https://sputnik.az/20211227/qumar-oyunlarina-gore-hansi-meblegde-cerime-edecekler---detallar-437631973.html
Qumar oyunlarına görə hansı məbləğdə cərimə edəcəklər - DETALLAR
Qumar oyunlarına görə hansı məbləğdə cərimə edəcəklər - DETALLAR
Sputnik Azərbaycan
Heç qazanılmayan pula görə əlli min manatdan məhrum olmaq mümkündür. Detallar - xəbərimizdə. 27.12.2021, Sputnik Azərbaycan
2021-12-27T15:22+0400
2021-12-27T15:22+0400
2021-12-27T15:22+0400
qumar
azərbaycan xəbərləri
manat
cərimə
mərc
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1b/437631946_0:0:3105:1747_1920x0_80_0_0_69b57e8181caeb3c1dc70eff1ecb8b0f.jpg
BAKI, 27 dekabr — Sputnik. Milli Məclisin iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliyə baxılıb.Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliyə əsasən, 401-ci maddə (Qumar oyunları) yeni redaksiyada verilir.Dəyişikliyə əsasən, qumar oyunlarının təşkilinə və ya keçirilməsinə görə inzibati xətanın törədilməsində alət olmuş predmet, habelə qumar oyunlarına qoyulmuş pul vəsaitləri və ya digər əmlak, uduş fondu, həmçinin qumar oyunu nəticəsində əldə edilmiş gəlir müsadirə edilməklə fiziki şəxslər beş min manat məbləğdə, vəzifəli şəxslər on min manat məbləğdə, hüquqi şəxslər əlli min manat məbləğdə cərimə edilirlər.Azərbaycan Respublikasının ərazisindən qumar oyunlarında iştirak üçün imkanların yaradılması, o cümlədən qumar oyunlarının oynanıldığı virtual mühitə çıxışın təmin edilməsinə görə fiziki şəxslər beş min manat məbləğdə, vəzifəli şəxslər on min manat məbləğində, hüquqi şəxslər əlli min manat məbləğdə cərimə olunacaqlar.Qumar oyunlarında iştirak üçün biletlərin (və ya biletə bərabər tutulan digər iştirak hüququnun) satışının təşkili və (və ya) satışına görə fiziki şəxslər beş min manat məbləğdə, vəzifəli şəxslər on min manat məbləğində, hüquqi şəxslər əlli min manat məbləğdə cərimə edilirlər.Qumar oyunlarında iştirak üçün mərclərin qəbul edilməsi, pul vəsaitlərinin, əşyaların və qeyri-maddi əmlak nemətlərinin qəbulu, köçürülməsi, ödənilməsi, uduşların, mükafatların və ya digər gəlirin verilməsi, bunların təşkili və bunlarla əlaqədar xidmətlərin göstərilməsinə görə fiziki şəxslər beş min manat məbləğdə, vəzifəli şəxslər on min manat məbləğdə, hüquqi şəxslər əlli min manat məbləğdə cərimə olunurlar.Qumar oyunlarının təşkili, keçirilməsi, iştirak üçün biletlərin (və ya biletə bərabər tutulan digər iştirak hüququnun) satışı, qumar oyunlarında iştirakla bağlı müştərinin ödəniş tapşırıqlarının və ya bank hesabı üzrə digər əməliyyatlarının bank əməliyyatları aparan şəxslər tərəfindən icrasına (aparılmasına) görə fiziki şəxslər beş min manat məbləğdə, vəzifəli şəxslər on min manat məbləğdə, hüquqi şəxslər əlli min manat məbləğdə cərimə edilir.Layihə üçüncü oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.Eləcə də oxuyun:* Qanun qumarı qadağan etmir, amma qumar oynayanlara yüksək cərimə nəzərdə tutur* Milli Məclisdə Qarabağ, Zəngəzur və Nargində kazinoların yaradılması təklif edildi* Artıq virtual lotereya da oynaya biləcəyik - Gəlhagəldir
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1b/437631946_0:0:2477:1858_1920x0_80_0_0_10e2008a7bea4678d8ec008878baddcd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
qumar, manat, cərimə, mərc, azərbaycan
qumar, manat, cərimə, mərc, azərbaycan
Qumar oyunlarına görə hansı məbləğdə cərimə edəcəklər - DETALLAR
Heç qazanılmayan pula görə əlli min manatdan məhrum olmaq mümkündür. Detallar - xəbərimizdə.
BAKI, 27 dekabr — Sputnik. Milli Məclisin iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliyə baxılıb.
Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliyə əsasən, 401-ci maddə (Qumar oyunları) yeni redaksiyada verilir.
Dəyişikliyə əsasən, qumar oyunlarının təşkilinə və ya keçirilməsinə görə inzibati xətanın törədilməsində alət olmuş predmet, habelə qumar oyunlarına qoyulmuş pul vəsaitləri və ya digər əmlak, uduş fondu, həmçinin qumar oyunu nəticəsində əldə edilmiş gəlir müsadirə edilməklə fiziki şəxslər beş min manat məbləğdə, vəzifəli şəxslər on min manat məbləğdə, hüquqi şəxslər əlli min manat məbləğdə cərimə edilirlər.
Azərbaycan Respublikasının ərazisindən qumar oyunlarında iştirak üçün imkanların yaradılması, o cümlədən qumar oyunlarının oynanıldığı virtual mühitə çıxışın təmin edilməsinə görə fiziki şəxslər beş min manat məbləğdə, vəzifəli şəxslər on min manat məbləğində, hüquqi şəxslər əlli min manat məbləğdə cərimə olunacaqlar.
Qumar oyunlarında iştirak üçün biletlərin (və ya biletə bərabər tutulan digər iştirak hüququnun) satışının təşkili və (və ya) satışına görə fiziki şəxslər beş min manat məbləğdə, vəzifəli şəxslər on min manat məbləğində, hüquqi şəxslər əlli min manat məbləğdə cərimə edilirlər.
Qumar oyunlarında iştirak üçün mərclərin qəbul edilməsi, pul vəsaitlərinin, əşyaların və qeyri-maddi əmlak nemətlərinin qəbulu, köçürülməsi, ödənilməsi, uduşların, mükafatların və ya digər gəlirin verilməsi, bunların təşkili və bunlarla əlaqədar xidmətlərin göstərilməsinə görə fiziki şəxslər beş min manat məbləğdə, vəzifəli şəxslər on min manat məbləğdə, hüquqi şəxslər əlli min manat məbləğdə cərimə olunurlar.
Qumar oyunlarının təşkili, keçirilməsi, iştirak üçün biletlərin (və ya biletə bərabər tutulan digər iştirak hüququnun) satışı, qumar oyunlarında iştirakla bağlı müştərinin ödəniş tapşırıqlarının və ya bank hesabı üzrə digər əməliyyatlarının bank əməliyyatları aparan şəxslər tərəfindən icrasına (aparılmasına) görə fiziki şəxslər beş min manat məbləğdə, vəzifəli şəxslər on min manat məbləğdə, hüquqi şəxslər əlli min manat məbləğdə cərimə edilir.
Layihə üçüncü oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.