https://sputnik.az/20211231/azerbaycanda-covid-mualice-protokolu-deyisdirilir---tebb-437792372.html
Azərbaycanda COVID müalicə protokolu dəyişdirilir - TƏBİB
Azərbaycanda COVID müalicə protokolu dəyişdirilir - TƏBİB
Sputnik Azərbaycan
Burada ÜST-ün də tövsiyələri mütləq öz əksini tapacaq. Protokol tam hazır olduqdan və təsdiqləndikdən sonra ictimaiyyətə açıqlanacaq. 31.12.2021, Sputnik Azərbaycan
2021-12-31T22:02+0400
2021-12-31T22:02+0400
2021-12-31T22:02+0400
koronavirus
səhiyyə
protokol
dərman
müalicə
infeksion
infeksionist
covid-19
təbib
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/18/425545815_0:15:3071:1742_1920x0_80_0_0_29bea0d3cedc2f322d225c048efc30ee.jpg
BAKI, 31 dekabr — Sputnik. Azərbaycanda COVID-19-un müalicə protokolu dəyişdirilir. Sputnik Azərbaycan-a bu barədə Kliniki Tibbi Mərkəzinin infeksionisti Fərrux Sədirov məlumat verib. F.Sədirov bildirib ki, Səhiyyə Nazirliyi tərəfindən yeni müalicə protokolları hazırlanır. Onun sözlərinə görə, dünyada COVID xəstəliyinin müalicəsində ümid verən iki dərman var ki, onların kütləvi istehsalına başlanılmayıb: "Hansı ki, o dərmanların xəstəliyin ilk beş günündə effektivliyi yüksəkdir. Həmin dərmanlar COVID-19-a yoluxan insanlarda 90 faiz hospitalizasiya hallarını azaldır. Bu dərmanın sayəsində 10 nəfərdən 9-nun xəstəxanaya yatırılmasının qarşısını almaq mümkündür. Azərbaycanda hazırda həmin dərmanlar olmadığından koronavirusun müalicə protokoluna əlavə etmək mümkün deyil. Amma artıq Azərbaycanda da koronavirusa görə müalicə protokolu yenilənir".Müalicə protokolunda yenilənmə gedirTƏBİB-dən də Sputnik Azərbaycan-ın sorğusuna cavabda təsdiqləyiblər ki, hazırda Səhiyyə Nazirliyi və TƏBİB-in birgə əməkdaşlığı ilə müalicə protokolunda yenilənmə gedir: "Burada ÜST-ün də tövsiyələri mütləq öz əksini tapacaq. Protokol tam hazır olduqdan və təsdiqləndikdən sonra ictimaiyyətə açıqlanacaq. Ümumiyyətlə, qeyd edək ki, "COVID 19" virusu yeni xəstəlik olduğuna görə, onunla bağlı məlumatlar (simptomları, klinik gedişatı, müalicəsi və s.) mütəmadi yenilənməkdədir. Biz də bu yenilikləri izləyirik və beynəlxalq qurumların, səhiyyə təşkilatlarının tövsiyələrinə əsaslanaraq həmin yenilikləri öz təcrübəmizdə tətbiq edirik".Koronavirusa görə yeni dərmanlar ölkəmizə nə vaxt gətiriləcək?Məlumat üçün bildirək ki, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev brifinqdə bildirmişdi ki, koronavirusun müalicəsində istifadə olunacaq yeni dərman vasitələrinin Azərbaycana gətirilməsi də nəzərdən keçiriləcək. O, həmçinin qeyd edib ki, yeni tətbiq olunacaq dərmanlar birinci fazaya aiddir: "Bu günə qədər ölkəyə bu istiqamətdə gətirilən dərmanlardan istifadə olunub. Vaksinasiya isə virusa qarşı inkar yox, dəstəkverici xarakter daşıyır. Son iki həftədir ki, xarici medialarda COVID-19-a qarşı müalicədə istifadə olunacaq yeni dərmanların təqdimatı olub. Bu məsələ Azərbaycan səhiyyə orqanları tərəfindən diqqətlə izlənilir. Bəzi ölkələrdə artıq o dərmanlar qeydiyyatdan keçib. Yetərincə sübuta yetirilmiş elmi-tibbi sübutlar toplandıqdan sonra həmin dərmanların ölkəmizə gətirilməsi reallaşacaq".Qeyd edək ki, son vaxtlar infeksionistlər koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün