Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda 5G texnologiyası tətbiq olunur?

© Sputnik / Murad OrujovДевушка на одной из улиц в Баку
Девушка на одной из улиц в Баку - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
НовостиTelegram
5G yeni 5-ci nəsil internet texnologiyasıdır. Bu texnologiya istifadəçiləri super sürətli və kəsintisiz internetlə təmin edir

BAKI, 27 iyun — Sputnik.  “COVID-19” pandemiyası dövründə dünyada, o cümlədən Azərbaycanda 5G texnologiyasının bu xəstəliyin daha çox yayılmasına səbəb olduğu barədə fikirlər səsləndirilir.

Bu barədə Sputnik Azərbaycan-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Məlumatda deyilir ki, Azərbaycan Respublikasında 5G texnologiyası tətbiq olunmur. Sadəcə bir müddət öncə, "Bakutel-2019" çərçivəsində 5G pilot layihə olaraq, paytaxt Bakıda qısa zaman kəsiyində test edilib.

Qeyd edək ki, 5G yeni 5-ci nəsil internet texnologiyasıdır. Bu texnologiya istifadəçiləri super sürətli və kəsintisiz internetlə təmin edir.

Belə ki, 5G texnologiyasında tətbiq edilən radiotezliklər ionlaşdırmayan radiospektr diapazonunda yerləşir. İonlaşdırmayan radiotezliklərinin insan sağlamlığına təsirləri mütəmadi olaraq beynəlxalq institutlar tərəfindən tədqiq edilir.

 

 

Xəbər lenti
0