https://sputnik.az/20211227/azerbaycan-ermenistana-qarsi-bir-nece-iddia-qaldiracaq-437622004.html
Azərbaycan Ermənistana qarşı bir neçə iddia qaldıracaq
Azərbaycan Ermənistana qarşı bir neçə iddia qaldıracaq
Sputnik Azərbaycan
Rəsmi Bakıdan anons – Yerevana qarşı bir neçə məsələ üzrə iddia qaldırılacaq
2021-12-27T12:20+0400
2021-12-27T12:20+0400
2021-12-27T12:20+0400
bakı
siyasət
məhkəmə
xin
yerevan
iddia
ceyhun bayramov
https://cdnn1.img.sputnik.az/img/07e5/01/0f/425973488_0:322:3069:2048_1920x0_80_0_0_47fcc47f83d7c6951e32cc5c6773b762.jpg
BAKI, 27 dekabr — Sputnik. Yaxın zamanlarda bir neçə konvensiya üzrə, ilkin olaraq ekologiya, ətraf mühitə dəymiş ziyan, Azərbaycanın enerji resurslarından qanunsuz istifadəyə dair Ermənistanı məsuliyyətə cəlb etmək üçün Azərbaycan beynəlxalq arbitraj məhkəmələrinə müraciət edəcək.Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2021-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.Nazir qeyd edib ki, bu, 2022-ci ildə qarşıda duran vəzifələr sırasındadır.Birləşmiş Millətlər Təşkilatının (BMT) ali məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın iddiası üzrə Ermənistana qarşı müvəqqəti təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı qərar verib.Məhkəmənin qərarına əsasən, Ermənistan dövləti azərbaycanlılara qarşı etnik zəmində zorakı çağırışlar edən qruplaşmalar və fərdi şəxslərə qarşı təcili tədbirlər görməlidir. Bunu məhkəmənin sədri Coan Donohyu deyib."Ermənistan Respublikası BMT-nin İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyası çərçivəsində götürdüyü öhdəliklərinə uyğun olaraq, öz ərazisində təşkilatlar və özəl şəxslər tərəfindən də daxil olmaqla azərbaycanlı milli mənsubiyyəti olan şəxslərə hədəflənmiş irqi ayrı-seçkiliyə təhrik və təşviqin qarşısını almalıdır", - məhkəmə sədri qeyd edib.Həmçinin məhkəmə hər iki tərəfi vəziyyətin pisləşməsinə səbəb ola biləcək istənilən addımlardan çəkinməyə çağırıb.Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı əsas iddiası və məqsədi olan "müharibə məhbuslarının dərhal geri qaytarılması", Hərbi Qənimətlər Parkının bağlanması və Azərbaycan tərəfindən guya törədilmiş müharibə cinayətlərinin araşdırılmasına dair iddiaları təmin etməyib.Ermənistan sentyabrın 16-da BMT məhkəməsinə müraciət edərək Azərbaycanın guya ermənilərə qarşı irqi ayrı-seçkilik etməsinə görə iddia qaldırmışdı. Bundan bir həftə sonra isə Azərbaycan qarşılıqlı iddia ərizəsini Haaqadakı məhkəməyə tədim etdi.Eləcə də oxuyun:* Azərbaycan Ermənistanda olan anklavların taleyini açıqladı* Rəsmi Bakıdan Ermənistana qarşı iddia üzrə BMT məhkəməsinin qərarına reaksiya* Azərbaycan Ermənistana qarşı müxtəlif beynəlxalq konvensiyalar üzrə şikayətlər verəcək
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/0f/425973488_0:0:2731:2048_1920x0_80_0_0_a0c22d61943e9472cc020f1010580364.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bakı, məhkəmə, xin, yerevan, iddia, ceyhun bayramov
bakı, məhkəmə, xin, yerevan, iddia, ceyhun bayramov
Azərbaycan Ermənistana qarşı bir neçə iddia qaldıracaq
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2022-ci ildə qarşıda duran vəzifələri açıqlayıb.
BAKI, 27 dekabr — Sputnik. Yaxın zamanlarda bir neçə konvensiya üzrə, ilkin olaraq ekologiya, ətraf mühitə dəymiş ziyan, Azərbaycanın enerji resurslarından qanunsuz istifadəyə dair Ermənistanı məsuliyyətə cəlb etmək üçün Azərbaycan beynəlxalq arbitraj məhkəmələrinə müraciət edəcək.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2021-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, bu, 2022-ci ildə qarşıda duran vəzifələr sırasındadır.
Birləşmiş Millətlər Təşkilatının (BMT) ali məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın iddiası üzrə Ermənistana qarşı müvəqqəti təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı qərar verib.
Məhkəmənin qərarına əsasən, Ermənistan dövləti azərbaycanlılara qarşı etnik zəmində zorakı çağırışlar edən qruplaşmalar və fərdi şəxslərə qarşı təcili tədbirlər görməlidir. Bunu məhkəmənin sədri Coan Donohyu deyib.
"Ermənistan Respublikası BMT-nin İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyası çərçivəsində götürdüyü öhdəliklərinə uyğun olaraq, öz ərazisində təşkilatlar və özəl şəxslər tərəfindən də daxil olmaqla azərbaycanlı milli mənsubiyyəti olan şəxslərə hədəflənmiş irqi ayrı-seçkiliyə təhrik və təşviqin qarşısını almalıdır", - məhkəmə sədri qeyd edib.
Həmçinin məhkəmə hər iki tərəfi vəziyyətin pisləşməsinə səbəb ola biləcək istənilən addımlardan çəkinməyə çağırıb.
Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı əsas iddiası və məqsədi olan "müharibə məhbuslarının dərhal geri qaytarılması", Hərbi Qənimətlər Parkının bağlanması və Azərbaycan tərəfindən guya törədilmiş müharibə cinayətlərinin araşdırılmasına dair iddiaları təmin etməyib.
Ermənistan sentyabrın 16-da BMT məhkəməsinə müraciət edərək Azərbaycanın guya ermənilərə qarşı irqi ayrı-seçkilik etməsinə görə iddia qaldırmışdı. Bundan bir həftə sonra isə Azərbaycan qarşılıqlı iddia ərizəsini Haaqadakı məhkəməyə tədim etdi.