https://sputnik.az/20211112/azerbaycanda-bir-nece-kabel-sebeke-yayimcisinin-lisenziyasi-legv-olunub-435132809.html
Azərbaycanda bir neçə kabel şəbəkə yayımçısının lisenziyası ləğv olunub
Azərbaycanda bir neçə kabel şəbəkə yayımçısının lisenziyası ləğv olunub
Sputnik Azərbaycan
BAKI, 12 noyabr — Sputnik. "Digicom" MMC, "Mobil Yayım Sistemləri" MMC, "Pluton Satellite" MMC, "Caspel" MMC, "Avir TV" MMC və "MNS Service" MMC-yə verilmiş... 12.11.2021, Sputnik Azərbaycan
2021-11-12T17:17+0400
2021-11-12T17:17+0400
2021-11-12T17:17+0400
tv
cəmiyyət
lisenziya
https://cdnn1.img.sputnik.az/img/41497/99/414979950_0:0:1920:1080_1920x0_80_0_0_f9b44adc79bd60cbab62e383d959a42d.jpg
BAKI, 12 noyabr — Sputnik. "Digicom" MMC, "Mobil Yayım Sistemləri" MMC, "Pluton Satellite" MMC, "Caspel" MMC, "Avir TV" MMC və "MNS Service" MMC-yə verilmiş lisenziyalara xitam verilib.Sputnik Azərbaycan Trend-ə istinadən xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasının iclasında qərar verilib.Bu gün keçirilən iclasda bir sıra məsələlər müzakirə olunub və qərarlar qəbul edilib."Antenn Müstəqil Teleradio Kompaniyası"nın müraciəti əsasında "Radio Antenn"in proqramlarının Bakı şəhəri və Abşeron yarımadasındakı yayım tezliyinin dəyişdirilməsi məsələsinə baxılmışdır. Şuranın texniki nəzarət şöbəsinin, Dövlət Radiotezliklər İdarəsinin və "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinin ("Teleradio") apardığı birgə monitorinqlərin nəticəsində "Radio Antenn"in Bakı şəhəri və Abşeron yarımadası ərazisində yayım tezliyinin 22 noyabr 2021-ci il tarixdən etibarən 101.0 MHs-dən 101.1 MHs-ə dəyişdirilməsi məqsədəmüvafiq hesab olunub və bu barədə Şura üzvləri tərəfindən qərar qəbul olunub.İclas zamanı "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinin ("Teleradio") ölkə üzrə açıq televiziya paketinin (sosial paketin) Lənkəran Radio Televiziya Yayım Stansiyasından 53-cü TV yayım kanalında həyata keçirilən yayımın 37-ci TV yayım kanalına keçirilməsi ilə bağlı müraciətinə baxılıb və bununla bağlı qərar qəbul olunub.İclasda, həmçinin, kabel şəbəkə yayımçısı lisenziyasının alınması üçün müraciətlərə baxılıb. Şuranın müvafiq qərarları ilə "Azəri Global Servis" QSC-nə abonent sayı 5000-dən çox olan kabel şəbəkə yayımçısı (yayım üsulu efir-kabel olmaqla) lisenziyası, "Sevenline" MMC və "İTTNET" MMC-yə isə abonent sayı 5000-dək olan kabel şəbəkə yayımçısı (yayım üsulu internet olmaqla) lisenziyaları verilib.Şura iclasında kabel (İPTV) operatorlarının fəaliyyəti, onların retranslyasiya etdikləri televiziya kanallarının lisenziyalı yayımının təşkil olunması məsələsi də geniş müzakirə olunub. Bildirilib ki, Şuranın son bir ildə həyata keçirdiyi görüşlər, rəsmi yazışmalar nəticəsində əksəriyyət kabel (İPTV) operatorlarının retranslyasiya etdikləri kanallarla (və ya onların rəsmi agentləri ilə) bağladıqları müqavilələrin surətlərinin Şuraya təqdim olunması təmin olunub. Bəzi operatorlara qanunvericiliyin bu tələbinə əməl etmədiklərinə görə son xəbərdarlıq edilib. "Şam" MMC (Smart TV Plus) barəsində isə inzibati protokol tərtib edilib və müvafiq rayon məhkəməsinə göndərilib.İclasda bir sıra operatorların ümumiyyətlə yayım həyata keçirmədikləri müzakirə olunub və "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasını Qanununun 23.2.7-ci maddəsinə əsasən həmin kabel şəbəkə yayımçılarına ("Digicom" MMC, "Mobil Yayım Sistemləri" MMC, "Pluton Satellite" MMC, "Caspel" MMC, "Avir TV" MMC, "MNS Service" MMC) verilmiş lisenziyaların qüvvəsinə xitam verilməsi barədə qərar qəbul olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41497/99/414979950_145:0:1852:1280_1920x0_80_0_0_769b6e6d64a6f0a9b176cc5507fde143.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tv, lisenziya
BAKI, 12 noyabr — Sputnik. "Digicom" MMC, "Mobil Yayım Sistemləri" MMC, "Pluton Satellite" MMC, "Caspel" MMC, "Avir TV" MMC və "MNS Service" MMC-yə verilmiş lisenziyalara xitam verilib.
