https://sputnik.az/20211102/srail-sefiri-olkesinin-azerbaycana-yardim-etmek-istediyi-saheleri-aciqladi-434806575.html
İsrail səfiri ölkəsinin Azərbaycana yardım etmək istədiyi sahələri açıqladı
İsrail səfiri ölkəsinin Azərbaycana yardım etmək istədiyi sahələri açıqladı
Sputnik Azərbaycan
İsrail Azərbaycanın ehtiyac duyduğu hər bir sahədə əməkdaşlıq etməyə hazırdır. 02.11.2021, Sputnik Azərbaycan
2021-11-02T13:27+0400
2021-11-02T13:27+0400
2021-11-02T13:27+0400
səfir
cəmiyyət
israil
gəncə
corc dik
https://cdnn1.img.sputnik.az/img/42295/05/422950501_0:0:2000:1125_1920x0_80_0_0_ae951ee16741fee9924ef7f559a452be.jpg
BAKI, 2 noyabr — Sputnik. "İsrail həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib".Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bunu Gəncədə səfərdə olan İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib."İndi ərazi bütövlüyü bərpa olunandan sonra biz Azərbaycanın yanında olaraq, əraziləri bərpa etməyə və yenidən qurmağa kömək etmək istəyirik", - deyə diplomat qeyd edib.Səfir ölkəsinin Qarabağın bərpa olunmasında Azərbaycana kömək etməkdə çox maraqlı olduğunu vurğulayıb: "Bu sahədə Azərbaycan hökuməti ilə əməkdaşlıq etməyə hazırıq. Ötən həftə Bakıda "Rebuild Karabakh" sərgisi keçirilib. Həmin sərgidə İsrail şirkətləri də iştirak edib.Səfir Gəncədə zərbələrə məruz qalan insanların qorxmadığını, həyata davam etdiklərini bildirib: "Dövlət də, hökumət də insanlara kömək edərək ərazini bərpa edir, yeni yaşayış binaları tikir".C.Dik Gəncəyə səfər çərçivəsində uşaq evinə gedəcəklərini söyləyib: "Uşaqlara İsraildən hədiyyələrimiz var. Həmçinin onların ehtiyacı olan istilik sistemini gətirmişik. Bu, simvolik bir jestdir. Dostluğumuzu, həmrəyliyimizi göstərmək üçün buradayıq. Bir il əvvəl buraya gələndə, zərbələrdən zərər çəkən insanlarla görüşəndə onlara kömək etdik, onlara istilik qurğuları gətirmişdik. Bugünkü səfər çərçivəsində də oxşar şeylər edirik, amma bunun mahiyyəti tamamilə fərqlidir. Çünki biz o vaxt zərər çəkən insanlara kömək edirdik, indi isə gələcəyə ümidlə baxan insanlara gələcək qurmağa kömək edirik. 44 günlük müharibənin 1 illiyini qeyd edəndə biz daha yaxşı, sülh dolu gələcək qurmağa çalışırıq. Həm Azərbaycanda, həm də bölgənin digər ölkələrində insanlara kömək etmək istəyirik ki, sülh içərisində yaşasınlar".Eləcə də oxuyun:* Səfir: "Heç bir üçüncü dövlət İsrail-Azərbaycan münasibətlərinə mane ola bilməz"* İsraili Avroviziyada Azərbaycan əsilli müğənni təmsil edəcək? – Səfir* Azərbaycan xalqının İsrailə göstərdiyi dostluq məni heyran edir - SƏFİR* İsrail mütəxəssisləri İsmayıllıda dronların idarə olunması ilə bağlı təlimlər keçirlər
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42295/05/422950501_156:0:1929:1330_1920x0_80_0_0_820cf39b3fa52db4feb9cd053cd7f67d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
səfir, israil, gəncə, corc dik
səfir, israil, gəncə, corc dik
İsrail səfiri ölkəsinin Azərbaycana yardım etmək istədiyi sahələri açıqladı
İsrail Azərbaycanın ehtiyac duyduğu hər bir sahədə əməkdaşlıq etməyə hazırdır.
BAKI, 2 noyabr — Sputnik. "İsrail həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib".
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bunu Gəncədə səfərdə olan İsrailin Azərbaycandakı səfiri
Corc Dik deyib.
"İndi ərazi bütövlüyü bərpa olunandan sonra biz Azərbaycanın yanında olaraq, əraziləri bərpa etməyə və yenidən qurmağa kömək etmək istəyirik", - deyə diplomat qeyd edib.
Səfir ölkəsinin Qarabağın bərpa olunmasında Azərbaycana kömək etməkdə çox maraqlı olduğunu vurğulayıb: "Bu sahədə Azərbaycan hökuməti ilə əməkdaşlıq etməyə hazırıq. Ötən həftə Bakıda "Rebuild Karabakh" sərgisi keçirilib. Həmin sərgidə İsrail şirkətləri də iştirak edib.
İsrail Azərbaycanın ehtiyac duyduğu hər bir sahədə əməkdaşlıq etməyə hazırdır. Biz düşünürük ki, bu, kənd təsərrüfatı, suyun idarə edilməsi və digər sahələr ola bilər. Bir il əvvəl buraya səfər etmiş, burada dayanmış, mülki insanların yaşadığı əraziyə endirilən zərbələrin nəticələri ilə tanış olmuşdum. Bir il sonra yenə buraya gəldim və dağıntıların yerində ümid və gələcəyə baxış gördüm".
Səfir Gəncədə zərbələrə məruz qalan insanların qorxmadığını, həyata davam etdiklərini bildirib: "Dövlət də, hökumət də insanlara kömək edərək ərazini bərpa edir, yeni yaşayış binaları tikir".
C.Dik Gəncəyə səfər çərçivəsində uşaq evinə gedəcəklərini söyləyib: "Uşaqlara İsraildən hədiyyələrimiz var. Həmçinin onların ehtiyacı olan istilik sistemini gətirmişik. Bu, simvolik bir jestdir. Dostluğumuzu, həmrəyliyimizi göstərmək üçün buradayıq. Bir il əvvəl buraya gələndə, zərbələrdən zərər çəkən insanlarla görüşəndə onlara kömək etdik, onlara istilik qurğuları gətirmişdik. Bugünkü səfər çərçivəsində də oxşar şeylər edirik, amma bunun mahiyyəti tamamilə fərqlidir. Çünki biz o vaxt zərər çəkən insanlara kömək edirdik, indi isə gələcəyə ümidlə baxan insanlara gələcək qurmağa kömək edirik. 44 günlük müharibənin 1 illiyini qeyd edəndə biz daha yaxşı, sülh dolu gələcək qurmağa çalışırıq. Həm Azərbaycanda, həm də bölgənin digər ölkələrində insanlara kömək etmək istəyirik ki, sülh içərisində yaşasınlar".