istifadə edilən dərman preparatlarının bəziləri artıq effekt vermədiyindən tez-tez şikayətlənirlər.Hazırki protokolda nələr var?Xatırladaq ki, TƏBİB-in müalicə protokolunda evdə müalicə alan xəstələr üçün dərman preparatlarının təyini xəstəliyin yüngül-ağırlığına, yanaşı xəstəliklərin olub-olmadığına görə dəyişir. Yetkin şəxslərin müalicə protokolunda göstərilir ki, COVID-19 PCR testi müsbət olan şəxslərdə antiviral müalicə başlanmasını güclü şəkildə dəstəkləməkdədir. Ancaq erkən başlanan dərmanların daha təsirli olduğuna aid ümumi məlumatlara əsaslanaraq, xəstəni qiymətləndirən həkimin məsləhətinə əsasən, eyni zamanda yanaşı təsirləri mövzusunda diqqətli olmaq şərti ilə bu xəstələrə antiviral müalicə başlana bilər.Hospitalizasiya göstərişi olan COVID-19 hallarında müalicə tövsiyələri belədir: Ağırlaşmamış şübhəli/təsdiq olunmuş diaqnozlu COVID-19 hallarında Favipiravir1-200 mg tablet 1600 tablet x 2 dəfə başlanğıc, 600 mg tablet x 2 dəfə dəstəkləyici 5 gün təyin edilməlidir. Yüngül-orta gedişli pnevmoniyalı (Ağır pnevmoniya əlaməti olmayanlar) şübhəli/təsdiq olunmuş COVID-19 hallarında müalicə - Favipiravir1 200 mg tablet və ya Remdesivir 100 mg inyeksiya 1600 mg x 2 dəfə başlanğıc, 600 mg x 2 dəfə dəstəkləyici, 200 mg x 1 dəfə başlanğıc, 100 mg x 1 dəfə dəstəkləyici - 5-10 gün aparılmalıdır. Ağır pnevmoniyalı şübhəli/təsdiq olunmuş COVID-19 hallarında müalicədə isə Favipiravir1 200 mg tablet və ya Remdesivir 100 mg inyeksiya 1600 mg x 2 dəfə başlanğıc, 600 mg x 2 dəfə dəstəkləyici 200 mg x 1 dəfə başlanğıc, 100 mg x 1 dəfə dəstəkləyici 5-10 gün edilməlidir.Eləcə də oxuyun:* Nazirlər Kabineti COVID sertifikatları ilə bağlı qərarı dəyişdi * Azərbaycan Omikron ştammı ilə mübarizəyə hazırdırmı?* SARS-CoV-2 virusu hansı orqanlarda yaşayır və bədəndə nə qədər qalır? Şok araşdırma
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/18/425545815_340:0:3071:2048_1920x0_80_0_0_5af958eb6472c318e471e7e316e673c2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
azərbaycan koronavirus covid-19 müalicə protokolu dəyişdirilir dərman
azərbaycan koronavirus covid-19 müalicə protokolu dəyişdirilir dərman
Azərbaycanda COVID müalicə protokolu dəyişdirilir - TƏBİB
Burada ÜST-ün də tövsiyələri mütləq öz əksini tapacaq. Protokol tam hazır olduqdan və təsdiqləndikdən sonra ictimaiyyətə açıqlanacaq.
BAKI, 31 dekabr — Sputnik. Azərbaycanda COVID-19-un müalicə protokolu dəyişdirilir. Sputnik Azərbaycan-a bu barədə Kliniki Tibbi Mərkəzinin infeksionisti Fərrux Sədirov məlumat verib.
F.Sədirov bildirib ki, Səhiyyə Nazirliyi tərəfindən yeni müalicə protokolları hazırlanır. Onun sözlərinə görə, dünyada COVID xəstəliyinin müalicəsində ümid verən iki dərman var ki, onların kütləvi istehsalına başlanılmayıb:
"Hansı ki, o dərmanların xəstəliyin ilk beş günündə effektivliyi yüksəkdir. Həmin dərmanlar COVID-19-a yoluxan insanlarda 90 faiz hospitalizasiya hallarını azaldır. Bu dərmanın sayəsində 10 nəfərdən 9-nun xəstəxanaya yatırılmasının qarşısını almaq mümkündür. Azərbaycanda hazırda həmin dərmanlar olmadığından koronavirusun müalicə protokoluna əlavə etmək mümkün deyil. Amma artıq Azərbaycanda da koronavirusa görə müalicə protokolu yenilənir".
