https://sputnik.az/20211207/tet-a-tet-baslayib-bagli-qapilar-arxasinda-davam-etdiler-putinle-baydenin-gorusu-437053115.html
Ağ Ev Putinlə Baydenin görüşünün detallarını açıqladı
Ağ Ev Putinlə Baydenin görüşünün detallarını açıqladı
Sputnik Azərbaycan
Xarici KİV-lərin məlumatına görə, ABŞ, Böyük Britaniya və Avropa ölkələrinin liderləri yüksək səviyyədə keçirilən ABŞ-Rusiya danışıqlarından sonra onların... 07.12.2021, Sputnik Azərbaycan
2021-12-07T23:13+0400
2021-12-07T23:13+0400
2021-12-07T23:14+0400
rusiya
abş
görüş
rusiya federasiyası
cozef bayden
rusiya prezidenti vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427230752_0:0:3353:1887_1920x0_80_0_0_a8085a12d2f4fe7bfe0ed33ba3badc70.jpg
BAKI, 7 dekabr - Sputnik. Danışıqlar zamanı ABŞ Prezidenti Cozef Bayden Vladimir Putini Ukrayna ətrafında deeskalasiyadan çəkinməyə və diplomatiyaya qayıtmağa səsləyib.Sputnik Azərbaycan bildirir ki, bu sözlər ABŞ-Rusiya yüksək səviyyəli görüşünün yekunlarına dair Ağ Evin məlumatında yer alır. Amerika lideri həmkarına ABŞ-ın və avropalı müttəfiqlərinin Ukrayna sərhədində Rusiya güclərinin artırılmasından narahatlıq duyduqlarını dilə gətirib. "Prezident Bayden <...> hərbi eskalasiya olacağı təqdirdə ABŞ və müttəfiqlərinin qəti iqtisadi və digər tədbirlərlə cavab verəcəyini diqqətə çatdırdı", - mətbuat xidməti bildirib. Ağ Evin sahibi eləcə də Ukraynanın suvereniteti və ərazi bütövlüyünə dəstək verdiyini təsdiqləyib."Hər iki prezident öz komandalarına (Ukrayna üzrə - red.qeydi) işi davam etdirməyi tapşırdı. ABŞ bunu müttəfiqləri və tərəfdaşları ilə sıx koordinasiya şəklində gerçəkləşdirəcək", - məlumatda deyilir.Tərəflər həmçinin strateji sabitlik və kibertəhlükəsizlik üzrə ikitərəfli dialoqu da müzakirə ediblər. Həmçinin regional məsələlər, o cümlədən İran da gündəmdə olub.Danışıqlar qapalı videorabitə kanalı ilə aparılıb və iki saat davam edib. Jurnalistlərə yalnız görüşün ilk kadrları - prezidentlərin bir-birini salamlayıb bir neçə söz dedikləri anlar göstərilib. Sonra görüş təklikdə davam etdirilib. ---------21:15Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Co Baydenin videozəng formatında görüşü başa çatıb. Görüş iki saat davam edib.-----------20:50Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Co Bayden çərşənbə günü, dekabrın 7-də videobağlantı ilə əlaqə yaradıblar. Videoyayımdan bəlli olur ki, amerikalı prezident gələcəkdə rusiyalı həmkarı ilə əyani görüşməyə ümid etdiyini deyib. Qarşılıqlı salamlaşmadan sonra iki ölkənin liderləri söhbətə başlayıblar. Öncə söz alan Cozef Bayden bu il oktyabrın sonunda Romada keçirilən "Böyük iyirmilik" sammitində rus həmkarı ilə görüşə bilmədiyinə görə təəssüfləndiyini bildirib: "Ancaq ümid edirəm ki, gələn dəfə biz üz-üzə görüşəcəyik". Vladimir Putin bu barədə razılığını bildirib. Rusiya və ABŞ liderlərinin tet-a-tet başlayan görüşü bağlı qapılar arxasında davam edib. Qeyd edək ki, xarici KİV-lərin məlumatına görə, ABŞ, Böyük Britaniya və Avropa ölkələrinin liderləri yüksək səviyyədə keçirilən ABŞ-Rusiya danışıqlarından sonra onların yekunlarını müzakirə etməyə hazır olduqlarını deyiblər. Görüş barədə açıqlama verən Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya lideri "emosiyalarla deyil, milli maraqlardan çıxış edərək" söhbət edir.Peskov eyni zamanda ABŞ-ın Rusiyaya qarı yeni sanksiyalar tətbiq etmək planlarına dair KİV-də gedən məlumatları şərh etməyib.Kreml rəsmisi qeyd edib ki, Putin – Bayden görüşündə dönüş olmayacaq:"Dəyişiklik gözləmək lazım deyil. Bu, indiki mürəkkəb mərhələdə keçiriləcək işgüzar dialoq olacaq".Danışıqlarda əsasən, Avropa və Ukraynadakı vəziyyətin müzakirə ediləcəyi ehtimal olunur.Eləcə də oxuyun:* Söhbət uzun çəkəcək: Putinlə Bayden, əslində nəyə qərar verəcəklər* Tramp Putin-Bayden danışıqlarını qeyri-bərabər oyun adlandırdı* Kreml Putin-Bayden görüşü barədə: Dəyişiklik olmayacaq
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427230752_498:0:3227:2047_1920x0_80_0_0_b16f2b6aef73ddc87c65f9376add1ab1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
abş, görüş, rusiya federasiyası, cozef bayden, rusiya prezidenti vladimir putin
abş, görüş, rusiya federasiyası, cozef bayden, rusiya prezidenti vladimir putin
Ağ Ev Putinlə Baydenin görüşünün detallarını açıqladı
23:13 07.12.2021 (Yenilənib: 23:14 07.12.2021) Xarici KİV-lərin məlumatına görə, ABŞ, Böyük Britaniya və Avropa ölkələrinin liderləri yüksək səviyyədə keçirilən ABŞ-Rusiya danışıqlarından sonra onların yekunlarını müzakirə etməyə hazır olduqlarını deyiblər.
