https://sputnik.az/20211223/putin-ukrayna-ile-bagli-suala-cavab-verdi-ve-qerbe-xeberdarliq-etdi-437524458.html
Rusiya lideri Putin Ukrayna ilə bağlı suala cavab verdi və Qərbə xəbərdarlıq etdi
Rusiya lideri Putin Ukrayna ilə bağlı suala cavab verdi və Qərbə xəbərdarlıq etdi
Sputnik Azərbaycan
Böyük mətbuat konfransının gedişatında Rusiya və Böyük Britaniya jurnalistləri Putinə Ukrayna ilə bağlı iki sual veriblər. Rusiya liderinin cavabı müfəssəl... 23.12.2021, Sputnik Azərbaycan
2021-12-23T15:00+0400
2021-12-23T15:00+0400
2021-12-23T15:52+0400
rusiya
mətbuat konfransı
putin
rusiya federasiyasının prezidenti vladimir putin
rusiya prezidenti vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/17/437523256_0:0:2531:1424_1920x0_80_0_0_2da3145c65a1345c7a89817122ff8e5d.jpg
BAKI, 23 dekabr — Sputnik. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bu gün keçirdiyi böyük mətbuat konfransında bəyan edib ki, Ukraynada dövlət çevrilişinə kimi Krımın Rusiyaya ilhaq olunacağı heç kimin ağlına gəlməzdi."Krımla bağlı hər hansı bir hərəkət bizim ağlımıza da gəlmirdi, ancaq 2014-cü ildə nə baş verdi – qanlı dövlət çevrilişi, insanları öldürür, yandırırdılar. Niyə? Cavab yoxdur. Prezident Viktor Yanukeviç onsuz da hər şeyə razılıq vermişdi, o günü sabah hakimiyyətdən getməyə hazır idi, seçkilər – müxalifətin qələbəsi labüd idi. Bunu hamı gözəl başa düşürdü, bəs niyə bunu etdilər? Cavab yoxdur. Bundan sonra Krım məsələsi meydana çıxdı. Biz Sevastopolun, Krımın orada yaşayanları öz müdafiəmizə götürməklə bağlı çağırışına necə cavab verməyə bilərdik? Bizi elə bir vəziyyətə gətirib çıxardılar ki, başqa cür hərəkət edə bilməzdik", - Rusiya lideri bildirib.Üçüncü hərbi əməliyyatDövlət başçısı onu da qeyd edib ki, Ukraynada üçüncü hərbi əməliyyatın hazırlandığı barədə təəssürat yaranır. Rusiyanı isə əvvəlcədən xəbərdar edirlər ki, müdaxilə etməsin.Putin deyib ki, əgər həqiqətən də Donbasa qarşı hərbi əməliyyat hazırlanırsa, Rusiya buna reaksiya vermək məcburiyyətində qalacaq, bunu nəzərə almaları lazımdır.Rusiya Prezidenti Minsk razılaşmasının Donbas münaqişəsinin həllində yeganə mümkün variant olduğuna diqqət çəkərək bildirib ki, Ukrayna bu sənədə əməl etmək istəmir."Minsk razılaşmaları – yaxşıdır, ya pis? Məncə bu, yeganə mümkün variantıdr. Bəs problem nədədir? Yerinə yetirmək istəmirlər", - deyə Putin bildirib.Rusdilli əhaliyə təzyiq göstərilməsiDaha sonra Ukraynanın dil haqqında qanununu şərh edən Rusiya lideri rusdilli əhalinin sıxışdırıldığını bəyan edib."O ki qaldı dil haqqında (Ukraynada qanun qəbul olunub) məsələyə, bu, rusların və rusdilli əhalinin öz tarixi torpaqlarından sıxışdırılmasıdr. Baxın, baş verən budur", - deyə Putin bildirib.NATO Şərqə doğru irəliləməməlidir“Bizim hərəkətlərimiz danışıqların gedişindən deyil, Rusiyanın təhlükəsizliyinin qeyd-şərtsiz təmin edilməsindən asılı olacaq. Biz açıq şəkildə bildirdik ki, NATO-nun şərqə doğru hərəkəti qəbuledilməzdir. ABŞ evimizin astanasında raketlərlə dayanıb. Evimizin qarşısında zərbə sistemləri quraşdırmamaq normal deyilmi? Amerikalılar onların Kanada və ya Meksika ilə sərhədinə raketlər yerləşdirilsə necə reaksiya verər?”, - deyə Rusiya Prezidenti “Qərb