CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu il Azərbaycanda keçiriləcək tədbirlər

ADEX - Sputnik Azərbaycan, 1920, 02.01.2022
Abunə olmaq
2022-ci ildə Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə veriləcək. Hava Limanı İkinci Qarabağ müharibəsində işğaldan azad edilmiş ərazilərdə inşa edilən ikinci beynəlxalq hava limanı olacaq.
BAKI, 2 yanvar — Sputnik. Artıq 2022-ci ilin ilk gününü yaşayırıq. Bu il Azərbaycanda bir sıra beynəlxalq və regional layihələr keçiriləcək. Düzdür, hələ ki, tədbirlərin tam siyahısı açıqlanmasa da, onlardan bəzilərinə dair artıq məlumatlar var. Sputnik Azərbaycan bu il Azərbaycanda keçiriləcək tədbirlərin siyahısını təqdim edir.
2022-ci ildə Azərbaycanın işğaldan azad olunan ərazilərində ilk məskunlaşma həyata keçiriləcək. Belə ki, Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd" sakinlərin ixtiyarına veriləcək. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə edilməklə 200 fərdi evin tikintisi nəzərdə tutulub. Evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulub.
2022-ci ildə Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə veriləcək. Hava Limanı İkinci Qarabağ müharibəsində işğaldan azad edilmiş ərazilərdə inşa edilən ikinci beynəlxalq hava limanı olacaq. 2021-ci ilin aprelində gələcək aeroportun təməlqoyma mərasimi keçirildi. Aeroportun uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq. Hava limanı ağır nəqliyyat təyyarələri də daxil olmaqla bütün növ hava gəmilərini qəbul edə biləcək. Aeroportun tikintisinin 2022-ci ildə başa çatdırılması planlaşdırılır.
Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi olacaq. Yubiley münasibətilə hər iki ölkədə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.
2022-ci ilin sonunda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə Doqquzuncu Qlobal Bakı Forumu keçiriləcək.
2022-ci ildə, həmçinin Bakıda növbəti Formula 1 Qran-prisi keçiriləcək. Bu Bakıda sayca keçiriləcək 6-cı Qran-pri olacaq. Yarışların gələn ilin iyun ayında keçirilməsi gözlənilir.
TRANSLOGISTICA CASPIAN - 20-22 aprel tarixlərində 19-cu Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi keçiriləcək.
CASPIAN AGRO – 18-20 may tarixlərində 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi keçiriləcək.
CASPIAN OIL & GAS və CASPIAN POWER – 1-3 iyun tarixlərində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji Sərgisi keçiriləcək.
REBUILD KARABAKH - 19-21 Oktyabr tarixlərində REBUILD KARABAKH
2-ci Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi
BAKUTEL - 1-3 Dekabr - 27-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi
ADEX 2022 - 6-8 sentyabr tarixlərində Azərbaycan paytaxtı Bakıda Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçiriləcək.
TEKNOFEST – Azərbaycanda ilk dəfə Türkiyədə hər il keçirilən hava, texnologiya və kosmos sərgisi keçiriləcək.
Təbii ki, Azərbaycanda keçiriləcək tədbirlərin sayı bunlarla məhdudlaşmır. Bu barədə yeni məlumatlar olduqca siyahını yeniləyəcəyik.
Həmçinin oxuyun:
Türkiyə və Azərbaycan hərbi təyyarələri İstanbul boğazında şou göstərdi
İsrail səfiri ölkəsinin Azərbaycana yardım etmək istədiyi sahələri açıqladı
Azərbaycanda 5G texnologiyası tətbiq olunur?
Xəbər lenti
0