https://sputnik.az/20210825/Tayevin-heyklinin-quradrlmas-txir-salnb-427771012.html
Tağıyevin heykəlinin quraşdırılması təxirə salınıb
Tağıyevin heykəlinin quraşdırılması təxirə salınıb
Sputnik Azərbaycan
Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti Z.Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi keçirib... 25.08.2021, Sputnik Azərbaycan
2021-08-25T13:14+0400
2021-08-25T13:14+0400
2021-11-17T00:02+0400
xəbərlər
cəmiyyət
mədəniyyət
hacı zeynalabdin tağıyev
heykəl
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42280/78/422807821_0:148:1081:756_1920x0_80_0_0_0bc2a32ba54b2709849c31827083f7fb.jpg
BAKI, 25 avqust — Sputnik. Hacı Zeynalabdin Tağıyevin heykəlinin quraşdırlması təxirə salınıb. Bu barədə Sputnik Azərbaycan-a heykəlin müəllifi, Xalq rəssamı, heykəltaraş Xanlar Əhmədov məlumat verib.Onun sözlərinə görə, heykəlin yerləşdirilməsinin tarixi hələlik məlum deyil:Qeyd edək ki, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti Z.Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi keçirib. Tanınmışlarla yanaşı, gənc rəssam-heykəltəraşlar və əcnəbi müəlliflərin də qatıldığı müsabiqəyə təqdim olunan 26 əsərdən Xanlar Əhmədovun işi qalib olub.Xatırladaq ki, Hacı Zeynalabdin Tağıyevin heykəli "İçərişəhər" metrostansiyasının qarşısında ucaldılacaq.Məlumat üçün bildirək ki, əsasən dəzgah və monumental heykəltəraşlıq sahəsində işləyən Xanlar Əhmədov bir sıra məşhur monumental layihələrin müəllifidir. Xanlar Əhmədov Xocalı faciəsini əks etdirən silsilə əsərlərini yaradıb. Bu cür heykəltəraşlıq və qrafika əsərləri sırasında "Nalə", "Ana körpəsi ilə", "Yanmış qadın", "Ata fəryadı", "Fikir", "Ana", "Tomris ana", "Soyunan", "Leyli və Məcnun", "Əzmkarlıq" əsərlərini misal çəkmək olar. Azadlıq prospekti metrostansiyasında böyük həcmli relyef əsərlərinin müəllifidir. Həmçinin, metronun foyesində Azərbaycan tarixi abidələrini əks etdirən əsərləri yaradıb.Xanlar Əhmədov 1975-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvü olub. O, 1982-ci ildə VDNX-nın bürünc medalı, 1995 və 1998-ci ildə Heykəltəraşlıq nominasiyasında Milli "Humay" mükafatı alıb. Onun əsərləri Fransa, Almaniya, İran, Polşa, Rusiya, Ukrayna, Özbəkistan və digər ölkələrdə nümayiş etdirilib. Bir sıra əsərləri müxtəlif muzey və şəxsi kolleksiyalarda saxlanılır.Hacı Zeynalabdin TağıyevHacı Zeynalabdin Tağıyev (25 yanvar 1823, Bakı – 1 sentyabr 1924, Bakı) — Azərbaycanlı milyonçu, mesenat, Rusiya İmperiyasının Həqiqi Dövlət Müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin (Tağıyevin qızlar məktəbi) yaradıcısı, II və III dərəcəli Müqəddəs Stanislav ordenləri ilə təltif olunub.Həmçinin oxuyun:Azərbaycan qadınlarının mərdlik simvolu: heykəl tamamlanır, məkanı bəlli deyil - FOTO
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42280/78/422807821_0:47:1081:857_1920x0_80_0_0_ef289bf1e9ca78a3a27e58458f95ad47.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, hacı zeynalabdin tağıyev, heykəl, azərbaycan
xəbərlər, hacı zeynalabdin tağıyev, heykəl, azərbaycan
Tağıyevin heykəlinin quraşdırılması təxirə salınıb
13:14 25.08.2021 (Yenilənib: 00:02 17.11.2021) Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti Z.Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi keçirib. Əcnəbi müəlliflərin də qatıldığı müsabiqəyə təqdim olunan 26 əsərdən Xanlar Əhmədovun işi qalib olub.
BAKI, 25 avqust — Sputnik. Hacı Zeynalabdin Tağıyevin heykəlinin quraşdırlması təxirə salınıb. Bu barədə
Sputnik Azərbaycan-a heykəlin müəllifi, Xalq rəssamı, heykəltaraş
Xanlar Əhmədov məlumat verib.
Onun sözlərinə görə, heykəlin yerləşdirilməsinin tarixi hələlik məlum deyil:
"Mənə məlumat vermişdilər ki, heykəl bu gün quraşdırılmalı idi. Amma hansı səbəbə görə təxirə düşməsi bəlli deyil. Çox güman ki, heykəlin yerinin betonlaşma işi hələ bitməyib".
Qeyd edək ki, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti Z.Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi keçirib. Tanınmışlarla yanaşı, gənc rəssam-heykəltəraşlar və əcnəbi müəlliflərin də qatıldığı müsabiqəyə təqdim olunan 26 əsərdən Xanlar Əhmədovun işi qalib olub.
Xatırladaq ki, Hacı Zeynalabdin Tağıyevin heykəli "İçərişəhər" metrostansiyasının qarşısında ucaldılacaq.
Məlumat üçün bildirək ki, əsasən dəzgah və monumental heykəltəraşlıq sahəsində işləyən Xanlar Əhmədov bir sıra məşhur monumental layihələrin müəllifidir. Xanlar Əhmədov Xocalı faciəsini əks etdirən silsilə əsərlərini yaradıb. Bu cür heykəltəraşlıq və qrafika əsərləri sırasında "Nalə", "Ana körpəsi ilə", "Yanmış qadın", "Ata fəryadı", "Fikir", "Ana", "Tomris ana", "Soyunan", "Leyli və Məcnun", "Əzmkarlıq" əsərlərini misal çəkmək olar. Azadlıq prospekti metrostansiyasında böyük həcmli relyef əsərlərinin müəllifidir. Həmçinin, metronun foyesində Azərbaycan tarixi abidələrini əks etdirən əsərləri yaradıb.
Xanlar Əhmədov 1975-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvü olub. O, 1982-ci ildə VDNX-nın bürünc medalı, 1995 və 1998-ci ildə Heykəltəraşlıq nominasiyasında Milli "Humay" mükafatı alıb. Onun əsərləri Fransa, Almaniya, İran, Polşa, Rusiya, Ukrayna, Özbəkistan və digər ölkələrdə nümayiş etdirilib. Bir sıra əsərləri müxtəlif muzey və şəxsi kolleksiyalarda saxlanılır.
Hacı Zeynalabdin Tağıyev (25 yanvar 1823, Bakı – 1 sentyabr 1924, Bakı) — Azərbaycanlı milyonçu, mesenat, Rusiya İmperiyasının Həqiqi Dövlət Müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin (Tağıyevin qızlar məktəbi) yaradıcısı, II və III dərəcəli Müqəddəs Stanislav ordenləri ilə təltif olunub.