https://sputnik.az/20211228/ozbekler-qarderobcu-qadindan-palto-yaratdilar---teqdmat-437667577.html
Özbəklər "Qarderobçu qadın"dan "Palto" yaratdılar - TƏQDİMAT
Özbəklər "Qarderobçu qadın"dan "Palto" yaratdılar - TƏQDİMAT
Sputnik Azərbaycan
Azərbaycan yazıçısı Anarın əsəri əsasında Özbəkistanda film çəkiblər. 28.12.2021, Sputnik Azərbaycan
2021-12-28T21:37+0400
2021-12-28T21:37+0400
2021-12-28T21:37+0400
anar
mədəniyyət
yazıçı
film
əsər
özbəkistan
təqdimat
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1c/437667449_148:0:1215:600_1920x0_80_0_0_019c598b8a06a8aa30d455957e071b14.jpg
BAKI, 28 dekabr — Sputnik. Özbəkistan Kinematoqrafiya Agentliyində Anarın "Qarderobçu qadın" hekayəsi əsasında çəkilən "Palto" qısametrajlı filminin təqdimatı olub.Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, "Debüt" Gənclər Kinofestivalı çərçivəsində baş tutan təqdimatda özbək kinosunun tanınmış ulduzları, gənc aktyorlar və rejissorlar iştirak ediblər.Filmin ssenari müəllifi və rejissoru Şahnoza Tuyunova, operatoru Kamaliddin Ziyoviddinovdur.Təqdimatda çıxış edən jurnalist və ssenariçi Rüstəm Cabbarov gənc rejissor Şahnoza Tuyunovanın filmini yüksək qiymətləndirib, belə filmlərin daha çox çəkilməsinin vacibliyinə toxunub. O, hələ sabiq SSRİ dövründə Özbəkistanda Azərbaycan yazıçılarının əsərlərinə böyük maraq olduğunu bildirib. R.Cabbarov deyib ki, indi də Özbəkistanda Azərbaycan müəlliflərinin əsərləri çap edilir, bu əsərlər əsasında ssenarilər yazılır.Şahnoza Tuyunova filmin yaradıcı heyətinə və təqdimata gələnlərə öz minnətdarlığını bildirib.Qeyd edək ki, "Özbəkkino" Milli Agentliyinin sifarişi ilə Özbəkistanın "First Art Media" şirkəti "Maqsud Şeyxzadə: azadlığa can atan şair" adlı filmin çəkilişinə başlayıb.2021-ci ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Sərəncamı ilə bu ölkənin tanınmış klassik şair və yazıçıları haqqında sənədli və bədii filmlərin çəkilməsi, habelə onların əsərlərinin yenidən nəşri həyata keçirilir.Özbəkistanın "First Art Media" şirkəti, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM), Özbəkistan və "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin dəstəyi ilə hazırlanan filmin bir hissəsinin çəkilişləri böyük şairin vətəni Azərbaycanda, habelə doğulduğu Ağdaş rayonunda aparılacaq.Sənədli filmlə bağlı artıq Özbəkistanda müəyyən işlər görülüb, ölkədə bir sıra çəkilişlər aparılıb.Təsadüfi deyil ki, böyük özbək şairi Şükrulla Maqsud Şeyxzadəni "Özbək ədəbiyyatının Şekspiri" adlandırıb.Sənədli filmin çəkilişləri başa çatdıqdan sonra Daşkənd və Bakıda təqdimat mərasimlərinin keçirilməsi nəzərdə tutulub.AMM-nin direktoru Samir Abbasov Maqsud Şeyxzadənin öz yaradıcılığı ilə iki xalq arasında dostluq körpüsü yaratdığını, Hüseyn Cavid, Abdulla Şaiq kimi klassiklərimizdən dərs alan Maqsud Şeyxzadənin əsərlərinin özbək ədəbiyyatının inciləri siyahısına daxil edildiyini qeyd edib.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1c/437667449_281:0:1081:600_1920x0_80_0_0_27f297feaa23bb8fcd527066382c5c8a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan özbəkistan hekayə əsər film qarderobçu qadın palto təqdimat rejissor aktyor ssenarist
azərbaycan özbəkistan hekayə əsər film qarderobçu qadın palto təqdimat rejissor aktyor ssenarist
Özbəklər "Qarderobçu qadın"dan "Palto" yaratdılar - TƏQDİMAT
Azərbaycan yazıçısı Anarın əsəri əsasında Özbəkistanda film çəkiblər.
BAKI, 28 dekabr — Sputnik. Özbəkistan Kinematoqrafiya Agentliyində Anarın "Qarderobçu qadın" hekayəsi əsasında çəkilən "Palto" qısametrajlı filminin təqdimatı olub.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, "Debüt" Gənclər Kinofestivalı çərçivəsində baş tutan təqdimatda özbək kinosunun tanınmış ulduzları, gənc aktyorlar və rejissorlar iştirak ediblər.
Filmin ssenari müəllifi və rejissoru Şahnoza Tuyunova, operatoru Kamaliddin Ziyoviddinovdur.
Təqdimatda çıxış edən jurnalist və ssenariçi Rüstəm Cabbarov gənc rejissor Şahnoza Tuyunovanın filmini yüksək qiymətləndirib, belə filmlərin daha çox çəkilməsinin vacibliyinə toxunub. O, hələ sabiq SSRİ dövründə Özbəkistanda Azərbaycan yazıçılarının əsərlərinə böyük maraq olduğunu bildirib. R.Cabbarov deyib ki, indi də Özbəkistanda Azərbaycan müəlliflərinin əsərləri çap edilir, bu əsərlər əsasında ssenarilər yazılır.
Şahnoza Tuyunova filmin yaradıcı heyətinə və təqdimata gələnlərə öz minnətdarlığını bildirib.
Qeyd edək ki, "Özbəkkino" Milli Agentliyinin sifarişi ilə Özbəkistanın "First Art Media" şirkəti "Maqsud Şeyxzadə: azadlığa can atan şair" adlı filmin çəkilişinə başlayıb.
2021-ci ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Sərəncamı ilə bu ölkənin tanınmış klassik şair və yazıçıları haqqında sənədli və bədii filmlərin çəkilməsi, habelə onların əsərlərinin yenidən nəşri həyata keçirilir.
Özbəkistanın "First Art Media" şirkəti, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM), Özbəkistan və "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin dəstəyi ilə hazırlanan filmin bir hissəsinin çəkilişləri böyük şairin vətəni Azərbaycanda, habelə doğulduğu Ağdaş rayonunda aparılacaq.
Sənədli filmlə bağlı artıq Özbəkistanda müəyyən işlər görülüb, ölkədə bir sıra çəkilişlər aparılıb.
Təsadüfi deyil ki, böyük özbək şairi Şükrulla Maqsud Şeyxzadəni "Özbək ədəbiyyatının Şekspiri" adlandırıb.
Sənədli filmin çəkilişləri başa çatdıqdan sonra Daşkənd və Bakıda təqdimat mərasimlərinin keçirilməsi nəzərdə tutulub.
AMM-nin direktoru Samir Abbasov Maqsud Şeyxzadənin öz yaradıcılığı ilə iki xalq arasında dostluq körpüsü yaratdığını, Hüseyn Cavid, Abdulla Şaiq kimi klassiklərimizdən dərs alan Maqsud Şeyxzadənin əsərlərinin özbək ədəbiyyatının inciləri siyahısına daxil edildiyini qeyd edib.