BAKI, 7 dekabr - Sputnik. Danışıqlar zamanı ABŞ Prezidenti Cozef Bayden Vladimir Putini Ukrayna ətrafında deeskalasiyadan çəkinməyə və diplomatiyaya qayıtmağa səsləyib.
Sputnik Azərbaycan bildirir ki, bu sözlər ABŞ-Rusiya yüksək səviyyəli görüşünün yekunlarına dair Ağ Evin məlumatında yer alır.
Amerika lideri həmkarına ABŞ-ın və avropalı müttəfiqlərinin Ukrayna sərhədində Rusiya güclərinin artırılmasından narahatlıq duyduqlarını dilə gətirib.
"Prezident Bayden <...> hərbi eskalasiya olacağı təqdirdə ABŞ və müttəfiqlərinin qəti iqtisadi və digər tədbirlərlə cavab verəcəyini diqqətə çatdırdı", - mətbuat xidməti bildirib.
Ağ Evin sahibi eləcə də Ukraynanın suvereniteti və ərazi bütövlüyünə dəstək verdiyini təsdiqləyib.
"Hər iki prezident öz komandalarına (Ukrayna üzrə - red.qeydi) işi davam etdirməyi tapşırdı. ABŞ bunu müttəfiqləri və tərəfdaşları ilə sıx koordinasiya şəklində gerçəkləşdirəcək", - məlumatda deyilir.
Tərəflər həmçinin strateji sabitlik və kibertəhlükəsizlik üzrə ikitərəfli dialoqu da müzakirə ediblər. Həmçinin regional məsələlər, o cümlədən İran da gündəmdə olub.
Danışıqlar qapalı videorabitə kanalı ilə aparılıb və iki saat davam edib. Jurnalistlərə yalnız görüşün ilk kadrları - prezidentlərin bir-birini salamlayıb bir neçə söz dedikləri anlar göstərilib. Sonra görüş təklikdə davam etdirilib.
Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Co Baydenin videozəng formatında görüşü başa çatıb. Görüş iki saat davam edib.
Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Co Bayden çərşənbə günü, dekabrın 7-də videobağlantı ilə əlaqə yaradıblar.
Videoyayımdan bəlli olur ki, amerikalı prezident gələcəkdə rusiyalı həmkarı ilə əyani görüşməyə ümid etdiyini deyib.
Qarşılıqlı salamlaşmadan sonra iki ölkənin liderləri söhbətə başlayıblar. Öncə söz alan Cozef Bayden bu il oktyabrın sonunda Romada keçirilən "Böyük iyirmilik" sammitində rus həmkarı ilə görüşə bilmədiyinə görə təəssüfləndiyini bildirib: "Ancaq ümid edirəm ki, gələn dəfə biz üz-üzə görüşəcəyik". Vladimir Putin bu barədə razılığını bildirib.
Rusiya və ABŞ liderlərinin tet-a-tet başlayan görüşü bağlı qapılar arxasında davam edib.
Qeyd edək ki, xarici KİV-lərin məlumatına görə, ABŞ, Böyük Britaniya və Avropa ölkələrinin liderləri yüksək səviyyədə keçirilən ABŞ-Rusiya danışıqlarından sonra onların yekunlarını müzakirə etməyə hazır olduqlarını deyiblər.
Görüş barədə açıqlama verən Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya lideri "emosiyalarla deyil, milli maraqlardan çıxış edərək" söhbət edir.
Peskov eyni zamanda ABŞ-ın Rusiyaya qarı yeni sanksiyalar tətbiq etmək planlarına dair KİV-də gedən məlumatları şərh etməyib.
Kreml rəsmisi qeyd edib ki, Putin – Bayden görüşündə dönüş olmayacaq:
"Dəyişiklik gözləmək lazım deyil. Bu, indiki mürəkkəb mərhələdə keçiriləcək işgüzar dialoq olacaq".
Danışıqlarda əsasən, Avropa və Ukraynadakı vəziyyətin müzakirə ediləcəyi ehtimal olunur.
* Tramp
Putin-Bayden danışıqlarını qeyri-bərabər oyun adlandırdı