CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sevincli olmaq trenddir - 2022-ci ilin rəngi

© © Jemal Countess / Getty Images via AFPNyu-York moda həftəsində model, arxiv şəkli
Nyu-York moda həftəsində model, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.12.2021
Abunə olmaq
Ekspertlərin seçdiyi rəng çaları sevinci tərənnüm edir və insanları xəyalən yunan adalarının sahillərinə aparır.
BAKI, 19 dekabr - Sputnik. Bir qayda olaraq payızda Nyu-Yorkda keçirilən Moda həftəsində Pantone Ümumdünya rəng institutu gələn il üçün rəng trendləri barədə açıqlama verir. Beləliklə, ekspertlərin seçdiyi rəngi dünyanın bütün dizaynerləri, moda evləri öz işlərində əsas götürürlər, dəbə uyğun geyinməyi xoşlayanlar isə özlərinə yeni trendə uyğun libas seçirlər.
Bu dəfə Pantone 2022-ci ilin baharı üçün əsas rəng kimi göy rəngin müxtəlif çalarlarını müəyyən edib.
Mütəxəssislərin seçiminə təsir edən əsas amillər pandemiya və insanlar tərəfindən rənglərin qavanmasında baş verən dəyişikliklər olub.
Belə ki, mütəxəssislərin qənaətinə görə, hazırda bəşəriyyət ətraf aləmdə “emosionallığın” xiffətini çəkir, rəng isə bu vəziyyəti bir qədər düzəldə bilər. Trenddə olacaq rəng palitrasında göy rəngin dörd çaları var ki, onların da hər biri, sanki tibbi maskalara eyham vurur.
Gələn ilin dəb “çələnginə” suyun bütün rəng çalarları daxil edilib: Mykonos Blue, Ibiza Blue, Spring Lake və səmaya çalan Clear Sky. Bunlarla yanaşı, trenddə olacaq çalarlar içində “dəniz dalğası”, yataq-mavi, tünd göy, “buz bağlamış göl” rəngləri də var.
Mətbuat isə açıq Mykonos Blue rənginə xüsusi diqqət çəkib. Bir çox dizaynerlər bu rəng çalarını Nyu-Yorkdakı Moda həftəsində nümayiş olunan kolleksiyalarına da daxil ediblər. Bu rəng çaları sevinci tərənnüm edir və insanları xəyalən yunan adalarının sahillərinə aparır.
Dizaynerlərdən belə bir məsləhət: trenddə olan göy rəngi onun başqa çalarları, eləcə də yaşıl, krem rəngi və qəhvəyi rəngin bütün tonları ilə birlikdə istifadə etmək olar. Bundan əlavə dizaynerlər bildirilər ki, bu rəng çaları əsmər xanımalara daha çox yaraşır.
Xəbər lenti
0