Sputnik Azərbaycan Trend-ə istinadən xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasının iclasında qərar verilib.
Bu gün keçirilən iclasda bir sıra məsələlər müzakirə olunub və qərarlar qəbul edilib.
"Antenn Müstəqil Teleradio Kompaniyası"nın müraciəti əsasında "Radio Antenn"in proqramlarının Bakı şəhəri və Abşeron yarımadasındakı yayım tezliyinin dəyişdirilməsi məsələsinə baxılmışdır. Şuranın texniki nəzarət şöbəsinin, Dövlət Radiotezliklər İdarəsinin və "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinin ("Teleradio") apardığı birgə monitorinqlərin nəticəsində "Radio Antenn"in Bakı şəhəri və Abşeron yarımadası ərazisində yayım tezliyinin 22 noyabr 2021-ci il tarixdən etibarən 101.0 MHs-dən 101.1 MHs-ə dəyişdirilməsi məqsədəmüvafiq hesab olunub və bu barədə Şura üzvləri tərəfindən qərar qəbul olunub.
İclas zamanı "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinin ("Teleradio") ölkə üzrə açıq televiziya paketinin (sosial paketin) Lənkəran Radio Televiziya Yayım Stansiyasından 53-cü TV yayım kanalında həyata keçirilən yayımın 37-ci TV yayım kanalına keçirilməsi ilə bağlı müraciətinə baxılıb və bununla bağlı qərar qəbul olunub.
İclasda, həmçinin, kabel şəbəkə yayımçısı lisenziyasının alınması üçün müraciətlərə baxılıb. Şuranın müvafiq qərarları ilə "Azəri Global Servis" QSC-nə abonent sayı 5000-dən çox olan kabel şəbəkə yayımçısı (yayım üsulu efir-kabel olmaqla) lisenziyası, "Sevenline" MMC və "İTTNET" MMC-yə isə abonent sayı 5000-dək olan kabel şəbəkə yayımçısı (yayım üsulu internet olmaqla) lisenziyaları verilib.
Şura iclasında kabel (İPTV) operatorlarının fəaliyyəti, onların retranslyasiya etdikləri televiziya kanallarının lisenziyalı yayımının təşkil olunması məsələsi də geniş müzakirə olunub. Bildirilib ki, Şuranın son bir ildə həyata keçirdiyi görüşlər, rəsmi yazışmalar nəticəsində əksəriyyət kabel (İPTV) operatorlarının retranslyasiya etdikləri kanallarla (və ya onların rəsmi agentləri ilə) bağladıqları müqavilələrin surətlərinin Şuraya təqdim olunması təmin olunub. Bəzi operatorlara qanunvericiliyin bu tələbinə əməl etmədiklərinə görə son xəbərdarlıq edilib. "Şam" MMC (Smart TV Plus) barəsində isə inzibati protokol tərtib edilib və müvafiq rayon məhkəməsinə göndərilib.
İclasda bir sıra operatorların ümumiyyətlə yayım həyata keçirmədikləri müzakirə olunub və "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasını Qanununun 23.2.7-ci maddəsinə əsasən həmin kabel şəbəkə yayımçılarına ("Digicom" MMC, "Mobil Yayım Sistemləri" MMC, "Pluton Satellite" MMC, "Caspel" MMC, "Avir TV" MMC, "MNS Service" MMC) verilmiş lisenziyaların qüvvəsinə xitam verilməsi barədə qərar qəbul olunub.