https://sputnik.az/20210917/Moskvada-mescid-catishmir-427942578.html
Moskvada məscid çatışmır
Moskvada məscid çatışmır
Sputnik Azərbaycan
Müfti Nafiqulla Aşırov bildirir ki, Rusiyada məscidlər inanclı adamların, müsəlman mesenatların öz qüvvəsi hesabına tikilir. Heç kim məscid tikilməsi üçün... 17.09.2021, Sputnik Azərbaycan
2021-09-17T08:38+0400
2021-09-17T08:38+0400
2021-11-16T20:29+0400
xəbərlər
rusiya
məscid
moskva
çatışmazlıq
dünya
https://cdnn1.img.sputnik.az/img/42067/45/420674569_0:81:3072:1819_1920x0_80_0_0_8ac3db156533490a2d7a333dff4fe98f.jpg
BAKI, 17 sentyabr - Sputnik. Müsəlmanlar Moskvada daha çox məscidin tikilməsinə səsləyiblər, çünki inanclıların sayı çox, ibadət etmək üçün məkan isə azdır, bu isə cümə və bayram günlərində paytaxtda tıxaclara səbəb olur.Sputnik Azərbaycan bildirir ki, bunu Rusiya mediasına müsahibəsində Rusiyanın Asiya hissəsinin Müsəlmanlarının Dini İdarəsinin sədri Nafiqulla Aşırov deyib."Hər şeyi Rus Pravoslav Kilsəsinə (RPK) baxıb etmək vacib deyil, amma pandemiyadan əvvəl də Moskvanın dörd məscidinin ətrafı insanlarla dolu idi, bu isə nəqliyyatın və piyadaların hərəkətinə mane olurdu", - Aşırov deyib.Onun sözlərinə görə, Rusiya paytaxtında müsəlmanların sayı artıb və dörd məscid inanclıların hamısını qəbul edə bilmir.O qeyd edib ki, məscidləri Moskvanın mərkəzində tikmək vacib deyil, məsələn, Moskvaətrafında böyük Cümə məscid inşa etmək mümkündür. Əsas problem isə ondadır ki, indiyədək tikinti üçün yer ayrılmayıb və bunun səbəbi də bəlli deyil, müfti əlavə edib. Onun sözlərinə görə, digər bölgələrdə məscidlərin tikilməsi məsələsi belə problemli deyil."Rusiyada məscidlər inanclı adamların, müsəlman mesenatların öz qüvvəsi hesabına tikilir. Heç kim məscid tikilməsi üçün büdcədən vəsait ayrılacağını gözləmir, mən hesab edirəm ki, büdcənin özünün əsas məsələləri var", - Aşırov deyib.
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42067/45/420674569_0:0:3072:1930_1920x0_80_0_0_d5eb340a926c07c19d780dff278a03c5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, məscid, moskva, çatışmazlıq, dünya
xəbərlər, məscid, moskva, çatışmazlıq, dünya
Moskvada məscid çatışmır
08:38 17.09.2021 (Yenilənib: 20:29 16.11.2021) Müfti Nafiqulla Aşırov bildirir ki, Rusiyada məscidlər inanclı adamların, müsəlman mesenatların öz qüvvəsi hesabına tikilir. Heç kim məscid tikilməsi üçün büdcədən vəsait ayrılacağını gözləmir.
BAKI, 17 sentyabr - Sputnik. Müsəlmanlar Moskvada daha çox məscidin tikilməsinə səsləyiblər, çünki inanclıların sayı çox, ibadət etmək üçün məkan isə azdır, bu isə cümə və bayram günlərində paytaxtda tıxaclara səbəb olur.
Sputnik Azərbaycan bildirir ki, bunu Rusiya mediasına müsahibəsində Rusiyanın Asiya hissəsinin Müsəlmanlarının Dini İdarəsinin sədri
Nafiqulla Aşırov deyib.
"Hər şeyi Rus Pravoslav Kilsəsinə (RPK) baxıb etmək vacib deyil, amma pandemiyadan əvvəl də Moskvanın dörd məscidinin ətrafı insanlarla dolu idi, bu isə nəqliyyatın və piyadaların hərəkətinə mane olurdu", - Aşırov deyib.
Onun sözlərinə görə, Rusiya paytaxtında müsəlmanların sayı artıb və dörd məscid inanclıların hamısını qəbul edə bilmir.
"Onlar gah yağışın, gah qarın altında səkidə dua etməli olurlar. Məsələ bunda deyil ki, RPK-nın proqramına uyğun proqramımız olsun, söhbət küçələrdə insan sıxlığını azaltmaq məqsədilə bir, yaxud iki məscidin tikilməsindən gedir", - müfti deyib.
O qeyd edib ki, məscidləri Moskvanın mərkəzində tikmək vacib deyil, məsələn, Moskvaətrafında böyük Cümə məscid inşa etmək mümkündür.
Əsas problem isə ondadır ki, indiyədək tikinti üçün yer ayrılmayıb və bunun səbəbi də bəlli deyil, müfti əlavə edib. Onun sözlərinə görə, digər bölgələrdə məscidlərin tikilməsi məsələsi belə problemli deyil.
"Rusiyada məscidlər inanclı adamların, müsəlman mesenatların öz qüvvəsi hesabına tikilir. Heç kim məscid tikilməsi üçün büdcədən vəsait ayrılacağını gözləmir, mən hesab edirəm ki, büdcənin özünün əsas məsələləri var", - Aşırov deyib.