Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Avropa İttifaqının bir çox olkəsi Rusiyaya qarşı sanksiyalara ehtiyac olmadığını bildirib

© Sputnik / Vladimir Sergeev / Mediabanka keçidФлаги России, ЕС и Франции на набережной Ниццы.
Флаги России, ЕС и Франции на набережной Ниццы. - Sputnik Azərbaycan, 1920, 26.12.2021
Abunə olmaq
Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı müzakirələr başlasa da, bu məsələdə Avropa İttifaqına üzv olan dövlətlər arasında hələ də konsensus yoxdur.
BAKI, 26 dekabr - Sputnik. Avropa İttifaqında (Aİ) Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı müzakirələr başlayıb, lakin bu məsələdə ölkələr arasında hələ də konsensus yoxdur.
Bu barədə “The Washington Post” məlumat yayıb. Qəzetin yazdığına görə, Aİ Rusiyanı Ukraynaya hərbi müdaxilə edəcəyi təqdirdə yeni sanksiyalar tətbiq etməklə hədələyib.
Eyni zamanda, Aİ-nin xarici siyasətində qərarların qəbulu bütün üzv dövlətlərin razılığı əsasında qəbul edilir. Lakin, bir çox Avropa ölkələri sanksiyalara ehtiyac olmadığını bildiriblər.
Xatırladaq ki, Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini 31 yanvar 2022-ci il tarixinə qədər uzadıb.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu yaxınlarda bildirib ki, Avropa İttifaqının sanksiya siyasəti qanunsuzdur və qarşıya qoyulan məqsədlərə nail olmur, Moskva ona qarşı cavab tədbirləri qəbul edəcək.
Peskov qeyd edib ki, ümumilikdə, Rusiya sanksiyalara adaptasiya olub.
"Biz indi də düşünürük ki, bu, beynəlxalq hüquq baxımından qanunsuzdur. Ən əsası heç yerdə sanksiyalar onların müəlliflərinin öz məqsədlərinə çatması ilə nəticələnməyib ", - deyə Peskov bildirib.
O, həmçinin qeyd edib ki, Rusiya mövcud şəraitə mükəmməl şəkildə uyğunlaşıb:
"Bundan əlavə, Rusiya bundan səmərələr (yerli istehsalın inkişafı, idxalın əvəzlənməsi və s. baxımından) əldə edib.
Qeyd edək ki, ötən gecə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel qeyd edib ki, Aİ liderləri Brüsseldə sammit zamanı Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətinin uzadılmasına dair razılığa gəliblər.
Həmçinin oxuyun:
Kreml: Rusiya sanksiyalara uyğunlaşıb
Qərb hər şeydə Rusiyanı ittiham edir - Peskov
Rusiya ilə ABŞ arasında ciddi fikir ayrılıqları
Ağ Ev Putinlə Baydenin görüşünün detallarını açıqladı
"Qırmızı xətlər" və Ukrayna: Putinlə Bayden nəyi müzakirə etdilər
Xəbər lenti
0