https://sputnik.az/20211103/moskvada-mescid-problemi-hec-miqrantlarin-azalmasi-da-komek-etmir-434854954.html
Moskvada məscid problemi: heç miqrantların azalması da kömək etmir
Moskvada məscid problemi: heç miqrantların azalması da kömək etmir
Sputnik Azərbaycan
BAKI, 3 noyabr — Sputnik. Moskvada miqrantlardan başqa, hətta yerli müsəlmanlar üçün də kifayət qədər məscid yoxdur, buna görə də paytaxta gələn müsəlmanların... 03.11.2021, Sputnik Azərbaycan
2021-11-03T20:47+0400
2021-11-03T20:47+0400
2021-11-03T20:47+0400
moskva
rusiya
məscid
müfti
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/03/434854860_0:0:3000:1688_1920x0_80_0_0_c94e92c5011a5969902300ac2cb62098.jpg
BAKI, 3 noyabr — Sputnik. Moskvada miqrantlardan başqa, hətta yerli müsəlmanlar üçün də kifayət qədər məscid yoxdur, buna görə də paytaxta gələn müsəlmanların sayının azaldılması və yeni ibadət evlərinin tikilməsi vəziyyəti yaxşılaşdırmağa kömək edəcək. Bu barədə Rusiya Müftilər Şurasının sədr müavini (RMŞ), Moskva vilayətinin müftisi Ruşan Abbasov RİA Novosti-yə bildirib.Bu yaxınlarda Moskva merinin tikinti üzrə müavini Andrey Boçkaryov RBK-ya verdiyi müsahibəsində bildirib ki, paytaxt inşa kompleksi podratçılarla birlikdə şəhərin tikinti obyektlərində xarici işçi qüvvəsi olmadan işləməyə imkan verən tədbirlər planı hazırlamalıdır. Məmurun sözlərinə görə, Moskvanın tikinti sektorunda mövcud işçi qüvvəsi çatışmazlığını aradan qaldırmaq üçün ilk növbədə tikinti sahələrində əmək haqlarını və mexanizasiya səviyyəsini artırmaq lazımdır. Boçkaryova görə, hazırda paytaxtda tikinti sahələrində 40 minə yaxın miqrant işləyir, halbuki COVİD-19 pandemiyasına qədər 120 min miqrant işçi var idi.Onun sözlərinə görə, Moskvada məscidlər yerli əhali hesabına tikilib, ancaq "bununla belə onlar tez bir zamanda kifayət etməməyə başladı". Müfti bildirib ki, təxminən 15 il bundan əvvəl müsəlman icmasının nümayəndələri Moskvanın əvvəlki meri Yuri Lujkovla şəhərin mərkəzində sıxlığın müəyyən qədər azaldılması üçün ətraf rayonlarda məscidlərin tikilməsi planını müzakirə ediblər və "meriya artıq tikinti üçün ünvanlar təklif edib"."Ancaq bu müddət ərzində məsələnin həllində irəliləyiş olmadı. Paytaxtda isə əmək miqrantlarının sayı xeyli artıb, onların əksəriyyətinin müsəlman olduğunu nəzərə aldıqda isə vəziyyətin çox ağırlaşdığı ortadadır. Cümə günləri Moskvadakı məscidə baxmaq kifayətdir. Hətta, yadınızdasa, pandemiyaya və miqrantların geri göndərilməsinə baxmayaraq, yanvarın birində məscidin yaxınlığındakı küçədə 40 min adam toplanmışdı", - müfti xatırladıb.O qeyd edib ki, dəfələrlə şəhər rəhbərliyinə "Bağban" və "Moskva" ticarət mərkəzinin yerləşdiyi Maryino və Lyublino bölgəsində məscid tikməyi təklif edib, orada gəlmələrin sayı çoxdur və tikiləcək məscid on min adamı qəbul edərdi. "Ancaq miqrantların sayı azalsa belə, Moskvada istənilən halda məscidlər tikilməlidir", - deyə agentliyin həmsöhbəti fikrini yekunlaşdırıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/03/434854860_269:0:3000:2048_1920x0_80_0_0_d4afbc283040a77497d60a9f85e1457c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
moskva, məscid, müfti
Moskvada məscid problemi: heç miqrantların azalması da kömək etmir
BAKI, 3 noyabr — Sputnik. Moskvada miqrantlardan başqa, hətta yerli müsəlmanlar üçün də kifayət qədər məscid yoxdur, buna görə də paytaxta gələn müsəlmanların sayının azaldılması və yeni ibadət evlərinin tikilməsi vəziyyəti yaxşılaşdırmağa kömək edəcək. Bu barədə Rusiya Müftilər Şurasının sədr müavini (RMŞ), Moskva vilayətinin müftisi
Ruşan Abbasov RİA Novosti-yə bildirib.
