Modelyer: Bütün günü qara hicabda gəzməyi nəinki məsləhət görmürəm, heç özüm də geyinmirəm

© Photo : From personal archives Leyla AhmedovaLeyla Əhmədova
Leyla Əhmədova - Sputnik Azərbaycan, 1920, 15.12.2021
Abunə olmaq
Leyla Əhmədova: Mən heç bir dünya brendini yaradıcılarına milli naxışlarımızı sirrini verməmişəm. Demişəm ki, bu bizimdir, onların sirrini heç kimə vermərəm.
BAKI, 15 dekabr — Sputnik. Azərbaycan müstəqilliyini qazanandan sonra ölkəmizdə modanın inkişafı yönündə ciddi, perspektivli addımlar atıldı. Sevindirici haldır ki, son vaxtlar ölkəmizdə dəb yeniliklərini bir üslub kimi formalaşdıran, yeni-yeni istiqamətləri təmsil edərək uğur qazanan bir çox modelyerlər fəaliyyət göstərirlər.
Azərbaycan moda salnaməsində özünəməxsus yeri olan modelyerlərdən biri də Leyla Əhmədovadır. Leyla xanım bu sahəyə ilk addımlarını atanda ölkəmizdə moda sahəsi demək olar ki, yox səviyyəsində olub. Tanınmış moda ustası ilk addımlarından, qarşılaşdığı problemlərdən və uğurlarından Sputnik Azərbaycan-a söhbət açdı:
"İyirmi beş ildir ki, bu sahədəyəm. Həmişə geyimlərimdə milliliyimizi qoruyub saxlamışam, təbliğ etmişəm. Geyimlərimdə təkəlduz, buta, aypara və sair elementləri istifadə etmişəm. Kolleksiyalarımda, podium üçün tikdiyim geyimlərdə, hətta adi insanların geyimlərində bu üslubu qoruyub saxlamağa çalışmışam".
1997-ci ildən bu vaxta qədər hazırladığı bütün geyimlərdə milli ornamentlərə üstünlük verən modelyer deyir ki, əvvəllər onun işlərinə rişxəndlə yanaşırmışlar:

"Əvvəllər mənim tikdiyim geyimlərə gülürdülər, deyirdilər ki, bu nədir ey, nənə geyimidir. Çox sevindirici haldır ki, indi bütün modelyerlər öz geyimlərində milliliyi qoruyub saxlayırlar. Xarici ölkələrdə məni alqışlayırdılar, mükafatlar verirdilər. Amma bizdə mənə gülürdülər".

Dövrünü qabaqlayan modelyer deyir ki, o zamanında öz kolleksiyalarında xarıbülbüldən istifadə edib. Halbuki həmin dönəmlərdə heç kə geyimində bundan istifadə etməyib:
"Müharibədən sonra bütün modelyerlər xarıbülbülü geyimlərində istifadə edirlər. Amma mən onu 20 il əvvəl istifadə etmişəm. 2001-ci ildə Moskvada Rus-Yəhudi moda həftəsi keçirilmişdi. Həmin tədbirdə mənim nümayiş etdirdiyim geyimdə xarıbülbül var idi. Amma ona heç kəs fikir vermirdi. 5 gül var idi, xarıbülbül də daxil".
Hər zaman tarixdə qalmağı özündə rəhbər tutan modelyer deyir ki, onun müəllifi olduğu kolleksiya dünya patenti alıb:

""Azərbaycan kolleksiyası" dünya patentini alıb. Moda sahəsində sözünü demiş 10 ölkə "Azərbaycan kolleksiyası"na qiymət veriblər ki, bu, analoqu olmayan sənət əsəridir".

Dünyanın bir çox ölkələrində geyimlərini nümayiş etdirən modelyer bildirir ki, dünya brendləri onun naxışlarının sirrini öyrənmək istəyiblər:
"Mən heç bir dünya brendini yaradıcılarına milli naxışlarımızı sirrini verməmişəm. Demişəm ki, bu bizimdir, onların sirrini heç kimə vermərəm".
Yeni koleksiyaları haqqında məlumat verən modelyer bildirir ki, yaxın zamanlarda ictimaiyyətə təqdim olunacaq:
"Kolleksiyamda əsasən hərbi rənglər olacaq. Bir az fərqlilik qatmışam. Hərbi geyimlərimiz naxışlarından seçilir. Sentyabr ayında həmin kolleksiyanı təqdim edəcəyəm".
Modelyer bildirir ki, moda hər kəsə aiddir, dindar xanımlar da müasir geyinə bilərlər. Onlar İslamın buyurduğu şərtləri özlərində rəhbər tutaraq, müasir geyinə bilərlər:

"Keçmişdə bizim nənələrimiz kimi bütün günü qara hicabda gəzməyi nəinki məsləhət görmürəm, heç özüm də geyinmirəm. Əslində qara hicab ərəblərin milli geyimləridir. Ona qalsa, bizim də, türk xalqlarının da, rusların da bir sözlə, bütün dünyada yaşayan millətlərin milli geyimləri var. Necə ki biz, eləcə də onlar adi günlərdə həmin geyimləri geyinmirlər. Hər geyimin öz yeri var".

Həmçinin oxuyun:
Bakılı stilist dünya ulduzları ilə ən maraqlı işlərini nümayiş etdirib
"Azerbaijan Fashion Week"in yeni mövsümü hər kəsi nə ilə təəccübləndirdi?
Modelyer: Aygün Kazımova mənim tikdiyim geyimi başqasının adına çıxıb
Xəbər lenti
0