Müsəlmanlar BMT-ni 15 oktyabrı Beynəlxalq Fətva Günü elan etməyə çağırıblar

© Sputnik / Murad OrujovПраздничный намаз в мечети Тезе Пир
Праздничный намаз в мечети Тезе Пир - Sputnik Azərbaycan, 1920, 07.08.2021
Abunə olmaq
Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin Üləmalar Şurasının sədr müavini İldar Alyautdinov bildirib ki, müsəlmanlar BMT-dən "Beynəlxalq Fətva Günü" təsis etməyi tələb edəcəklər.
BAKI, 7 avqust — Sputnik. Sputnik Azərbaycan Rusiya KİV-lərinə istinadən xəbər verir ki, müsəlmanlar BMT-ni oktyabrın 15-ni Beynəlxalq Fətva Günü elan etməyə çağırıblar. Müvafiq qətnamə Qahirədə keçirilən "Rəqəmsal dövrdə fətvaçılıq institutları" adlı beynəlxalq konfransında qəbul edilib. Bu barədə RİA Novosti-yə Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin Üləmalar Şurasının sədr müavini İldar Alyautdinov bildirib.
"Qahirədə keçirilən "Rəqəmsal dövrdə fətvaçılıq institutları" adlı konfransında BMT-nin 15 oktyabrı Beynəlxalq Fətvalar Günü elan etməyə çağırılması qərara alınıb. Qətnamədə ölkələrin milli təhlükəsizliyini qorumağa çağıran bir bənd də ayrılıb. Çünki hər hansı bir ölkəyə olunan təhdid bütün dünyada təhlükə yaradır", - deyə müfti bildirib.
İştirakçılar dekabrın ortalarında "Dini ekstremizm. İntellektual zəminlər və qarşıdurma strategiyası" mövzusunda beynəlxalq konfransın təşkilini təklif ediblər. Onlar həmçinin fətvaların hazırlanması və nəşri metodologiyasına, onların dini ekstremizm və radikalizmə qarşı mübarizədəki roluna dair bir sıra çap və elektron kitabların, ensiklopediyaların hazırlanması təklifini də irəli sürüblər.
Müftinin sözlərinə görə, konfransda peyvənd mövzusu ayrıca müzakirə olunmayıb. Lakin pandemiya və xəstəliklərin yayılmasına qarşı mübarizə məsələlərinə İslam nöqteyi-nəzərindən toxunulub.
"Rəqəmsal dövrdə fətvaçılıq institutları" konfransı Misir prezidentinin himayəsi altında dünya şuraları və təşkilatları üçün baş katiblik tərəfindən təşkil olunub. Konfransdan əvvəl xarici ölkələrin dini liderlərinin Misir Prezidenti Əbdül Fəttah əs-Sisi ilə görüşü olub. Tədbirdə Fələstin, Serbiya, Birləşmiş Ərəb Əmirlikləri, Bosniya və Herseqovina müftiləri də daxil olmaqla tanınmış elm adamları və din xadimləri iştirak etdilər.
Xəbər lenti
0