https://sputnik.az/20211225/tehlukesizliye-dair-rusiya-nato-danisiqlarinin-esas-movzulari-aciqlanib-437593076.html
Təhlükəsizliyə dair Rusiya-NATO danışıqlarının əsas mövzuları açıqlanıb
Təhlükəsizliyə dair Rusiya-NATO danışıqlarının əsas mövzuları açıqlanıb
Sputnik Azərbaycan
Zaxarova bəzi Qərb ölkələrinin nümayəndələrinin bu mövzulara baxılmayacağı ilə bağlı sözlərinə də münasibət bildirib.
2021-12-25T19:26+0400
2021-12-25T19:26+0400
2021-12-25T19:26+0400
rusiya
abş
danışıqlar
nato
mariya zaxarova
putin
sergey ryabkov
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/02/434811180_0:0:3019:1699_1920x0_80_0_0_66d1acce2e7336e573634117b9c4e5b8.jpg
BAKI, 25 dekabr - Sputnik. Şimali Atlantika Alyansının genişlənməməsi və Rusiya sərhədlərində onun təhlükəsizliyi təhdid edən silahların peyda olmaması - ABŞ və NATO ilə qarşıdakı danışıqların əsas mövzularıdır. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.O, bəzi Qərb ölkələrinin nümayəndələrinin bu mövzulara baxılmayacağı ilə bağlı sözlərinə də münasibət bildirib:"Rusiyanın mövqeyinin mahiyyətini hələ də dərk etməyənlər bu məsələni özləri üçün aydınlaşdırmalıdırlar", - deyə diplomat bildirib.Moskva keçən həftə ABŞ-la müqavilələr və NATO-ya üzv ölkələrlə saziş layihələrini dərc edib.Bura, xüsusilə, Avropada təhlükəsizliyin qarşılıqlı təminatları, orta və daha yaxın mənzilli raketlərin bir-birinin imkan daxilində yerləşdirilməməsi və alyansın, o cümlədən keçmiş sovet respublikalarının hesabına daha da genişləndirilməsindən imtina edilməsi haqqında müddəalar daxildir.Xarici işlər nazirinin müavini Sergey Ryabkov RİA Novosti-yə bildirib ki, Qərb bu tələblərə cavab verməsə, qarşıdurmanın yeni mərhələsi başlaya bilər.Bu məsələ ilə bağlı danışıqların ilk raundlarının yanvarda keçirilə biləcəyi gözlənilir.Rusiya prezidenti Vladimir Putin dəfələrlə vurğulayıb ki, NATO-nun şərqə doğru genişlənməsi və Ukraynada hücum silahlarının yerləşdirilməsi Moskva üçün "qırmızı xətlər"dir.Həmçinin oxuyun:Mariya Zaxarovadan növbəti "3+3" açıqlaması"5+3": Azərbaycana daha bir platforma təklif edildiRusiya lideri Putin Ukrayna ilə bağlı suala cavab verdi və Qərbə xəbərdarlıq etdiPutindən mətbuat konfransında Çinə xüsusi jest
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/02/434811180_0:0:2729:2047_1920x0_80_0_0_121d3625bcba3c39dbb42de7b9011b73.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
təhlükəsizliyə dair rusiya-nato danışıqlarının əsas mövzuları açıqlanıb
təhlükəsizliyə dair rusiya-nato danışıqlarının əsas mövzuları açıqlanıb
Təhlükəsizliyə dair Rusiya-NATO danışıqlarının əsas mövzuları açıqlanıb
Zaxarova: Rusiyanın mövqeyinin mahiyyətini hələ də dərk etməyənlər bu məsələni özləri üçün aydınlaşdırmalıdırlar.
BAKI, 25 dekabr - Sputnik. Şimali Atlantika Alyansının genişlənməməsi və Rusiya sərhədlərində onun təhlükəsizliyi təhdid edən silahların peyda olmaması - ABŞ və NATO ilə qarşıdakı danışıqların əsas mövzularıdır. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O, bəzi Qərb ölkələrinin nümayəndələrinin bu mövzulara baxılmayacağı ilə bağlı sözlərinə də münasibət bildirib:
"Rusiyanın mövqeyinin mahiyyətini hələ də dərk etməyənlər bu məsələni özləri üçün aydınlaşdırmalıdırlar", - deyə diplomat bildirib.
Moskva keçən həftə ABŞ-la müqavilələr və NATO-ya üzv ölkələrlə saziş layihələrini dərc edib.
Bura, xüsusilə, Avropada təhlükəsizliyin qarşılıqlı təminatları, orta və daha yaxın mənzilli raketlərin bir-birinin imkan daxilində yerləşdirilməməsi və alyansın, o cümlədən keçmiş sovet respublikalarının hesabına daha da genişləndirilməsindən imtina edilməsi haqqında müddəalar daxildir.
Xarici işlər nazirinin müavini Sergey Ryabkov RİA Novosti-yə bildirib ki, Qərb bu tələblərə cavab verməsə, qarşıdurmanın yeni mərhələsi başlaya bilər.
Bu məsələ ilə bağlı danışıqların ilk raundlarının yanvarda keçirilə biləcəyi gözlənilir.
Rusiya prezidenti Vladimir Putin dəfələrlə vurğulayıb ki, NATO-nun şərqə doğru genişlənməsi və Ukraynada hücum silahlarının yerləşdirilməsi Moskva üçün "qırmızı xətlər"dir.