Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

ÜST-dən milad bayramı ilə bağlı təklif

© REUTERS / CAITLIN OCHSŞam Ağacı
Şam Ağacı - Sputnik Azərbaycan, 1920, 21.12.2021
Abunə olmaq
Qurumun Baş direktoru Tedros Qebreyesus bildirib ki, 2022-ci il pandemiyanın başa çatması ili olmalıdı, ancaq bundan ötrü bütün ölkələr səylərini artırmalıdır.
BAKI, 21 dekabr — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) insanları yersiz təmaslardan və səfərlərdən yayınaraq milad bayramını sadəcə ailə üzvləri ilə birlikdə keçirməyə çağırıb. Bu barədə Sputnik Azərbaycan "Euronews"-a istinadla məlumat yayıb.
ÜST rəhbərliyi yeni "Omikron" ştammının bütün dünyada sürətlə yayılması ilə bağlı risklər barədə xəbərdarlıq da edib.
"Bu pandemiya bizim hamımızı təngə gətirib. Hamımız dostlarımzla, yaxınlarımızla vaxt keçirmək istəyirik. Sonradan həyatımızdan məhrum olmamaq üçün hansısa tədbirləri təxirə sala bilərik. Çünki heç kim 12 aydan sonra analoji vəziyyətə qayıtmaq istəməz", – deyə ÜST-ün Baş direktoru Tedros Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, hazırda Afrikada infeksiyaların daha kəskin artması müşahidə olunur. Bu, əsasən "Omikron" virusu ilə bağlıdır. Cəmi bir ay bundan əvvəl Afrikada son 18 ayda ölüm hallarının ən aşağı səviyyədə olması qeydə alınmışdı, ötən həftə isə bu qitə bir həftə ərzində yoluxanların sayına görə dünyada dördüncü yerdə olub.
"2022-ci il pandemiyanın başa çatması ili olmalıdır. Ancaq bundan ötrü bütün ölkələr belə genişmiqyaslı fəlakətlərin qarşısını almaq və davamlı inkişaf sahəsində hədəflərə nail olmaq üçün səylərini artırmalıdır", - deyə ÜST-nin baş direktoru vurğulayıb.
Həmçinin oxuyun:
"Omikron"un bu simptomu özünü gecələr göstərir
ÜST-dən "omikron" haqda yeni məlumatlar: "delta"dan sürətli, amma zəifdir
COVID-dən sonra bu dərmanlar insulta səbəb bilər
Vaksin olunmuşlardan yoluxma ehtimalı
Xəbər lenti
0