https://sputnik.az/20211224/merc-oyunlari-ve-lotereyalarla-bagli-qerar-437565808.html
Mərc oyunları və lotereyalarla bağlı qərar
Mərc oyunları və lotereyalarla bağlı qərar
Sputnik Azərbaycan
Müzakirələrdən sonra "Reklam haqqında" qanuna dəyişikliklər ikinci oxunuşda səsverməyə qoyularaq qəbul edilib. 24.12.2021, Sputnik Azərbaycan
2021-12-24T17:48+0400
2021-12-24T17:48+0400
2021-12-24T17:48+0400
qumar
cəmiyyət
milli məclis
qanun layihəsi
qadağan
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/40998/00/409980050_0:200:1921:1280_1920x0_80_0_0_2429221bf482e092b7f7749dab7fbfa5.jpg
BAKI, 24 dekabr — Sputnik. Milli Məclisin bu gün keçirilən iclasında "Reklam haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb.Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliyə əsasən, qumar oyunlarının, belə oyunların təşkilatçısının (operatorunun) və ya satıcısının, həmçinin "Bədən tərbiyəsi və idman haqqında" və "Lotereyalar haqqında" Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunlarının və lotereyaların reklamına yol verilmir.Qeyd edək ki, qumar oyunları dedikdə lotereya təşkilatçısı tərəfindən "Lotereyalar haqqında" Azərbaycan Respublikasının qanununa uyğun olaraq keçirilən lotereyalar (o cümlədən stimullaşdırıcı lotereyalar) və idman mərc oyunları operatoru tərəfindən "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının qanununa uyğun olaraq keçirilən idman mərc oyunları istisna olmaqla, digər şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti çərçivəsində təşkil edilən və ya keçirilən qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan uduşların, mükafatların və ya digər gəlirin verilməsini nəzərdə tutan lotereya, idman mərc oyunları və digər mərc oyunları qumar oyunu hesab edilir.Müzakirələrdən sonra dəyişikliklər ikinci oxunuşda səsverməyə qoyularaq qəbul edilib.Eləcə də oxuyun:* Milli Məclisdə Qarabağ, Zəngəzur və Nargində kazinoların yaradılması təklif edildi* Artıq virtual lotereya da oynaya biləcəyik - Gəlhagəldir* Azərbaycanda qumar oyunları: Cəriməsi həzzindən betər
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40998/00/409980050_0:0:1707:1280_1920x0_80_0_0_a63c30f714fb448fffc8b36a1c615c73.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
müzakirələr reklam haqqında qanun dəyişikliklər ikinci oxunuşda səsverməyə qoyularaq qəbul edilib qumar qadağan milli məclis mərc
müzakirələr reklam haqqında qanun dəyişikliklər ikinci oxunuşda səsverməyə qoyularaq qəbul edilib qumar qadağan milli məclis mərc
Mərc oyunları və lotereyalarla bağlı qərar
Müzakirələrdən sonra "Reklam haqqında" qanuna dəyişikliklər ikinci oxunuşda səsverməyə qoyularaq qəbul edilib.
BAKI, 24 dekabr — Sputnik. Milli Məclisin bu gün keçirilən iclasında "Reklam haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb.
Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliyə əsasən, qumar oyunlarının, belə oyunların təşkilatçısının (operatorunun) və ya satıcısının, həmçinin "Bədən tərbiyəsi və idman haqqında" və "Lotereyalar haqqında" Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunlarının və lotereyaların reklamına yol verilmir.
Qeyd edək ki, qumar oyunları dedikdə lotereya təşkilatçısı tərəfindən "Lotereyalar haqqında" Azərbaycan Respublikasının qanununa uyğun olaraq keçirilən lotereyalar (o cümlədən stimullaşdırıcı lotereyalar) və idman mərc oyunları operatoru tərəfindən "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının qanununa uyğun olaraq keçirilən idman mərc oyunları istisna olmaqla, digər şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti çərçivəsində təşkil edilən və ya keçirilən qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan uduşların, mükafatların və ya digər gəlirin verilməsini nəzərdə tutan lotereya, idman mərc oyunları və digər mərc oyunları qumar oyunu hesab edilir.
Müzakirələrdən sonra dəyişikliklər ikinci oxunuşda səsverməyə qoyularaq qəbul edilib.