Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Yeni il süfrənizə ləzzətli və ətirli təam, duzda basdırma balıq - videoresept

Abunə olmaq
Yeni il süfrəsi üçün yüngül, asan və ən əsası, faydalı yemək axtarışındasınızsa, duzda bişirilmiş balığı sınaqdan keçirə bilərsiniz. Sputnik Azərbaycan-ın növbəti videosunda bu yeməyin necə hazırlandığı ilə tanış olun.

Yeni il ərəfəsində evdar xanımlar bayram süfrəsi üçün yeni və qeyri-adi yeməklər hazırlamağa çalışırlar. Bu məqsədlə sobada duzun içində bişirilən yumşaq, ətirli balıq hazırlamaq olar.

Yeni il masasına fisincan plov – videoresept  - Sputnik Azərbaycan
VİDEO
Yeni il masasına fisincan plov – videoresept

Bu yeməyin necə bişirildiyini Sputnik Azərbaycan-a Bakıdakı "Soloxa" Ukrayna mətbəxi restoranının qurucusu və icraçı direktoru Lidiya Şestak-Əliyeva nümayiş etdirib.

İstənilən balıq növü duzda basdırılaraq sobada bişiriləndə nəticə gözəl alınır. Balıq, necə deyərlər, ağızda əriyir. Düzdür, bu yeməyi bişirmək üçün çoxlu duza ehtiyacınız olacaq, ancaq sonda ortaya çıxan nəticə buna dəyər! Duz balığın ətrafında bərk təbəqə əmələ gətirir ki, bu da onun şirəsini, ətrini və dadını saxlamasına kömək edir. Balıq özü isə çox duzlu olmur, yalnız lazımı qədər duzu özünə çəkir.

Lidiya onu da bildirdi ki, zövqə uyğun istənilən balıq növünü seçə bilərsiniz, əsas odur, qılçığı az olsun.

Xəbər lenti
0