Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya ilə ABŞ arasında ciddi fikir ayrılıqları

© Sputnik / POOL / Mihail Mettsel / Mediabanka keçidПрезидент РФ Владимир Путин и президент США Джо Байден (слева) перед началом российско-американских переговоров в расширенном составе на вилле Ла Гранж в Женеве
Президент РФ Владимир Путин и президент США Джо Байден (слева) перед началом российско-американских переговоров в расширенном составе на вилле Ла Гранж в Женеве - Sputnik Azərbaycan, 1920, 12.12.2021
Abunə olmaq
Mətbuat katibi görüş barədə qarşı tərəfin jurnalistlərinin yaydıqları məlumatlara da münasibət bildirib və deyib ki, Bayden Putini hədələməyib.
BAKI, 12 dekabr - Sputnik. Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Cozef Baydenlə onlayn danışıqlar zamanı əyani görüşəcəklərinə dair söz verib.
Sputnik Azərbaycan bildirir ki, bunu əks etdirən kadrlar "Rossiya-1" telekanalında nümayiş olunub.
"Mütləq görüşəcəyik, bunu çox istəyirəm", - Bayden "İyirmiliyin" sammitində görüşə bilmədiklərinə görə təəssüfünü bildirərkən Rusiya Prezidenti belə cavab verib.
Bu arada Putinin sözçüsü Dmitri Peskov Rusiya liderinin Baydenlə sammiti niyə protokol görüşü adlandırdığını şərh edib.
"Çünki daxili tədbirlər həmişə beynəlxalq tədbirlərdən daha vacibdir. Beynəlxalq tədbirlərin mürəkkəbliyindən asılı olnayaraq prezident üçün iqtisadi şərait, inflyasiya ilə mübarizə, ölkənin sosial-iqtisadi durumu daha vacibdir, nəinki Baydenlə söhbət. Ancaq sonuncunun əhəmiyyəti də kiçildilmir", - Peskov deyib.
Mətbuat katibi görüş barədə qarşı tərəfin jurnalistlərinin yaydıqları məlumatlara da münasibət bildirib və deyib ki, Bayden Putini hədələməyib.
"Bizim amerikalı həmkarlar görüş bitən kimi birağızdan qorxunc şeylər yazmağa başladılar, guya Bayden Putinə hədə-qorxu gəlib. Belə deyil. Söhbət qarşılıqlı hörmət şəraitində keçib. Putinlə başqa cür danışmaq mümkün deyil, yoxsa heç zəng etməzdi", - Peskov söyləyib.
Prezidentin sözçüsü, həmçinin Rusiya ilə ABŞ arasındakı ciddi fikir ayrılığından da danışıb. Onun sözlərinə görə, bu, "qırmızı xətlər"in konseptual dərki ilə bağlıdır: "Konseptual olaraq, bu, Rusiya və ABŞ arasında həddən artıq ciddi fikir ayrılığıdır".
Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Co Bayden çərşənbə günü, dekabrın 7-də videobağlantı ilə əlaqə yaradıblar. Görüş iki saat çəkib. Putin görüş zamanı bildirib ki, "qırmızı xətt" - NATO-nun şərqə doğru genişləndirilməsi və Ukraynada hücum silahlarının yerləşdirilməsidir. Bayden isə cavabında deyib ki, ABŞ Kiyevə əlavə hərbi kömək göndərəcək və NATO-nun şərq planını möhkəmləndirəcək.
Eləcə də oxuyun:
* Ağ Ev Putinlə Baydenin görüşünün detallarını açıqladı
* "Qırmızı xətlər" və Ukrayna: Putinlə Bayden nəyi müzakirə etdilər
* Qərb Putinin SSRİ-ni bərpa edəcəyindən qorxur
Xəbər lenti
0