinlər. Çünki həmin filmə əcnəbilər də baxacaq, öz döyüşçülərimiz də. Amerikada, Ukraynada və İsraildə hərbçilərdən taktik gedişləri və odlu silahdan istifadə etməyin qaydalarını öyrənmişəm, amma burada tətbiq edə bilmirəm. Çünki, bizdə keyfiyyət istəmirlər. Əslində bizdə istedadlı insanlar çoxdur, sadəcə onların potensialını ortaya qoymaq üçün maddiyyat lazımdır".
Dünyanın bir çox ölkələrində çalışan Sain onların təcrübəsindən də bəhs edib:
"Mən Hindistan, Küveyt, Qazaxıstan, Rusiya və digər ölkələrdə çəkilən filmlərdə rol almışam. Bizimkilər hind filmlərinə ağız büzürlər, amma mən onlarla çalışanda istəyirdim ki, iş bitməsin. Yağış yağanda sevinirdim ki, çəkiliş uzanır. Amma burada istəyirəm ki, çəkiliş bitsin, gedim".
Pandemiya tanınmış kaskadyordan da yan keçməyib. Müsahibimiz həmin dövrü çox gərgin keçirdiyini söyləyir: "Çox ölkələrdə böyük layihələrimiz dayandırıldı. Az hərəkət etməkdən stress yaşadıq".
Kaskadyor hər şeydən öncə böyük iradəyə malik olmalıdır, deyir müsahibimiz. Onun fikrincə, fiziki cəhətdən güclü olan şəxs həm də iradə cəhətdən də güclü olmalıdır:
"Mən həmişə ağrı çəkirəm. Amma insan güc tapmalıdır, özünü toplamalıdır. Bir yerin sındı, göyərdisə, sən qorxub çəkilməməlisən. Sənin canın ağrı çəksə də, sən bunu tamaşaçıya hiss etdirməməlisən".