https://sputnik.az/20211227/azerbaycan-ermenistanda-olan-anklavlarin-taleyini-aciqladi-437622752.html
Azərbaycan Ermənistanda olan anklavların taleyini açıqladı
Azərbaycan Ermənistanda olan anklavların taleyini açıqladı
Sputnik Azərbaycan
Nazir qeyd edib ki, Azərbaycan Ermənistan sərhədinin delimitasiyası məsələsinə bir anlamalıyıq ki, bu proses qısamüddətli olmayacaq. 27.12.2021, Sputnik Azərbaycan
2021-12-27T12:09+0400
2021-12-27T12:09+0400
2021-12-27T12:48+0400
siyasət
ermənistan
xin
azərbaycan
ceyhun bayramov
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/10/425735119_372:577:2913:2006_1920x0_80_0_0_eef9eece691e50bb69914ded17f126d8.jpg
BAKI, 27 dekabr — Sputnik. Anklavlar məsələsi bir reallıqdır. Bunu kimsə inkar edə bilməz. Çünki hansısa mübahisəli məqamlar, xəritələrə istinadlardan fərqli olaraq anklavlar hələ Sovet dönəmində, uzun onilliklər dönəmində mövcud olan yaşayış məntəqələridir, orada insanlar yaşayıblar. Həmin sovetlər dövründə ankalavlara dair qərarlar qəbul olunub, dövlət və şəxsi mülkiyyətə aid tikililər olub, investisiyalar yatırılıb və s. olub. Anklavlar mövzusunu və problemləri inkar etmək mümkün deyil. Sputnik Azərbaycan xəbər verir ki, bunu Xarici işlər naziri Ceyhun Bayramov bu il XİN-də keçirilən ilin yekunlarına dair mətbuat konfransında bildirib."Sadəcə bu məsələlərin mövcud dönəmdə hansısa formada həll edilməsində nəzərə almaq lazımdır ki, kommunikasiya məsələləri, oraya yolların, daxil olmanın təmin olunması da daxil olmaqla bir sıra həlli vacib olan məsələlər mövcuddur. Bunların hamısı məhz delimitasiya prosesi zamanı baş verə bilər ki, bunun üçün də Ermənistan–Azərbaycan işçi qrupunun yaradılması vacibdir", - Bayramov deyib.Nazir qeyd edib ki, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası məsələsinə gəldikdə biz anlamalıyıq ki, bu proses qısamüddətli olmayacaq: "Düşünürəm ki, realist olmalıyıq. Bu, böyük ehtimalla qısamüddətli proses olmayacaq. Burada bir sıra nüans və məsələlər var. Böyük ehtimalla, bu sahədə sistemli və davamlı işin aparılması vacibdir".O, həmçinin ümid edib ki, yaxın aylarda sərhədlərin delimitasiyası üzrə Ermənistan-Azərbaycan işçi qrup yaradılacaq.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/10/425735119_112:0:2843:2048_1920x0_80_0_0_a592b1747fd24e39fdb19f8d58829e0d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənistan, xin, azərbaycan, ceyhun bayramov
ermənistan, xin, azərbaycan, ceyhun bayramov
Azərbaycan Ermənistanda olan anklavların taleyini açıqladı
12:09 27.12.2021 (Yenilənib: 12:48 27.12.2021) Nazir qeyd edib ki, Azərbaycan Ermənistan sərhədinin delimitasiyası məsələsinə bir anlamalıyıq ki, bu proses qısamüddətli olmayacaq.
BAKI, 27 dekabr — Sputnik. Anklavlar məsələsi bir reallıqdır. Bunu kimsə inkar edə bilməz. Çünki hansısa mübahisəli məqamlar, xəritələrə istinadlardan fərqli olaraq anklavlar hələ Sovet dönəmində, uzun onilliklər dönəmində mövcud olan yaşayış məntəqələridir, orada insanlar yaşayıblar.
Həmin sovetlər dövründə ankalavlara dair qərarlar qəbul olunub, dövlət və şəxsi mülkiyyətə aid tikililər olub, investisiyalar yatırılıb və s. olub. Anklavlar mövzusunu və problemləri inkar etmək mümkün deyil.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Xarici işlər naziri Ceyhun Bayramov bu il XİN-də keçirilən ilin yekunlarına dair mətbuat konfransında bildirib.
"Sadəcə bu məsələlərin mövcud dönəmdə hansısa formada həll edilməsində nəzərə almaq lazımdır ki, kommunikasiya məsələləri, oraya yolların, daxil olmanın təmin olunması da daxil olmaqla bir sıra həlli vacib olan məsələlər mövcuddur. Bunların hamısı məhz delimitasiya prosesi zamanı baş verə bilər ki, bunun üçün də Ermənistan–Azərbaycan işçi qrupunun yaradılması vacibdir", - Bayramov deyib.
Nazir qeyd edib ki, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası məsələsinə gəldikdə biz anlamalıyıq ki, bu proses qısamüddətli olmayacaq: "Düşünürəm ki, realist olmalıyıq. Bu, böyük ehtimalla qısamüddətli proses olmayacaq. Burada bir sıra nüans və məsələlər var. Böyük ehtimalla, bu sahədə sistemli və davamlı işin aparılması vacibdir".
O, həmçinin ümid edib ki, yaxın aylarda sərhədlərin delimitasiyası üzrə Ermənistan-Azərbaycan işçi qrup yaradılacaq.