CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Ah eylədiyim sərvi-xuramanın üçündür..." - Pələng ilinin geyim və makiyaj dəbi

© © Jemal Countess / Getty Images via AFPModel, arxiv şəkli
Model, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.01.2022
Abunə olmaq
Stilist məsləhəti: Əgər makiyaja ehtiyac yoxdursa, mümkün qədər uzaq dursunlar. Çünki makiyaj zamanı dəri nəfəs almır. Qadınlar var ki, bir toya gedirlər və həmin makiyajla həftələrlə gəzirlər. Bu, qətiyyən yolverilməzdir.
BAKI, 1 yanvar — Sputnik. Yeni ilin ilk gününü yaşayırıq. İl dəyişəndə hər kəsi, xüsusən də qadınları maraqlandıran suallardan biri də budur: "Görəsən bu il hansı rənglər dəbdə olacaq?"
Sputnik Azərbaycan makiyajda və geyimdə hansı yeniliklərin olacağı barədə proqnozları sizə təqdim edir. Dünya şöhrətli azərbaycanlı dizayner Rüfət İsmayıl bildirir ki, bu il 60-70-80-ci illərin dəbi qayıdacaq. "Afffair" brendinin yaradıcısı bildirir ki, artıq yavaş-yavaş insanların geyimlərində bunu görə bilirik:
"Mənim yeni kolleksiyamda da 80-ləri görə bilərik. Həmin kolleksiyamı mart ayında ictimaiyyətə təqdim edəcəyik. Həmin kolleksiyamda milli elementlər də olacaq. Model olaraq isə 80-lərin dəbindən istifadə edəcəyik. Qarşıdan pələng ili gəlir. Amma pələng dərisi hər zaman dəbdə olub. İnsanlar həmişə geyinə bilərlər".
© Photo : Instagram / rufat_ismayilRüfət İsmayıl
Азербайджанский дизайнер Руфат Исмаил, фото из архива - Sputnik Azərbaycan, 1920, 28.12.2021
Rüfət İsmayıl
Dindar xanımları da unutmadıq. Modelyer Leyla Əhmədova bildirir ki, dindar xanımlar da dəblə geyinirlər. Onları digər xanımlardan fərqləndirən yalnız başlarına bağladıqları hicabdır. Bu ilin dəbinə gəldikdə isə, uzun illərin modelyeri bildirir ki, bu il əsasən təbii dəri geyimləri dəbdədir:
"Aksesuar qismində qızıl-zinət əşyaları dəbdə olacaq. Bu, hər kəsə aid olacaq, dindar xanımlar da həmçinin. Dindar xanımlarımız dəridən ətək də, şalvar da, gödəkçə də geyinə bilərlər. Mən bir modelyer olaraq dindar xanımlarla digər xanımların arasında ayrı-seçkiliyin olmasının qəti əleyhinəyəm. Biz deyə bilmərik ki, filankəs dindardır, o digər qadınların geydiyi geyimi geyinə bilməz. Sadəcə uyğunlaşdırmalıdırlar, dinin qoyduğu tələblərdən çıxmamaq şərti ilə istədikləri geyimi geyinə bilərlər".
Makiyaja gəldikdə isə məşhur stilist Anar Ağakişiyev bildirir ki, 2022-ci ildə makiyajda çəhrayı, gül qurusu rəngi dəbdə olacaq. Göz kölgələrində bu rəngdən istifadə edə bilərlər. Təbii ki, göz qapağını tam örtməmək şərti ilə:
"Yalnız göz qapağının yan hissələrində həmin rəngdən istifadə edə bilərlər. Əvvəllər dodaq boyasının rəngi başqa, göz qapağının rəngi başqa olurdusa, indi dodaq boyalarının rəngini göz qapaqlarında da istifadə edə bilərlər. Bundan həm sarışın, həm də qarabuğdayı xanımlar istifadə edə bilərlər".
© Sputnik / Murad OrujovStilist Anar Ağakişiyev
Stilist Anar Ağakişiyev - Sputnik Azərbaycan, 1920, 28.12.2021
Stilist Anar Ağakişiyev
Stilistin sözlərinə görə, makiyajda həmin dəb 16-17 il əvvəl də olub:

"Geyimdə dəb 40-50 ildən bir qayıdır. Makiyajda isə bu, fərqli cür baş verir. Məsələn, 2004-2005-cü illərdə çəhrayı rəng dəbdə idi. Həmin illərdə o rəngi həm göz kölgəsində, həm də dodaq boyasında istifadə edirdilər. Bu il həmin dəb qayıdıb. Amma fərqli şəkildə üzə çıxaracağıq. Əvvəl yumru göz çəkirdilər və göz qapağının üzərinə zər vururdularsa, indi mat tonlar çəkiləcək, onun üzərindən yüngül zər çəkiləcək. Bir növ dəri teksturası verdiyindən, fərqli görkəm alacaq. Geyimdə müəyyən ştrixlər verilirsə, makiyajda bu, kəskin surətdə dəyişir".

Məşhur stilist xanımlara makiyaj etməməyi tövsiyə etdi:
"Əgər makiyaja ehtiyac yoxdursa, mümkün qədər uzaq dursunlar. Çünki makiyaj zamanı dəri nəfəs almır. Dekorativ kosmetika müəyyən kimyəvi yağlardan istifadə edilir. Bu da dəriyə zərərlidir. Yaxşı olar ki, yalnız xüsusi günlərdə makiyaj etsinlər. Hər gün makiyaj etmək, eyni yeməyi günlərlə yeməyə bənzəyir. Yaxşı olar ki, dərilərinə qidalandırıcı kremlər çəksinlər və bol su içsinlər. Əgər makiyaj edirlərsə, evə gələn kimi əllərini yuyub, dərhal makiyajı silsinlər. Qadınlar var ki, bir toya gedirlər və həmin makiyajla həftələrlə gəzirlər. Bu, qətiyyən yolverilməzdir".
Həmçinin oxuyun:
Azərbaycanlı xanım piton dərisindən sənət əsərləri yaradır – FOTO
Sevincli olmaq trenddir - 2022-ci ilin rəngi
Modelyer: Bütün günü qara hicabda gəzməyi nəinki məsləhət görmürəm, heç özüm də geyinmirəm
Dəbdə yenilik - 2022-ci ildə hansı rəng trenddə olacaq?
Xəbər lenti
0