Rusiya və onun niyyətləri haqqında nəyi başa düşə bilmir?” sualını cavablandırarkən bildirib.Putinin sözlərinə görə, Qərb Rusiyaya zəmanətlər verməlidir. Çünki danışıqların gedişi deyil, nəticə önəmlidir: "Şərq doğru bir düym belə yox – bizə 90-cı illərdə dedilər. Nə oldu? Aldatdılar. NATO-nun genişlənməsinin beş dalğası baş verdi. Ruminiya və Polşada raket sistemləri quraşdırılır. Bizmi gəldik? Bizə doğru gəldilər. Zəmanətləri Qərb verməlidir və dərhal. On illiklərə ərzində danışmalı deyil". "NATO daha Şərqə doğru irəliləməməlidir. Biz ölkəmizin təhlükəsizliyinin necə təmin olunmasını anlamalıyıq. Ona görə də, biz birbaşa sualı qoyduq. NATO-nun Şərqə doğru irəliləməsi olmamalıdır. Top onların tərəfindədir. İndi onlar bizə cavab verməlidirlər", - Putin deyib. O, qeyd edib ki, ümumilikdə müsbət reaksiya görürlər."Amerikalı tərəfdaşlarımız gələn ilin əvvəlində Cenevrədə danışıqlara başlamağa hazır olduqlarını bildiriblər. Hər iki tərəfdən danışıqlarda iştirak etmək üçün nümayəndə təyin olunub. Ümid edirəm ki, vəziyyətin inkişafı məhz bu yolla gedəcək”,- deyə Putin vurğulayıb.O, mətbuat konfransında həmçinin deyib ki, Rusiyaya qalib gəlmək mümkün deyil, onu yalnız içəridən dağıtmaq olar:"Bu, 90-ci illərdə edilmişdi. Kim bunu etmişdi? Başqalarının maraqlarına xidmət edənlər”.Həmçinin oxuyun:Putindən mətbuat konfransında Çinə xüsusi jestPutin böyük mətbuat konfransı keçirir - Canlı yayım
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/17/437523256_386:0:2531:1609_1920x0_80_0_0_6395b5f8fb130bb1fd776eb215ce9e44.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mətbuat konfransı, putin, rusiya federasiyasının prezidenti vladimir putin, rusiya prezidenti vladimir putin
mətbuat konfransı, putin, rusiya federasiyasının prezidenti vladimir putin, rusiya prezidenti vladimir putin
Rusiya lideri Putin Ukrayna ilə bağlı suala cavab verdi və Qərbə xəbərdarlıq etdi
15:00 23.12.2021 (Yenilənib: 15:52 23.12.2021) Böyük mətbuat konfransının gedişatında Rusiya və Böyük Britaniya jurnalistləri Putinə Ukrayna ilə bağlı iki sual veriblər. Rusiya liderinin cavabı müfəssəl olub.
BAKI, 23 dekabr — Sputnik. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bu gün keçirdiyi böyük mətbuat konfransında bəyan edib ki, Ukraynada dövlət çevrilişinə kimi Krımın Rusiyaya ilhaq olunacağı heç kimin ağlına gəlməzdi.
"Krımla bağlı hər hansı bir hərəkət bizim ağlımıza da gəlmirdi, ancaq 2014-cü ildə nə baş verdi – qanlı dövlət çevrilişi, insanları öldürür, yandırırdılar. Niyə? Cavab yoxdur. Prezident Viktor Yanukeviç onsuz da hər şeyə razılıq vermişdi, o günü sabah hakimiyyətdən getməyə hazır idi, seçkilər – müxalifətin qələbəsi labüd idi. Bunu hamı gözəl başa düşürdü, bəs niyə bunu etdilər? Cavab yoxdur. Bundan sonra Krım məsələsi meydana çıxdı. Biz Sevastopolun, Krımın orada yaşayanları öz müdafiəmizə götürməklə bağlı çağırışına necə cavab verməyə bilərdik? Bizi elə bir vəziyyətə gətirib çıxardılar ki, başqa cür hərəkət edə bilməzdik", - Rusiya lideri bildirib.
Dövlət başçısı onu da qeyd edib ki, Ukraynada üçüncü hərbi əməliyyatın hazırlandığı barədə təəssürat yaranır. Rusiyanı isə əvvəlcədən xəbərdar edirlər ki, müdaxilə etməsin.
