Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Qırmızı xətlər" və Ukrayna: Putinlə Bayden nəyi müzakirə etdilər

© Sputnik / POOL / Mihail Mettsel / Mediabanka keçidVladimir Putin və Co Bayden, arxiv şəkli
Vladimir Putin və Co Bayden, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.12.2021
Abunə olmaq
Rusiya liderinin köməkçisi Yuri Uşakov bildirib ki, Putinlə Baydenin onlayn-sammitində irəliləyiş əldə olunmayıb, hələlik bunu gözləmək çətindir, ancaq liderlər əməkdaşlığa və dialoqa hazır olduqlarını nümayiş etdiriblər.
BAKI, 9 dekabr - Sputnik. Vladimir Putin amerikalı həmkarı Co Baydenə onlayn söhbətində Moskvanı narahat edən "qırmızı xətlər" və təhdidlərdən danışıb. ABŞ Prezidenti isə öz növbəsində Ukrayna ətrafında vəziyyətin kəskinləşməsindən narahatlığını ifadə edib. Bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov məlumat verib.
"Qırmızı xətlər" və təhlükəsizlik təhdidləri
Putin Baydenə "qırmızı xətləri" açıqlayıb: NATO-nun şərqə tərəf irəliləməsi və Ukraynada, eləcə də Rusiya ilə sərhədi olan digər ölkələrdə hücum silahlarının yerləşdirilməsi.
Prezidentin köməkçisinin sözlərinə görə, Rusiya lideri amerikalı həmkarına, həmçinin onu da çatdırıb ki, Rusiya ərazisindəki Rusiya qoşunlarının Vaşinqtonu narahat etdiyi bir vaxtda Moskvanı özünün qlobal miqyasdakı təhlükəsizliyi təlaşlandırır.
Uşakov Rusiya prezidentinin sözlərini belə çatdırıb.
"Putin dedi ki, siz amerikalıları bizim Rusiya ərazisindəki, ABŞ-dan min kilometrlərlə uzaqdakı batalyonlarımız narahat edir, bizi isə öz təhlükəsizliyimiz, Rusiyanın qlobal anlamda təhlükəsizliyi narahat edir. Putin söhbətə yekun vurduğu vaxt təxminən bunları dedi", – deyə o bildirib.
Qoşunların Ukrayna isə sərhəddən geri çəkilməsi ilə bağlı sualı cavablandıran Uşakov bildirib: "Rusiya qoşunları ölkəmizin ərazisindədir və heç kimi təhdid etmir, prezident bunu dedi".
Kremlin nümayəndəsinin qeyd etdiyi kimi, Putin Baydenə birbaşa Ukrayna və NATO-nun hərbi gücünün artırılması ilə bağlı narahatlığını çatdırıb.
"Bununla əlaqədar olaraq, əlbəttə ki, Putin bizim müəyyən zəmanətə ehtiyacımız olduğuna dair fikirlərimizi də ifadə etdi. O cümlədən, təhlükəsizliyimizi təmin edəcək və normal inkişafımıza şərait yaradacaq hüquqi sahədə zəmanətə", - deyə o əlavə edib.
Bayden isə öz növbəsində rusiyalı həmkarına söz verib ki, Moskvanın bu narahatlığını ABŞ-ın müttəfiqləri ilə müzakirə edəcək. Prezidentlər bu məsələ ilə bağlı öz nümayəndələri və köməkçiləri səviyyəsində dialoqa başlamaq barədə razılığa gəliblər.
Ukrayna çox vaxt aparıb
Uşakov deyib ki, Ukrayna mövzusu Putinlə Baydenin söhbətində "çox vaxt aparıb". Xüsusən də Rusiya lideri həmkarını Kiyevin Minsk razılaşmalarına əməl etməməsi və razılaşmaları sabotaj etməsi, eləcə də təmas qrupu çərçivəsində danışıqlar prosesinin ləngiməsi barədə məlumatlandırıb.
Bayden isə öz tərəfindən ABŞ və NATO-nun Rusiya qoşunlarının Ukrayna sərhədləri yaxınlığındakı hərəkətindən narahatlığını dilə gətirib.
Uşakovun sözlərinə görə, Ağ Evin başçısı Ukrayna ətrafında bundan sonra da eskalasiya vəziyyətinin davam edəcəyi təqdirdə ABŞ-ın irimiqyaslı sanksiyalar tətbiq edəcəyi ilə bağlı Putini xəbərdar edib.
"Əgər Ukrayna ətrafında eskalasiya davam edərsə, həm iqtisadi, həm maliyyə, həm də siyasi sahədə sanksiyalardan istifadə olunacaq", – deyə prezidentin köməkçisi dəqiqləşdirmə aparıb.
