https://sputnik.az/20211226/qanun-qumari-qadagan-etmir-amma-qumar-oynayanlara-yuksek-cerime-nezerde-tutur-437613006.html
Qanun qumarı qadağan etmir, amma qumar oynayanlara yüksək cərimə nəzərdə tutur
Qanun qumarı qadağan etmir, amma qumar oynayanlara yüksək cərimə nəzərdə tutur
Sputnik Azərbaycan
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinə əsasən qumar oynamağa görə cərimələr artırılır. 26.12.2021, Sputnik Azərbaycan
2021-12-26T21:24+0400
2021-12-26T21:24+0400
2021-12-26T21:55+0400
cəmiyyət
milli məclis
inzibati xətalar məcəlləsi
qumar
https://cdnn1.img.sputnik.az/img/42220/77/422207773_0:275:3025:1977_1920x0_80_0_0_dd78e370dcde12448f6102ad3ab5c7d3.jpg
BAKI, 26 dekabr - Sputnik. Azərbaycanda qumar oyununda iştirak etməyə, yəni qumar oynamağa görə cərimələr artırılır.Bu məsələ sabah Milli Məclisdə üçüncü oxunuşda müzakirəyə çıxarılacaq “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.Hazırda qüvvədə olan qanuna görə, qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak müsadirə edilməklə 400 manatdan 600 manatadək məbləğdə cərimə tətbiq olunur.Layihəyə əsasən, artıq qumar oynamağa görə oyun ləvazimatı, həmçinin qumar oyunu nəticəsində mərc qismində verilmiş (ödənilmiş) pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə 5 min manat məbləğində cərimə tətbiq olunacaq.Qanunsuz stimullaşdırıcı lotereyaların reklama görə cərimə olacaqKeçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına görə cərimə müəyyənləşir.“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinə əsasən, keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına görə fiziki şəxslər 5 min manat, vəzifəli şəxslər 10 min manat, hüquqi şəxslər 50 min manat məbləğdə cərimə ediləcək.Deputat kazinoların açılmasını təklif edirDekabrın 20-də Milli Məclisdə "Turizm haqqında" yeni hazırlanan qanun layihəsinin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib ki, Azərbaycanın coğrafi mövqeyi əyləncə turizmi anlayışının bu qanun layihəsinə daxil edilməsinə imkan verir.Deputat təklif edib ki, kazinoların Azərbaycanda açılmasına icazə verilsin:"Rusiyada bu, müəyyən əraziləri əhatə edir. Azərbaycanda da belə edə bilərik. Məsələn, Qarabağda, Zəngəzurda kazinoların açılmasına icazə verə, bununla da turist cəlb edə bilərik. Digər tərəfdən, Nargin adasında buna icazə verə bilərik. Turist axınını cəlb etmək üçün xidmət sahəsində fəaliyyətlər təkmilləşdirilməlidir".Deputat bildirib ki, bu qiymətlərlə nə xaricilər Azərbaycana gələcək, nə də daxili turizm inkişaf edəcək: "İnsanlar evində oturub bozbaş yeməyə üstünlük verəcək. Burada əsas məsələ qiymətlərin aşağı salınması ilə bağlı olmalıdır".Qeyd edək ki, Azərbaycanda qumarxana-kazino biznesi 1998-ci ildən rəsmi şəkildə qadağan olunub. Bu barədə mərhum prezident Heydər Əliyev 1998-ci ili yanvarın 27-də Sərəncam imzalayıb.Eləcə də oxuyun:* Mərc oyunları və lotereyalarla bağlı qərar* Milli Məclisdə Qarabağ, Zəngəzur və Nargində kazinoların yaradılması təklif edildi* Artıq virtual lotereya da oynaya biləcəyik - Gəlhagəldir* Azərbaycanda qumar oyunları: Cəriməsi həzzindən betər
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42220/77/422207773_294:0:3025:2048_1920x0_80_0_0_96b6f00b412695f75601cb388f07adb5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
milli məclis, inzibati xətalar məcəlləsi, qumar
milli məclis, inzibati xətalar məcəlləsi, qumar
Qanun qumarı qadağan etmir, amma qumar oynayanlara yüksək cərimə nəzərdə tutur
21:24 26.12.2021 (Yenilənib: 21:55 26.12.2021) “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinə əsasən qumar oynamağa görə cərimələr artırılır.
BAKI, 26 dekabr - Sputnik. Azərbaycanda qumar oyununda iştirak etməyə, yəni qumar oynamağa görə cərimələr artırılır.
Bu məsələ sabah Milli Məclisdə üçüncü oxunuşda müzakirəyə çıxarılacaq “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.
Hazırda qüvvədə olan qanuna görə, qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak müsadirə edilməklə 400 manatdan 600 manatadək məbləğdə cərimə tətbiq olunur.
Layihəyə əsasən, artıq qumar oynamağa görə oyun ləvazimatı, həmçinin qumar oyunu nəticəsində mərc qismində verilmiş (ödənilmiş) pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə 5 min manat məbləğində cərimə tətbiq olunacaq.
Qanunsuz stimullaşdırıcı lotereyaların reklama görə cərimə olacaq
Keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına görə cərimə müəyyənləşir.
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinə əsasən, keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına görə fiziki şəxslər 5 min manat, vəzifəli şəxslər 10 min manat, hüquqi şəxslər 50 min manat məbləğdə cərimə ediləcək.
Deputat kazinoların açılmasını təklif edir
Dekabrın 20-də Milli Məclisdə "Turizm haqqında" yeni hazırlanan qanun layihəsinin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib ki, Azərbaycanın coğrafi mövqeyi əyləncə turizmi anlayışının bu qanun layihəsinə daxil edilməsinə imkan verir.
Deputat təklif edib ki, kazinoların Azərbaycanda açılmasına icazə verilsin:
"Rusiyada bu, müəyyən əraziləri əhatə edir. Azərbaycanda da belə edə bilərik. Məsələn, Qarabağda, Zəngəzurda kazinoların açılmasına icazə verə, bununla da turist cəlb edə bilərik. Digər tərəfdən, Nargin adasında buna icazə verə bilərik. Turist axınını cəlb etmək üçün xidmət sahəsində fəaliyyətlər təkmilləşdirilməlidir".
Deputat bildirib ki, bu qiymətlərlə nə xaricilər Azərbaycana gələcək, nə də daxili turizm inkişaf edəcək: "İnsanlar evində oturub bozbaş yeməyə üstünlük verəcək. Burada əsas məsələ qiymətlərin aşağı salınması ilə bağlı olmalıdır".
Qeyd edək ki, Azərbaycanda qumarxana-kazino biznesi 1998-ci ildən rəsmi şəkildə qadağan olunub. Bu barədə mərhum prezident Heydər Əliyev 1998-ci ili yanvarın 27-də Sərəncam imzalayıb.