"İndi bizə deyirlər: "Müharibə, müharibə, müharibə..". Belə bir təəssürat yaranır ki, üçüncü hərbi əməliyyata hazırlıq gedir və bizə əvvəlcədən xəbərdarlıq olunur: "Müdaxilə etməyin, bu insanları müdafiə etməyin. Əgər müdaxilə və müdafiə etsəniz, ardınca hansısa yeni sanksiyalar gələcək", - deyə RF prezidenti bildirib.
Putin deyib ki, əgər həqiqətən də Donbasa qarşı hərbi əməliyyat hazırlanırsa, Rusiya buna reaksiya vermək məcburiyyətində qalacaq, bunu nəzərə almaları lazımdır.
Rusiya Prezidenti Minsk razılaşmasının Donbas münaqişəsinin həllində yeganə mümkün variant olduğuna diqqət çəkərək bildirib ki, Ukrayna bu sənədə əməl etmək istəmir.
"Minsk razılaşmaları – yaxşıdır, ya pis? Məncə bu, yeganə mümkün variantıdr. Bəs problem nədədir? Yerinə yetirmək istəmirlər", - deyə Putin bildirib.
Rusdilli əhaliyə təzyiq göstərilməsi
Daha sonra Ukraynanın dil haqqında qanununu şərh edən Rusiya lideri rusdilli əhalinin sıxışdırıldığını bəyan edib.
"O ki qaldı dil haqqında (Ukraynada qanun qəbul olunub) məsələyə, bu, rusların və rusdilli əhalinin öz tarixi torpaqlarından sıxışdırılmasıdr. Baxın, baş verən budur", - deyə Putin bildirib.
NATO Şərqə doğru irəliləməməlidir
“Bizim hərəkətlərimiz danışıqların gedişindən deyil, Rusiyanın təhlükəsizliyinin qeyd-şərtsiz təmin edilməsindən asılı olacaq. Biz açıq şəkildə bildirdik ki, NATO-nun şərqə doğru hərəkəti qəbuledilməzdir. ABŞ evimizin astanasında raketlərlə dayanıb. Evimizin qarşısında zərbə sistemləri quraşdırmamaq normal deyilmi? Amerikalılar onların Kanada və ya Meksika ilə sərhədinə raketlər yerləşdirilsə necə reaksiya verər?”, - deyə Rusiya Prezidenti “Qərb Rusiya və onun niyyətləri haqqında nəyi başa düşə bilmir?” sualını cavablandırarkən bildirib.
Putinin sözlərinə görə, Qərb Rusiyaya zəmanətlər verməlidir. Çünki danışıqların gedişi deyil, nəticə önəmlidir:
"Şərq doğru bir düym belə yox – bizə 90-cı illərdə dedilər. Nə oldu? Aldatdılar. NATO-nun genişlənməsinin beş dalğası baş verdi. Ruminiya və Polşada raket sistemləri quraşdırılır. Bizmi gəldik? Bizə doğru gəldilər. Zəmanətləri Qərb verməlidir və dərhal. On illiklərə ərzində danışmalı deyil".
"NATO daha Şərqə doğru irəliləməməlidir. Biz ölkəmizin təhlükəsizliyinin necə təmin olunmasını anlamalıyıq. Ona görə də, biz birbaşa sualı qoyduq. NATO-nun Şərqə doğru irəliləməsi olmamalıdır. Top onların tərəfindədir. İndi onlar bizə cavab verməlidirlər", - Putin deyib.
O, qeyd edib ki, ümumilikdə müsbət reaksiya görürlər.
"Amerikalı tərəfdaşlarımız gələn ilin əvvəlində Cenevrədə danışıqlara başlamağa hazır olduqlarını bildiriblər. Hər iki tərəfdən danışıqlarda iştirak etmək üçün nümayəndə təyin olunub. Ümid edirəm ki, vəziyyətin inkişafı məhz bu yolla gedəcək”,- deyə Putin vurğulayıb.
O, mətbuat konfransında həmçinin deyib ki, Rusiyaya qalib gəlmək mümkün deyil, onu yalnız içəridən dağıtmaq olar:
"Bu, 90-ci illərdə edilmişdi. Kim bunu etmişdi? Başqalarının maraqlarına xidmət edənlər”.