"Bayden mümkün sanksiya tədbirlərini yada saldı. Əvvəllər ictimaiyyət qarşısında deyilənlər və müxtəlif kanallar vasitəsilə bizə çatdırılanlar bir daha dilə gətirildi, ancaq kifayət qədər məqbul formada, prezident səviyyəsinə layiq şəkildə", – deyə o əlavə edib.
Bununla yanaşı, Uşakov Putinin Baydenə Ukraynaya qoşun göndərməmək barədə zəmanət verməsi ilə bağlı sualı çox qəribə hesab edib.
"Bundan söhbət belə getmədi. Ukraynaya necə qoşun göndərmək olar? Bu nə deməkdir? İşğal, yoxsa başqa bir şey? Ümumiyyətlə, bu barədə danışılmadı", – deyə o vurğulayıb.
Bunun ABŞ tərəfindən Rusiyaya yeni sanksiyaların tətbiq olunmayacağı anlamına gəlib-gəlməməsi barədə sualın cavabında isə Uşakov deyib ki, bunun üçün heç bir əsas yoxdur.
İrəliləyiş yoxdur, problemin həllinə illər tələb olunur
Uşakov bildirib ki, Putinlə Baydenin onlayn-sammitində irəliləyiş əldə olunmayıb, hələlik bunu gözləmək çətindir, ancaq liderlər əməkdaşlığa və dialoqa hazır olduqlarını nümayiş etdiriblər.
O qeyd edib ki, Rusiya və ABŞ-a qarşılıqlı münasibətlərdəki problemləri aradan qaldırmaq üçün çox vaxt lazım gələcək.
"O qədər problem yığılıb qalıb ki, onları bir ayda, hətta bəlkə, bir ildə belə həll etmək mümkün deyil. Baxaq, görək", - deyə o vurğulayıb.
Prezidentin köməkçisi deyib ki, Putin də, Bayden də dialoqu saxlamalı olduqlarını başa düşürlər, çünki sülhün və sabitliyin qorunmasında onların üstünə böyük məsuliyyət düşür. Həmçinin, hər iki ölkənin lideri belə hesab edir ki, münasibətlərin normallaşmasına və əməkdaşlığın inkişafına çalışmalıdırlar.
Diplomatik missiyalar problemi
Bayden Putinlə söhbət zamanı öz təşəbbüsü ilə diplomatik missiyalar probleminə, həmçinin oradakı əməkdaş çatışmazlığına da toxunub.
"Moskvadakı hazırkı səfir deyib ki, ümumiyyətlə işləmək mümkün deyil, əməkdaşların sayı azdır, diplomatlar yoxdur, səfirliyin və onun özünün fiziki müdafiəsini təmin etmək belə mümkün deyil", – deyə Uşakov Baydenin sözlərini çatdırıb.
"Biz də dedik ki, bu sizin (ABŞ-ın-red.) hərəkətlərinizin nəticəsidir. Siz bu hərəkətlərə hələ beş il bundan əvvəl, bizim diplomatlarımıza qarşı qadağalar, məhdudiyyətlər tətbiq edərkən başlamısınız. Ən əsası da Rusiya diplomatlarını kütləvi şəkildə ölkədən qovmusunuz, bu çox mühüm məsələdir, çünki diplomatik mülkiyyətimizi əlimizdən almısınız", – deyə Uşakov əlavə edib.
Bayden Putinlə söhbətində ilk addım kimi rus diplomatlarının vəziyyəti qiymətləndirmək üçün müsadirə edilmiş diplomatik obyektə buraxılmasına icəzə verilməsini istisna etməyib. "Onlar sadəcə müsadirə edilmiş diplomatik mülkiyyətimizin hansı vəziyyətdə olduğuna baxsınlar deyə", - Uşakov bildirib.
Putinlə Baydenin danışığı
İki ölkə liderinin danışığı bu həftənin çərşənbə axşamı günü onlayn formatda baş tutub və iki saatdan çox çəkib.
Ağ Evdən görüşün nəticəsi ilə bağlı verilən məlumata görə, Bayden Putinlə söhbətində Ukrayna ətrafındakı vəziyyətdən narahatlığını ifadə edib, diplomatik problemin həllinə çağırıb və xəbərdarlıq edib ki, hərbi eskalasiyanın davamında qəti iqtisadi və digər tədbirlər şəklində Qərbin kollektiv cavabı olacaq.
Rusiya Qərbin və Ukraynanın "təcavüzkar hərəkətlərlə" bağlı iddialarını dəfələrlə təkzib edərək izah edib ki, heç kimi təhdid etmir və heç kimə hücuma keçməyə hazırlaşmır. "Təcavüz" barədə bəyanatlardan isə Rusiya sərhədləri yaxınlığında daha çox NATO Hərbi texnikasının cəmləşdirilməsi üçün bəhanə kimi istifadə olunur.

Həmçinin oxuyun:

Ağ Ev Putinlə Baydenin görüşünün detallarını açıqladı
Bayden hazırlanan Rusiya-NATO görüşündən danışıb
Söhbət uzun çəkəcək: Putinlə Bayden, əslində nəyə qərar verəcəklər
Xəbər lenti
0