Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Hacı Zeynalabdin Tağıyev haqqında film çəkiləcək

© Instagram / bahram_bagirzadeHacı Zeynalabdin Tağıyevin heykəli
Hacı Zeynalabdin Tağıyevin heykəli - Sputnik Azərbaycan, 1920, 28.12.2021
Abunə olmaq
Milyonçunun heykəlinin "İçərişəhər" metro stansiyasının yanında ucaldılacağı gözlənilir.
BAKI, 28 dekabr - Sputnik. Hacı Zeynalabdin Tağıyevin heykəlin Dövlətdaxili müzakirə gedir. Heydər Əliyev fondu və Bakı şəhər icra hakimiyyəti ilə müzakirələr aparılıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında deyib:
"Növbəti il həmin heykəl qoyulacaq. Bundan əlavə, Hacı Zeynalabdin Tağıyev haqqında Bakı media mərkəzi ilə birlikdə film də çəkiləcək".
Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin heykəli hazırdır. Bu barədə Sputnik Azərbaycan-a heykəlin müəllifi rəssam-heykəltəraş, Azərbaycan Respublikasının xalq rəssamı Xanlar Əhmədov məlumat verib.
X.Əhmədov heykəlin iki ay ərzində təyin olunmuş yerdə - paytaxtdakı "İçərişəhər" metro stansiyasının yanında ucaldılacağının gözlənildiyini bildirib.

Hacı Zeynalabdin Tağıyev

Hacı Zeynalabdin Tağıyev (25 yanvar 1823, Bakı – 1 sentyabr 1924, Bakı) — Azərbaycanlı milyonçu, mesenat, Rusiya İmperiyasının Həqiqi Dövlət Müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin (Tağıyevin qızlar məktəbi) yaradıcısı, II və III dərəcəli Müqəddəs Stanislav ordeni laureatı olub.
Həmçinin oxuyun:
Tağıyevin heykəlinin quraşdırılması təxirə salınıb
Azərbaycan qadınlarının mərdlik simvolu: heykəl tamamlanır, məkanı bəlli deyil - FOTO
Xəbər lenti
0