SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan Ermənistana qarşı müxtəlif beynəlxalq konvensiyalar üzrə şikayətlər verəcək

© AP Photo / Peter DejongBeynəlxalq Ədalət Məhkəməsi
Beynəlxalq Ədalət Məhkəməsi - Sputnik Azərbaycan, 1920, 08.12.2021
Abunə olmaq
Nazir müavini deyib ki, işğaldan azad edilmiş ərazilərdə enerji resurslarından Ermənistanın qanunsuz istifadə etməsi və istismar faktları toplanır və bununla bağlı iddia qaldırılmasına hazırlaşırıq.
BAKI, 8 dekabr — Sputnik. Ermənistan BMT məhkəməsinin qərarlarını icra etməsə, çox ciddi təzyiqlə üzləşəcək.
Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov ötən gün Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti tədbirlərinə dair qərarı ilə bağlı brifinqində deyib.
Nazir müavini bildirib ki, Beynəlxalq Ədalət Məhkəməsinin əsas vəzifəsi qərarlar icra edilmədikdə onu BMT təhlükəsizlik Şurasının diqqətinə çatdırmaqdır:

"Dövlətlər üzərində həmin qərarların icrası ilə bağlı çox ciddi təzyiq olur. Beynəlxalq Ədalət məhkəməsində verilən qərarlarla bağlı 3 hakimdən ibarət komitə yaradılıb. Qərarlar icra edilmədiyi təqdirdə bu məsələyə baxılacaq. Dünən biz yaydığımız bəyanatda Ermənistanı məhkəmənin qərarını dərhal yerinə yetirməyə çağırmışıq. Söhbət burada Ermənistanda uşaqların türklərə, azərbaycanlılara qarşı nifrət hissi ilə böyüdülməsidir. Bu gələcəklə bağlı məsələdir. Ona görə də bunun qarşısı alınmalıdır".

O həmçinin qeyd edib ki, Ermənistana qarşı müxtəlif beynəlxalq konvensiyalar üzrə Azərbaycan şikayətlər qaldıracaq. Hansı ki, həmin konvensiyalarda şikayətetmə prosedurları bir-birindən fərqlənəcək".
Nazir müavini bildirib ki, artıq Azərbaycan gələn il iki konkret istiqamət üzrə şikayət verəcək: "Bunlardan biri ətraf mühitə vurulmuş ziyanın miqyası ilə bağlı olacaq. Və təbii ki, mövcud bəzi konvensiyalar çərçivəsində həmin ərazilərdə ətraf mühitə vurulmuş ziyanla bağlı məsələnin qaldırması planlaşdırılır. Digər məsələ enerji resursları ilə bağlı olacaq. İşğaldan azad edilmiş ərazilərdə enerji resurslarından Ermənistanın qanunsuz istifadə etməsi və istismar faktları toplanır və bununla bağlı iddia qaldırılmasına hazırlaşırıq".
Xatırladaq ki, Azərbaycan XİN-in Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti qərarına dair məlumatında deyilir ki, Azərbaycan Məhkəmənin irqi ayrı-seçkiliyin qarşısının alınması ilə bağlı qeyd etdiyi tədbirlərə əməl edəcək. Azərbaycan Beynəlxalq Konvensiyalarla üzərinə götürdüyü öhdəliklərə sadiqdir.
Beynəlxalq Ədalət Məhkəməsinin qərarı
7 dekabr 2021-ci il tarixində Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın, o cümlədən Ermənistan ərazisində fəaliyyət göstərən və azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar tərəfindən irqi nifrətin təşviq etməsini qadağan edən müvəqqəti tədbirlərə dair Azərbaycanın vəsatətini təmin edib.
"Məhkəmə əsaslı olaraq Ermənistan tərəfinə azərbaycanlıların insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görməyi tapşırıb. Bu qərar 2021-ci il oktyabrın 14-dən 19-dək olan Məhkəmə dinləmələrindən sonra verilib. Azərbaycan, Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistana qarşı verdiyi bu qərarını alqışlayır və Ermənistanı Məhkəmənin qərarını dərhal yerinə yetirməyə çağırır", - XİN-in Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti qərarına dair məlumatında deyilir.
Vurğulanır ki, məhkəmənin Ermənistan tərəfindən tələb edilən müvəqqəti tədbirlər ilə bağlı qərarına gəldikdə, vurğulamaq istərdik ki, Ermənistan tərəfindən qaldırılan saxlanılan erməni əsilli şəxslərin dərhal azadlığa buraxılması, habelə Bakıdakı Qənimətlər Parkının dərhal bağlanmasına dair vəsatətlər Məhkəmə tərəfindən rədd edilib: "Azərbaycan beynəlxalq hüquq çərçivəsində bütün vətəndaşlarının hüquqlarını qorumağa və Ermənistanın beynəlxalq hüquq pozuntularına görə cavabdehlik daşımasını tələb etməyə davam edəcək".
Eləcə də oxuyun:
* Azərbaycanın Ermənistana qarşı şikayətinə qarşıdakı illərdə baxılacaq
* Rəsmi Bakıdan Ermənistana qarşı iddia üzrə BMT məhkəməsinin qərarına reaksiya
* Ermənistan bütün dünyaya Azərbaycandan şikayətlənir. Bakıda bu barədə nə düşünürlər
* Paşinyanın bəyanatlarını oxuyun - Azərbaycan XİN-dən erməni diplomatlara
* Azərbaycanın beynəlxalq məhkəmələrdən gözləntiləri: haqq-ədalət yerini tapacaqmı?
Xəbər lenti
0