Müalicə protokolunda yenilənmə gedir
TƏBİB-dən də Sputnik Azərbaycan-ın sorğusuna cavabda təsdiqləyiblər ki, hazırda Səhiyyə Nazirliyi və TƏBİB-in birgə əməkdaşlığı ilə müalicə protokolunda yenilənmə gedir: "Burada ÜST-ün də tövsiyələri mütləq öz əksini tapacaq. Protokol tam hazır olduqdan və təsdiqləndikdən sonra ictimaiyyətə açıqlanacaq.
Ümumiyyətlə, qeyd edək ki, "COVID 19" virusu yeni xəstəlik olduğuna görə, onunla bağlı məlumatlar (simptomları, klinik gedişatı, müalicəsi və s.) mütəmadi yenilənməkdədir. Biz də bu yenilikləri izləyirik və beynəlxalq qurumların, səhiyyə təşkilatlarının tövsiyələrinə əsaslanaraq həmin yenilikləri öz təcrübəmizdə tətbiq edirik".
Koronavirusa görə yeni dərmanlar ölkəmizə nə vaxt gətiriləcək?
Məlumat üçün bildirək ki, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev brifinqdə bildirmişdi ki, koronavirusun müalicəsində istifadə olunacaq yeni dərman vasitələrinin Azərbaycana gətirilməsi də nəzərdən keçiriləcək. O, həmçinin qeyd edib ki, yeni tətbiq olunacaq dərmanlar birinci fazaya aiddir:
"Bu günə qədər ölkəyə bu istiqamətdə gətirilən dərmanlardan istifadə olunub. Vaksinasiya isə virusa qarşı inkar yox, dəstəkverici xarakter daşıyır. Son iki həftədir ki, xarici medialarda COVID-19-a qarşı müalicədə istifadə olunacaq yeni dərmanların təqdimatı olub. Bu məsələ Azərbaycan səhiyyə orqanları tərəfindən diqqətlə izlənilir. Bəzi ölkələrdə artıq o dərmanlar qeydiyyatdan keçib. Yetərincə sübuta yetirilmiş elmi-tibbi sübutlar toplandıqdan sonra həmin dərmanların ölkəmizə gətirilməsi reallaşacaq".
Qeyd edək ki, son vaxtlar infeksionistlər koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün istifadə edilən dərman preparatlarının bəziləri artıq effekt vermədiyindən tez-tez şikayətlənirlər.
Hazırki protokolda nələr var?
Xatırladaq ki, TƏBİB-in müalicə protokolunda evdə müalicə alan xəstələr üçün dərman preparatlarının təyini xəstəliyin yüngül-ağırlığına, yanaşı xəstəliklərin olub-olmadığına görə dəyişir. Yetkin şəxslərin müalicə protokolunda göstərilir ki, COVID-19 PCR testi müsbət olan şəxslərdə antiviral müalicə başlanmasını güclü şəkildə dəstəkləməkdədir. Ancaq erkən başlanan dərmanların daha təsirli olduğuna aid ümumi məlumatlara əsaslanaraq, xəstəni qiymətləndirən həkimin məsləhətinə əsasən, eyni zamanda yanaşı təsirləri mövzusunda diqqətli olmaq şərti ilə bu xəstələrə antiviral müalicə başlana bilər.
Hospitalizasiya göstərişi olan COVID-19 hallarında müalicə tövsiyələri belədir: Ağırlaşmamış şübhəli/təsdiq olunmuş diaqnozlu COVID-19 hallarında Favipiravir1-200 mg tablet 1600 tablet x 2 dəfə başlanğıc, 600 mg tablet x 2 dəfə dəstəkləyici 5 gün təyin edilməlidir.
Yüngül-orta gedişli pnevmoniyalı (Ağır pnevmoniya əlaməti olmayanlar) şübhəli/təsdiq olunmuş COVID-19 hallarında müalicə - Favipiravir1 200 mg tablet və ya Remdesivir 100 mg inyeksiya 1600 mg x 2 dəfə başlanğıc, 600 mg x 2 dəfə dəstəkləyici, 200 mg x 1 dəfə başlanğıc, 100 mg x 1 dəfə dəstəkləyici - 5-10 gün aparılmalıdır.
Ağır pnevmoniyalı şübhəli/təsdiq olunmuş COVID-19 hallarında müalicədə isə Favipiravir1 200 mg tablet və ya Remdesivir 100 mg inyeksiya 1600 mg x 2 dəfə başlanğıc, 600 mg x 2 dəfə dəstəkləyici 200 mg x 1 dəfə başlanğıc, 100 mg x 1 dəfə dəstəkləyici 5-10 gün edilməlidir.