Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Müfti Yeni ilin qeyd olunub-olunmamasına münasibət bildirib

© Sputnik / Владимир ТрефиловRusiya müsəlmanlarının dini icmasının sədri, Müfti Əlbir Krqanov
Rusiya müsəlmanlarının dini icmasının sədri, Müfti Əlbir Krqanov - Sputnik Azərbaycan, 1920, 02.01.2022
Abunə olmaq
Müsəlman ailələrindən olan uşaqların Yeni ildə iştirakının mümkün olub-olmaması sualını cavablandıran Müfti qeyd edib ki, bu məsələ bir çox dindarları narahat edir
BAKI, 2 yanvar - Sputnik. Rusiya müsəlmanlarının dini icmasının sədri, Müfti Əlbir Krqanov müsəlmanlar tərəfindən Yeni ilin qeyd edilib-edilməməsi məsələsinə aydınlıq gətirib. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.
Mufti bildirib ki, bu məsələ ilə bağlı həm Rusiyada, həm də xaricdə aydın izahatlar var:
"Onlar müsəlmanlara məlumdur. Yeni il ölkəmizdə dünyəvi bayramdır, uzun illərdir ki, təqvimdədir. Bu günə bütün dünya ilə birlikdə sevinən müsəlmanlar öz dünyagörüşlərini, inanclarını dəyişmirlər. Onlar hər şeyi başa düşürlər və bayramdan əvvəl və sonra yenə də müsəlman olaraq qalırlar”, - deyə o bildirib.
Müsəlman ailələrindən olan uşaqların Yeni ildə iştirakının mümkün olub-olmaması sualını cavablandıran Müfti qeyd edib ki, bu məsələ bir çox dindarları narahat edir:
"İldən-ilə, 30 ildən çox dini xidmətim dövründə, xatırladığım qədər, onlar eyni sualları təkrarlayırlar: mümkündürmü? nə? necə?", - deyə din xadimi bildirib.
Dini lider həmçinin vurğulayıb ki, radikal dindarların başqa dinlərin nümayəndələri ilə Yeni ili qeyd etmək sevincinin inancdan uzaqlaşmaq kimi təqdim edilməsi cəhdləri yanlışdır:
"Bu səhvdir və bunu etmək olmaz", - deyə Krqanov fikrini tamamlayıb.
Həmçinin oxuyun:
Moskvada məscid problemi: heç miqrantların azalması da kömək etmir
Müsəlmanlar BMT-ni 15 oktyabrı Beynəlxalq Fətva Günü elan etməyə çağırıblar
Moskvada məscid çatışmır
Xəbər lenti
0