https://sputnik.az/20211220/milli-meclisde-qarabag-zengezur-ve-narginde-kazinolarin-yaradilmasi-teklif-edildi--437406938.html
Milli Məclisdə Qarabağ, Zəngəzur və Nargində kazinoların yaradılması təklif edildi
Milli Məclisdə Qarabağ, Zəngəzur və Nargində kazinoların yaradılması təklif edildi
Sputnik Azərbaycan
BAXCP sədri olan deputat Ümummilli liderin qumarxana-kazino biznesi ilə bağlı sərəncamının ləğvini təklif edib.
2021-12-20T14:47+0400
2021-12-20T14:47+0400
2021-12-20T15:10+0400
kazino
azərbaycan xəbərləri
rusiya
heydər əliyev ili
qüdrət həsənquliyev
millət vəkili qüdrət həsənquliyev
turist
turizm
deputat
icazə
https://cdnn1.img.sputnik.az/img/42220/77/422207773_0:275:3025:1977_1920x0_80_0_0_dd78e370dcde12448f6102ad3ab5c7d3.jpg
BAKI, 20 dekabr — Sputnik. Azərbaycanın coğrafi mövqeyi imkan verir ki, əyləncə turizmi anlayışı da bu qanun layihəsinə daxil edilsin.Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Turizm haqqında" yeni hazırlanan qanun layihəsinin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.Deputat təklif edib ki, kazinoların Azərbaycanda açılmasına icazə verilsin: Deputat bildirib ki, bu qiymətlərlə nə xaricilər Azərbaycana gələcək, nə də daxili turizm inkişaf edəcək: "İnsanlar evində oturub bozbaş yeməyə üstünlük verəcək. Burada əsas məsələ qiymətlərin aşağı salınması ilə bağlı olmalıdır".Milli Məclisdə "Turizm haqqında" yeni qanun layihəsi müzakirə edilir. Bu qanun Azərbaycanda turizmin dayanıqlı inkişafını təmin etmək məqsədilə turizm sahəsində dövlət idarəetməsinin əsaslarını, turizm sənayesinin tənzimlənmə mexanizmlərini, turizm ehtiyatlarından səmərəli istifadə qaydalarını və turizm sahəsinin maliyyələşdirilmə mənbələrini müəyyən edir. Turoperator və turagentlər turistlərin getdiyi ölkənin (yerin) qanunvericiliyi ilə tələb edildiyi halda, habelə gəlmə turizm sahəsində formalaşdırdıqları turizm zərfləri çərçivəsində turistlərin səfər sığortası ilə təmin edilmələri üçün zəruri tədbirlər görməlidirlər. Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.Qeyd edək ki, Azərbaycanda qumarxana-kazino biznesi 1998-ci ildən rəsmi şəkildə qadağan olunub. Bu barədə mərhum prezident Heydər Əliyev 1998-ci ili yanvarın 27-də Sərəncam imzalayıb.Həmçinin oxuyun:Evdə qumar oynayıb, karantin qaydalarını pozdularAzərbaycanda qumar oyunları: Cəriməsi həzzindən betər
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42220/77/422207773_294:0:3025:2048_1920x0_80_0_0_96b6f00b412695f75601cb388f07adb5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
deputat heydər əliyevin kazino qadağasının ləğvini istəyir
deputat heydər əliyevin kazino qadağasının ləğvini istəyir
Milli Məclisdə Qarabağ, Zəngəzur və Nargində kazinoların yaradılması təklif edildi
14:47 20.12.2021 (Yenilənib: 15:10 20.12.2021) Deputat Azərbaycanın Qarabağda, Zəngəzur və Nargində kazinoların açılmasına icazə verib bununla turist cəlb edə biləcəyini deyib.
BAKI, 20 dekabr — Sputnik. Azərbaycanın coğrafi mövqeyi imkan verir ki, əyləncə turizmi anlayışı da bu qanun layihəsinə daxil edilsin.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Turizm haqqında" yeni hazırlanan qanun layihəsinin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
Deputat təklif edib ki, kazinoların Azərbaycanda açılmasına icazə verilsin:
"Rusiyada bu, müəyyən əraziləri əhatə edir. Azərbaycanda da belə edə bilərik. Məsələn, Qarabağda, Zəngəzurda kazinoların açılmasına icazə verə, bununla da turist cəlb edə bilərik. Digər tərəfdən, Nargin adasında buna icazə verə bilərik. Turist axınını cəlb etmək üçün xidmət sahəsində fəaliyyətlər təkmilləşdirilməlidir".
Deputat bildirib ki, bu qiymətlərlə nə xaricilər Azərbaycana gələcək, nə də daxili turizm inkişaf edəcək: "İnsanlar evində oturub bozbaş yeməyə üstünlük verəcək. Burada əsas məsələ qiymətlərin aşağı salınması ilə bağlı olmalıdır".
Milli Məclisdə "Turizm haqqında" yeni qanun layihəsi müzakirə edilir. Bu qanun Azərbaycanda turizmin dayanıqlı inkişafını təmin etmək məqsədilə turizm sahəsində dövlət idarəetməsinin əsaslarını, turizm sənayesinin tənzimlənmə mexanizmlərini, turizm ehtiyatlarından səmərəli istifadə qaydalarını və turizm sahəsinin maliyyələşdirilmə mənbələrini müəyyən edir.
Turoperator və turagentlər turistlərin getdiyi ölkənin (yerin) qanunvericiliyi ilə tələb edildiyi halda, habelə gəlmə turizm sahəsində formalaşdırdıqları turizm zərfləri çərçivəsində turistlərin səfər sığortası ilə təmin edilmələri üçün zəruri tədbirlər görməlidirlər. Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
Qeyd edək ki, Azərbaycanda qumarxana-kazino biznesi 1998-ci ildən rəsmi şəkildə qadağan olunub. Bu barədə mərhum prezident Heydər Əliyev 1998-ci ili yanvarın 27-də Sərəncam imzalayıb.