QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Minadan təmizlənmiş ərazilər meşə fonduna salınacaq

© Sputnik / Rahim MuradovMeşə, arxiv şəkli
Meşə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.12.2021
Abunə olmaq
Minalardan təmizlənmiş ərazilərdə 1000 hektara yaxın yerdə meşə zolaqlarının salınması, meşə bərpa işləri planlaşdırılıb.
BAKI, 30 dekabr — Sputnik. İşğaldan azad edilmiş Cəbrayıl rayonunda 2022-2026-cı illərdə 30 min hektara yaxın minalardan təmizlənmiş ərazinin meşə fonduna salınması nəzərdə tutulur. Sputnik Azərbaycan xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 10 hektar ərazidə Türkiyə ilə birgə qardaşlıq meşəsi salınacaq:
"Tək Zəngilan, Cəbrayılda deyil, bütövlükdə regionu əhatə edən işlər gündəlikdədir".
© Sputnik / Irade JELILFirdovsi Əliyev
Firdovsi Əliyev - Sputnik Azərbaycan, 1920, 29.12.2021
Firdovsi Əliyev
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov isə bildirib ki, minalardan təmizlənmiş ərazilərdə 1000 hektara yaxın yerdə meşə zolaqlarının salınması, meşə bərpa işləri planlaşdırılıb. Bu ildən həmin işlərə başlanılıb.
Həmçinin oxuyun:
Topxana meşəsi bərpa edilir
Ağıllı kənd və Azərbaycan: Bu bölgədə əkin sahələri xəritələşdirildi
Cəbrayılda vətəndaşlardan müxtəlif qanunsuz silah-sursat götürülüb
Xocavənddə ermənilərin atıb qaçdıqları xeyli sayda silah-sursat aşkarlanıb
Xəbər lenti
0