Bu yaxınlarda Moskva merinin tikinti üzrə müavini Andrey Boçkaryov RBK-ya verdiyi müsahibəsində bildirib ki, paytaxt inşa kompleksi podratçılarla birlikdə şəhərin tikinti obyektlərində xarici işçi qüvvəsi olmadan işləməyə imkan verən tədbirlər planı hazırlamalıdır. Məmurun sözlərinə görə, Moskvanın tikinti sektorunda mövcud işçi qüvvəsi çatışmazlığını aradan qaldırmaq üçün ilk növbədə tikinti sahələrində əmək haqlarını və mexanizasiya səviyyəsini artırmaq lazımdır. Boçkaryova görə, hazırda paytaxtda tikinti sahələrində 40 minə yaxın miqrant işləyir, halbuki COVİD-19 pandemiyasına qədər 120 min miqrant işçi var idi.
"Əgər belə optimallaşdırma baş tutsa və miqrantlar azalsa, nəfəs almaq bizim üçün daha asan olacaq. Çünki Moskvada yeni məscidlərin tikintisinə icazə verilmir, halbuki biz şəhər mərkəzində sıxlığı azaltmaq üçün məscidlərin ətraf rayonlarda tikilməsini təklif etmişik, mövcud olan məscidlər isə miqrantlardan əlavə, heç yerli müsəlmanlara belə kifayət etmir. Bizim məbədlər hər kəsə açıqdır. Miqrant ilk növbədə Allahın yaratdığı insandır", - deyə Abbasov bildirib.
Onun sözlərinə görə, Moskvada məscidlər yerli əhali hesabına tikilib, ancaq "bununla belə onlar tez bir zamanda kifayət etməməyə başladı". Müfti bildirib ki, təxminən 15 il bundan əvvəl müsəlman icmasının nümayəndələri Moskvanın əvvəlki meri Yuri Lujkovla şəhərin mərkəzində sıxlığın müəyyən qədər azaldılması üçün ətraf rayonlarda məscidlərin tikilməsi planını müzakirə ediblər və "meriya artıq tikinti üçün ünvanlar təklif edib".
"Ancaq bu müddət ərzində məsələnin həllində irəliləyiş olmadı. Paytaxtda isə əmək miqrantlarının sayı xeyli artıb, onların əksəriyyətinin müsəlman olduğunu nəzərə aldıqda isə vəziyyətin çox ağırlaşdığı ortadadır. Cümə günləri Moskvadakı məscidə baxmaq kifayətdir. Hətta, yadınızdasa, pandemiyaya və miqrantların geri göndərilməsinə baxmayaraq, yanvarın birində məscidin yaxınlığındakı küçədə 40 min adam toplanmışdı", - müfti xatırladıb.
O qeyd edib ki, dəfələrlə şəhər rəhbərliyinə "Bağban" və "Moskva" ticarət mərkəzinin yerləşdiyi Maryino və Lyublino bölgəsində məscid tikməyi təklif edib, orada gəlmələrin sayı çoxdur və tikiləcək məscid on min adamı qəbul edərdi. "Ancaq miqrantların sayı azalsa belə, Moskvada istənilən halda məscidlər tikilməlidir", - deyə agentliyin həmsöhbəti fikrini yekunlaşdırıb.