https://sputnik.az/20211229/ozel-telekanallara-birdefelik-maliyye-yardimi-edilecek-437735615.html
Özəl telekanallara birdəfəlik maliyyə yardımı ediləcək
Özəl telekanallara birdəfəlik maliyyə yardımı ediləcək
Sputnik Azərbaycan
Sərəncama əsasən, 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Milli Televiziya və Radio Şurasına 4 milyon manat ayrılıb.
2021-12-29T23:19+0400
2021-12-29T23:19+0400
2021-12-29T23:19+0400
cəmiyyət
maliyyə
teleradio şirkəti
https://cdnn1.img.sputnik.az/img/41139/78/411397881_0:101:1920:1181_1920x0_80_0_0_095f2667ca757d7a69aabb6202367ddb.jpg
BAKI, 29 dekabr — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikasında özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Sərəncam imzalayıb.Bu barədə Sputnik Azərbaycan Prezidentin mətbuat xidmətinə istinadən xəbər verir.Sərəncama əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının "Azerspace-1" peyki ilə və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Milli Televiziya və Radio Şurasına 4 milyon manat ayrılıb.Maliyyə Nazirliyi bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.Xatırladaq ki, İl ərzində verilən qərarlara əsasən, "ArtKom.Net" MMC-yə, "Real Telecom" MMC-yə və "Fast Net Technology" MMC-yə abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı (yayım üsulu – internet) üçün müddətsiz lisenziyalar, "Beeonline" ASC və "StarTelekom" MMC-yə abonetlərinin sayı 5000-dən çox olan kabel şəbəkəsi yayımı (yayım üsulu – kabel və internet) üçün müddətsiz lisenziyalar verilib.Şuranın il ərzində verdiyi qərarlara əsasən, "Lider TV və Radio-Azərbaycan" MMC-yə ümumrespublika televiziya və radio yayımı üçün, "Kaspi Global" MMC-yə peyk yayımı üçün, "Mingəçevir" Televiziya və Radio Şirkətinə regional televiziya yayımı üçün, həmçinin "Alternativ Tele-Radio" MMC-yə regional televiziya yayımı üçün verilmiş lisenziyalar ləğv edilib.Bundan başqa, Şuranın qərarlarına əsasən, "Digicom" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "Mobil Yayım Sistemləri" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "MNS Services" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "Pluton Satellite" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "Caspel" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "Avir TV" Məhdud Məsuliyyətli Cəmiyyətinə kabel şəbəkəsi yayımı üçün verilmiş lisenziyalara xitam verilib.Həmçinin oxuyun:Şuşa Radio-Televiziya Yayım Stansiyasının təməli qoyulduAzərbaycanda bir neçə kabel şəbəkə yayımçısının lisenziyası ləğv olunubAzərbaycan televiziya və radio yayım məkanının bir ili
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41139/78/411397881_106:0:1814:1281_1920x0_80_0_0_d8a33cd1a27153d419589e206f066efc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
özəl telekanallara birdəfəlik maliyyə yardımı ediləcək
özəl telekanallara birdəfəlik maliyyə yardımı ediləcək
Özəl telekanallara birdəfəlik maliyyə yardımı ediləcək
Dövlət başçısı özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Sərəncam imzalayıb.
BAKI, 29 dekabr — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikasında özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Sərəncam imzalayıb.
Bu barədə
Sputnik Azərbaycan Prezidentin mətbuat xidmətinə istinadən xəbər verir.
Sərəncama əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının "Azerspace-1" peyki ilə və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Milli Televiziya və Radio Şurasına 4 milyon manat ayrılıb.
Maliyyə Nazirliyi bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
Xatırladaq ki, İl ərzində verilən qərarlara əsasən, "ArtKom.Net" MMC-yə, "Real Telecom" MMC-yə və "Fast Net Technology" MMC-yə abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı (yayım üsulu – internet) üçün müddətsiz lisenziyalar, "Beeonline" ASC və "StarTelekom" MMC-yə abonetlərinin sayı 5000-dən çox olan kabel şəbəkəsi yayımı (yayım üsulu – kabel və internet) üçün müddətsiz lisenziyalar verilib.
Şuranın il ərzində verdiyi qərarlara əsasən, "Lider TV və Radio-Azərbaycan" MMC-yə ümumrespublika televiziya və radio yayımı üçün, "Kaspi Global" MMC-yə peyk yayımı üçün, "Mingəçevir" Televiziya və Radio Şirkətinə regional televiziya yayımı üçün, həmçinin "Alternativ Tele-Radio" MMC-yə regional televiziya yayımı üçün verilmiş lisenziyalar ləğv edilib.
Bundan başqa, Şuranın qərarlarına əsasən, "Digicom" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "Mobil Yayım Sistemləri" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "MNS Services" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "Pluton Satellite" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "Caspel" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "Avir TV" Məhdud Məsuliyyətli Cəmiyyətinə kabel şəbəkəsi yayımı üçün verilmiş lisenziyalara xitam verilib.